Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə16/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   12   13   14   15   16   17   18   19   ...   137

 
38 
Bayqara, Əbdürrəhman Cami, Əlişir Nəvai, Şeyx Əhməd Suhayli, Xoca 
Əfzələddin,  Mahmud Kirmani,  Xoca Şihabuddin,  Abdulla Marvorid və 
Xoca Asəfi haqqında hekayətlər var. Əsər Özbəkistan və Təbrizin X-XV 
əsrlərdəki  tarixi  məlumatlarla  zəngin  mədəni  həyatının  öyrənilməsində 
mühüm  mənbədir.  Dövlətşah  Səmərqəndinin  haqqında  bəhs  etdiyimiz 
əsərinin  bəzi  hissələri  1819-cu  ildə  Rusiyada  (V.A.Jukovski  və  F.Erd-
man),  Fransada  (Silvestr  de  Sasi),  İngiltərədə  (E.Braun  və  A.Folkner), 
Türkiyədə  (1843,  Fəhim  Süleyman  əfəndi),  Almaniyada  (Xammer)  və 
Hollandiyada tərcümə edilərək nəşr olunmuşdu. 
AMEA  M.Füzuli  adına  Əlyazmalar  İnstitutunun  nadir  əlyazmalar 
fondunda  “Dövlətşah  Səmərqəndi.  “Təzkirət  üş-şüəra”  əsərinin  əlyaz-
ması nüsxəsi M-73 şifrədə mühafizə edilir. 
Təbəqələr  şəklində  sistemləşdirilən  “Təzkirət  üş-şüəra”  da  Azər-
baycan klassikləri haqqında maraqlı və qiymətli mənbələr vardır. Belə ki, 
Azərbaycan  klassiklərindən  –  XII-XV  əsrlərdə  Şirvanşahlar  dövlətinin 
ədəbi mühitinin, Şirvanda yaşayıb-yaratmış şairlərdən Əbul-üla Gəncəvi, 
Fələki, Əfzələddin Xaqani, Fələki Şirvani, Mücirəddin Beyləqani, Seyid 
Zülfüqar Şirvani, Nizami Gəncəvi, Əsirəddin Əmani, Marağalı Əhvədi, 
İzzəddin Həsənoğlu, Hümam Təbrizi, Keçəçi Təbrizi, Mir Qasım Ənvar, 
o cümlədən III Mənuçöhr və I İbrahim Şeyxşah (Şirvan şahları) haqqında 
bioqrafik məlumatlar və qeydlər var [9, s. 21]. Bu haqda tədqiqatçı Könül 
Nəhmətovanın  “Məhəmmədəli  Tərbiyətin  “Danişməndani-Azərbaycan” 
monoqrafiyasında  geniş  yazılmışdır.  Dövlətşah Səmərqəndinin təzkirəsi 
Azərbaycan  ədəbiyyatşünaslığı  üçün  həm  də  ilk  dəfə  olaraq  Həsənoğlu 
haqqında xəbər verməsi baxımından mühüm mənbədir. Təzkirədə Həsən-
oğlunun  İsfərainli  (Əsfərainli)  olması,  farsca  və  türkcə  şeirlər  yazması, 
əsərlərinin Azərbaycanda və Rumda məşhur olması haqqında bəhs edilir. 
Türkiyə  tədqiqatçısı  Əhməd  Atəşin  qeydlərində  də  göstərildiyi  kimi, 
“Uzun illər  Teymuri  şahzadələrinin xidmətində  və  saraylarında  yaşayıb 
çalışdıqdan sonra, Əlişir Nəvainin yazdığına görə, öz istəyi ilə bunlardan 
ayrılmış  və  Xorasandakı  malikanəsinə  çəkilərək  guşənişin  bir  həyat 
keçirmişdir”. 
Əlişir  Nəvainin  “Məcalis  ün-nəfais”  təzkirəsinin  “Xorasanın  və 
bəzi yerlərin mirzələri və digər azadələri” haqqında bəhs edən V Məclisi 
Əmir Dövlətşahın təqdimi ilə açılır: “Əmir Dövlətşah Firuz Şah Biginin 
əmisi oğlu Əmir Əlaəddövlə İsfərainin (Əsfərainlinin) oğludur. Firuz Şah 
Biginin qüdrət və böyüklüyü hər kəsin yanında günəşdən daha parlaqdır, 
tərifə ehtiyacı yoxdur. Əmir Əlaəddövlə mərifətli kişi idi. O, xoştəbiətli, 
dərviş libaslı və çox istedadlı gəncdir. Görünüşcə əmirlik, ululuq və şux 


 
39 
geyimli  olan  ata  və  əcdadının  yolundan  vaz  keçib  bir  köşəyə  çəkilmiş, 
kasıb və sadə həyat tərzi qənaəti ilə fəzilət və kamillik əldə etməklə ömür 
keçirdi.  Bu müxtəsərin  (“Məcalis  ün-nəfais” təzkirəsinin  –  A.Ü.)  yazıl-
dığı sıra o da bir şairlər məcmuəsi yazmağa başlamışdır. Bu yaxında fani 
aləmdən  (bu  dünyadan)  köçdüyü  xəbəri  gəldi.  Əgər  doğrudursa,  Allah 
ona rəhmət eləsin” [11, s. 395-396].  
Dövlətşah Səmərqəndi [27, s. 234-238] 60 ilə yaxın ömür yaşamış 
və 1495-ci ildə vəfat etmişdir. 
Bu  tədqiqatın  davamı  Ə.Nəvainin  “Məcalis  ün-nəfais”  təzkirəsi 
haqqındadır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Ağayeva Mənzər. İsmi şəriflərin hikmətləri. Bakı, “Zərdabi LTD” MMC, 2014.  
2.
 
Avfy  Muhammad.  Nodir  hikayotlar  (prof.  dr.  Sh.  Shomuhamedovningin 
“Gumanist1k go'yalar kuychisi” nom. sözbashi) // Toshkent, 1977. 
3.
 
Mallayev N. O’zbek adabiyoti tarixi. Toshkent, 1976. 
4.
 
Низами  Арузи.  Собрание  редкостей  или  четыре  беседы  //пер.с  персидс., 
предисловие А.Н.Болдырева.Москва: изд. Вост. литер., 1963.  
5.
 
Ali Şir Nevayi. Mecalisün-nefayis / hazır. H.Ayan, K.Yavuz, E.Cemalnaz, R.Toparlı, 
G.Ayan, Y.Akpınar. Erzurum: Türkiyat Araştırmaları Enstitüsü, 1995. 
6.
 
Ali  Şir  Nevayi.  Mecalisün-nefayis  /  yayımlayan  Kemal  Eraslan.  1.-2.  c.  Ankara: 
Türk Dil Kurumu, 2001. 
7.
 
Esen  Mustafa.  Təzkirədən  bioqrafiyaya  və  secilmiş  məqalələr  (Azərbaycan  türk-
cəsinə  uyğunlaşdıran:  Narıngul  Nadir  qızı,  elmi  redaktorları:  Prof.  Dr.  Kamil  Vəli 
Nərimanoğlu və Prof. Dr. Nəsib Göyüşov). Bakı, “Oskar” NPM, 2012. 
8.
 
Tərbiyət  Məhəmmədəli.  Danişməndani-Azərbaycan:  Azərbaycanın  görkəmli  elm, 
sənət adamları (fars dilindən tərc.ed. İsmayıl Şəms, Qafar Kəndli). Bakı, Azərnəşr, 
1987. 
9.
 
Nəhmətova  Könül.  Məhəmmədəli  Tərbiyətin  “Danişməndani  Azərbaycan”  əsəri. 
Bakı, “Elm və təhsil”, 2012.  
10.
 
Səmədova  Vüsalə.  XV-XVII  əsrlər  türk  təzkirələrinin  strukturu  və  spesifikası 
(əlyazma qaynaqları əsasında), fil.e.n. alimlik dərəcəsi almaq üçün təqdim edilmiş 
dis. avtoreferatı, Bakı, 2006. 
11.
 
Navoiy  Alişer.  Tula  asarlar  tuplami,  10  jildlik,  IX  jild.  Toşkent,  Ğafur  Ğulom 
nomidaqi naşriyet-matbaa ijodiy uyi, 2011. 
12.
 
Nihad Sami Banarlı, “Resimli Türk Edebiyatı Tarihi” kitabı, I cild, Ankara, 1987 
13.
 
Navoiy  Alişer.  Tula  asarlar  tuplami,  10  jildlik,  X  jild.  Toşkent,  Ğafur  Ğulom 
nomidaqi naşriyet-matbaa ijodiy uyi, 2011.  
14.
 
Cami A. Baharistan //Terc.Ed.:Muallim Kilisli Rıfat Bilge Meral Yayinevi- İstanbul, 
1970.  
15.
 
Molla  Cami.  Nefahat'ül  Üns  Min  Hadarat'il  Kuds.  Evliya  Menkıbeleri 
(çevirmən: Abdulkadir Akçiçek) // Turkiye, Huzur Yayınevi, 2016.  
16.
 
Azərbaycan yazıçıları XX-XXI yüzillikdə (ensiklopedik məlumat kitabı) tərtib edəni 
Teymur Əhmədov. Bakı, “Nurlar”, 2011. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə