Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə43/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   39   40   41   42   43   44   45   46   ...   137

 
114 
xalq bu azadlıq arzusuna çatana qədər böyük tarixi qurbanlar vermiş-
dir.  Azadlıq  uğrunda  meydana  toplaşan  əhalinin  bir  gecədə  məhv 
edilməsi yaxın tariximizin ən faciəvi gerçəkliklərindəndir. Həmin qır-
ğının  həqiqətləri  barədə  faktlara  baxaq:  “İki  milyonluq  dinc  əhaliyə 
divan  tutmaq  üçün  əksəriyyətini  Stavropol  və  Krasnodar  erməniləri 
təşkil  edən  sovet  ordu  hissələri  Bakıya  soxularaq  misli  görünməmiş 
qırğın  törətmişlər.  Qanlı  şənbə  gecəsində  131  nəfər  qətlə  yetirilmiş, 
744  nəfər  yaralanmış,  321  nəfər  itkin  düşmüş,  841  nəfər  həbs  edil-
mişdir” [2, s. 16]. Təbii ki, bir millətin başına gətirilən bu cür faciə öz 
bədii əksini tapmalıydı. Bu mövzuda ən təsirli əsərlərdən biri Bəxtiyar 
Vahabzadənin “Şəhidlər”, digəri isə Məmməd Aslanın “Ağla, qərənfil
ağla”  poemasıdır.  “Şəhidlər”  poeması  barədə  Bəkir  Nəbiyev  yazır: 
“B.Vahabzadə ən mühüm əsərlərindən olan “Şəhidlər” poemasını so-
vet qılıncının dalı da, qabağı da kəsən bir vaxtda qələmə almışdı...” [3, 
s. 214] Poemada 20 Yanvar faciəsinin konkret qurbanlarının da obraz-
ları yaradılmışdır. 
Eyni  faciənin  bədii  inikası  olan  Məmməd  Aslanın  “Ağla,  qə-
rənfil, ağla” şeiri hər bir vətəndaşımıza bir yaddaş ağrısı kimi təqdim 
olunur. Əsər yazılarkən müəllif onu şeir adlandırıb. Lakin həcminə və 
problematik  yükünə görə bu şeiri poema kimi təqdim edə bilərik. İlk 
baxışdan  lirik  şeirlər  toplusu  kimi  görünən  həmin  əsər  özünəməxsus 
daxili süjetə malik poemadır. Belə ki, əsərin başlanğıcında göylərin – 
tanrının  məskəninin  qarışıq  olduğunun  xüsusi  vurğulanmasını  sənət-
karın epik təqdimatının girişi kimi mənalandırmaq olar. “Sirr düyünlü 
kisə”  tək  obrazlaşdırılan  göyün  açılmaqda  olan  sirri  barədə  şairin 
sanki ürəyinə nəsə damır. Fitnə toxuyan bu gecədə nəsə olacağı müəl-
lifi çox narahat edir. Bu təlatümlərin sıxıntısında müəllif “Kim yazır, 
kim oxuyur?!” sualı ilə ekspozisiyanı – girişi tamamlayır. Orijinal bir 
düyün vurulur. Bayaqdan “nəsə” törədəcəyi hiss olunan bu gecəni so-
vet qoşunu hönkür-hönkür ağlatmağı bacarır. Qırmızı imperiya ordu-
sunun törətdiyi bu qırğında “sanki dünya dağılır”. Məhv edilən azər-
baycanlıların əvəzinə “bu gecə şər doğulur”. Həmin qətliamı törədən-
lərdə  insanlığa  sığmayan  belə  bir  vəhşiliyin  gücü  insanı  dəhşətə  gə-
tirir. Amansızlığın gücünün Bakı şəhərində dinc əhaliyə qarşı istifadə 
edildiyini  göstərməklə  şair  əsərin  kulminasiya  nöqtəsini  tamamlayır. 
Üstünə dəstə-dəstə tank gələn əhalinin tankları gül ilə qarşılamasının 
əvəzində, gülləyə tuş gəlməsinin təsvirindən sonra yazar hadisəni ay-
dınlaşdırmağa keçir. Faciənin törədilməsinin səbəbi kimi həyata keçi-
rilən qırğını lənətləyir: 
 


 
115 
 
Düşünülmüş planlar, 
Gerçəkləşmiş yalanlar... 
Şahə qalxıb ilanlar, 
Ağla, qərənfil, ağla [4, s. 45]. 
 
M.Aslan  bu  qırğının  niyəsini  də  açıqlayır  ki,  biz  haqlı  olduğu-
muz  üçün  bizi  qırırlar.  Uşaqdan  böyüyə  hər  kəsin  öldürülməsi  şairi 
heyrətdən  dondurur.  Bununla  belə,  o,  özünü  itirsə  də,  qaniçənlərdən 
hesabat istəyir. 
 
Canlardan o səd hanı?! 
Can gedib, cəsəd hanı?! 
Əcəldən fürsət hanı?! 
Ağla, qərənfil, ağla [4, s. 61]. 
 
Poemanın “Qan götürdü dünyanı...” misralarından bəlli olur ki, 
sonsuz  sayda  öldürülənlər  olub.  Lakin  onların  cəsədlərini  də  aradan 
götürüblər.  Əsərin  sonlarına  yaxın  şair  qərənfilə  “Al  qanıma  bat-
mısan”  –  deyə  xəbərdarlıq  edir.  Hər  gözə  qərənfil  dəyəndə,  yada 
yalnız o gecə düşür.  
 
Eşq, sevda giləsiydin
Xonçada gələsiydin, 
Toylarda güləsiydin, 
Ağla, qərənfil, ağla [4, s. 81]. 
 
Finala yaxın şairin qərənfili hər şey üçün ağlamağa çağırmasının 
bircə səbəbi var ki, “Xeyirə şər üstün gəldi” [4, s. 103]. Poemanın da 
mərkəzi  yükünü  bu  üstünlüyün  ədalətsizliyinə  etiraz  missiyası  təşkil 
edir. Əsərə diqqətlə nəzər salanda, onun ciddi süjet xəttinə malik, lirik 
olsa da, epik hadisələri sərgiləyən bir poema olduğunu görürük. 
Çağdaş  dövrün  poemalarında  təcəssümünü  tapan  ictimai-tarixi 
mövzulardan  biri  20  Yanvar  faciəsidirsə,  digəri  də  Qarabağ  müna-
qişəsidir. Elnarə Akimova bu barədə yazır: “Poemalarımızda Qarabağ 
mövzusu, şəhid, şəhid anası obrazı, tarixi  yaddaşımızı oyatma, Azər-
baycan  tarixinin  yazılışına  etiraz,  tarixi  qəhrəmanların  obrazlarının 
çağdaş ədəbiyyata gətirilməsi, milli-mənəvi dəyərlərimizin, sərvətləri-
mizin tərənnümü əsas yer tutur” [1, s. 81]. Bu mövzuların aktuallığını 
öz əsərlərində qabardan şairlərdən biri də Qulamrza Səbri Təbrizidir. 
Professor  Qara  Namazov  onun  yaradıcılığında  vətənin  problemlərinə 


 
116 
toxunulması  barədə  belə  ümumiləşdirmə  aparır:  “Müəllifin  uşaqlar 
üçün yazdığı şeirlərdə Dağlıq Qarabağ dərdi, Xocalı faciəsi, qaçqınlıq, 
köçkünlük  və  didərginliyin  acı,  kədərli  mənzərəsi,  Azərbaycanın 
parçalanması və millətin bütövlük istəyi poetik ifadəsini tapmışdır” [5, 
s.  4].  Eləcə  də  onun  2008-ci  ilin  noyabr-dekabr  aylarında  qələmə 
aldığı  “Ruhun  tüğyanı”  poeması  da  həmin  problemlərin  aktuallığına 
həsr  olunmuşdur.  Otuz  üç  yarımbaşlıqdan  ibarət  olan  poemanın  ilk 
sətirlərindən  Azərbaycanın  tarixinin  çox  qədim  olması,  dünyanın  ilk 
mədəniyyətini  əski  türklərin-şumerlərin  beş  min  il  əvvəl  yaratması 
qeyd  olunur.  Türkün  qədim  mədəniyyətinin  yunandan  təsirlənməsini 
isbat  etmək  istəyən  türk  dünyasının  tələbələrinə  belə  yanlışlığa  yol 
verməmələrini  tövsiyə  edir.  Əsərdəki  “Səttar  xana”,  “Bakı-Təbriz”, 
“Ziya  Sədrin  xatirələrindən”,  “Seyid  Cəfər  Pişəvəriyə”,  “Səfərxan 
Qəhrəmaniyə”,  “Mərziyə  Uskuyiyə”,  “Səməd  Behrəngiyə”,  “Əzizə 
Cəfərzadəyə”,  “Savalan”,  “Səhənd”,  “Ərk  qalası”,  “Balaş  Azəroğlu-
na”, “Əbülfəz Elçibəyə”, “Bütövlük məramı” və s. bölümlərdə Azər-
baycan tarixinin müxtəlif zaman kəsimləri milli düşüncə kontekstində 
gələcək  nəsillərə  ötürülür.  Poemanın  son  bölümü  “İran  cəlladlarına 
xitab” adlanır. “Unutmayın sizləri gözləyən Qiyamət  gününü Təbriz-
də”  [6,  s.  214]  misralarıyla  xəbərdarlıq  edilir.  İkiyə  bölünmüş  Azər-
baycanın  mərkəzi  hesab  edilən  Təbriz  şəhərinin  bütövlük  simvoluna 
çevriləcəyinə inam yaradır. 
Bu  poemada  əksini  tapan  tarixi  və  ictimai-siyasi  hadisələrin 
bədii inikası çağdaş dövr poemalarının  əksəriyyətində özünü göstərir. 
Belə  ki,  vətənimizin  ikiyə  bölünməsi,  torpaqlarımızın  itirilməsi,  XX 
əsr  boyu  soydaşlarımızın  öz  yurd-yuvalarından  didərgin  salınması 
yazarların  mütəmadi  olaraq  müraciət  etdikləri  mövzulardandır.  Bu 
çətinliklərin bədii ifadəsi digər janrlarda olduğu kimi poema janrında 
da təzahür edir. Köçürülmə və qaçqınlıq mövzusunda qələmə alınmış 
əsərlərə  Xasay  Qərvəndlinin  “Didərginlər”,  Kəmaləddin  Qədimin 
“Köç”,  Musa  Urudun  “Bu  dəstə  hara  gedir”  poemalarını  nümunə 
göstərə bilərik. Musa Urudun “Bu dəstə hara gedir” poeması “Etiraf” 
adlı sərlövhə ilə başlayır. Əsərin “Hüseyn kişi” adlanan ikinci bölümü 
onun  vətənin  tarixi  kimi  keşməkeşli  həyatından  bəhs  edir.  Şair  qəh-
rəmanının  durumunu  belə  bir  mübaliğəylə  canlandırır.  “Ağlaya  bil-
mədi...  əlacsızlıqdan  ömrü  boyu  ağladığı  ağlamaq  çıxmışdı  yadından 
Ağlamağın hər üzünü tanıyan adam möhtac qalmışdı bir hönkürtüyə” 
[7, s. 68]. Sonrakı bölmə “Bu dəstə hara gedir” adıyla təqdim olunur. 
Bu hissədə on səkkizinci ildən üzü bəri yetmiş ildə başımıza gətirilən 
bəlalardan,  qırx  yeddinci  il  köçürülməsindən  bəhs  olunur.  Növbəti 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə