Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə13/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   9   10   11   12   13   14   15   16   ...   137

 
31 
laşırıq.  Bu  yazı  üzərində  işlərkən  ilk  təzkirə  nümunəsi  kimi  Buxaralı 
Məhəmməd  Ovfinin  “Lübab  ül-əlbab”  (1222)  əsərini  [2]  qeydə  aldıq, 
hətta müəllif və əsər barədə qısa qeydlər edib, onunla başlamaq fikrində 
olduq.  Lakin sonralar ondan  da  on illərlə,  əsrlər  öncə  yazılmış  əsərlərin 
adlarına  rast  gəldik.  Məsələn,  Əbu  Mənsur  əs-Saolibinin  “Yatimat  ad-
dahr” (961-1038) adlı ərəb dilində yazılmış əsərinin ilk təzkirə nümunəsi 
olduğunu öyrəndik [3, s. 9]. Tam adı “Yatimat ad-dahr fi maxosin ahl al-
asr”  (“Əsr  əhlinin  fazilləri  haqqında  zəmanəsinin  inciləri”)  adlı  bu 
təzkirənin  Qahirə  nəşri  1801  səhifədən  ibarətdir.  Təzkirə  dörd  fəsildən 
ibarətdir. Əsərin axırıncı fəsli Orta Asiyanın məşhur 124 ədibindən bəhs 
edilir ki, bunlardan da 48 nəfəri Buxara ziyalılarıdır. 
Daha  sonra,  Nizami  Aruzi  Səmərqəndinin  (əsl  adı:  Əhməd  İbn 
Ömər,  1110-1161)  “Çahar  məqalə”  (“Dörd  mühakimə”,  1156-57-
ci illərdə yazılıb) əsəri (təzkirəsi) [4] fars ədəbiyyatının qiymətli nüsxələ-
rindəndir.  Əsərdə  Şah  üçün  gərəkli  olan  katib  (kargüzarlıq),  şair,  mü-
nəccim  və  həkim  (təbib)  kimi  dörd  məmurun  məsləkindən  bəhs  edilir. 
Katib, şair, münəccim və təbib – bir şahlıq üçün gərəkli olan adamlardır. 
Onların  saray  sultanı  yanında  olması  çox  zəruridir.  Səltənətin  nizamı 
katiblə,  adın  ölümsüzlüyü  şairlə,  işlərin  nizamı  münəccimlə,  bədənin 
sağlamlığı  təbiblədir.  Bu  dörd  qiymətli  sahə  hikmət  elminin  səhifələ-
rindəndir.  Əsl  adı  “Məcmə  ün-nəvadır”  olan  bu  əsərdə  dörd  məslək 
sahəsinə aid 43 şəxs haqqında hekayət yazılıb, hər sahə ayrı-ayrı bölmədə 
təqdim  edildiyindən,  yəni  dörd  bölmədən  ibarət  olduğu  üçün  “Çahar 
məqalə” (“Dörd mühakimə”) adı ilə tanınmışdır. 
Təzkirəçilik  tarixi  haqqında  mükəmməl  monoqrafiyalar  yazılıb: 
istər Türkiyə, istərsə də Azərbaycan alimlərinin araşdırmalarında kifayət 
qədər zəngin faktlar fikrimizi dərinləşdirdi. 
Hüseyin  Ayan,  K.Yavuz,  E.Camalnaz,  R.Toparlı,  G.Ayan,  Əli 
Yavuz  Akpınarın  birgə  müəllifliyi  ilə  hazırlanan  “Ali  Şir  Nevayi. 
Mecalisün-nefayis”  [5],  Kemal  Eraslanın  “Ali  Şer  Nevayi.  Mecalisün 
nefayis”  [6],  Mustafa  İsenin  “Təzkirədən  bioqrafiyaya  (və  təzkirəçiliyə 
dair  bir  çox  əsərləri)”  [7],  Məhəmmədəli  Tərbiyətin  “Danişməndani-
Azərbaycan”  təzkirəsi  [8],  K.Nəhmətovanın  “Məhəmmədəli  Tərbiyətin 
“Danişməndani-Azərbaycan” [9],Vüsalə Musalının “XV-XVII əsrlər türk 
təzkirələrinin strukturu və spesifikası (əlyazma qaynaqları əsasında)” [10] 
monoqrafiyaları faktlar zənginliyi baxımından çox təqdirəlayiqdir. 
Məlumdur ki, təzkirəçilik ilk olaraq ərəb ədəbi həyatında meydana 
gəlmişdir. Əslində, bu günümüzə  yetən  yazılı mənbələrin hamısı  İslam-
dan sonrakı tarixə aiddir. Sonralar təzkirələr fars dilində, daha sonra fars 


 
32 
dilində yazılmış Azərbaycan təzkirəsi, ondan da sonra Osmanlı Türkiyə-
sində və Azərbaycanda yazılaraq yayılmış və ənənəyə çevrilmişdir.  
Şairlər  haqqında  türkcə  yazılmış  ilk  təzkirə  –  Əlişir  Nəvainin 
“Məcalis  ün-nəfais”  təzkirəsi  [11]  üzərində  tədqiqat  apararkən  təzkirə-
çilik tarixi, xüsusən janrın ilk örnəkləri haqqında bir qədər müfəssəl bəhs 
etmək  istədik.  Beləliklə,  Ə.Nəvai  təzkirəsinə  təsiri  olan  əsərləri  –  Bu-
xaralı  Məhəmməd  Ovfinin,  Şeyx  Əhməd  ibn  Xudayət  Tərazinin  və 
Dövlətşah Səmərqəndinin təzkirə yaradıcılığından bəzi qeydləri nəzərdən 
keçirməmişdən  əvvəl,  təzkirəçilik  tarixinə  müxtəlif  tədqiqatlar  konteks-
tində diqqət yetirdik. 
Birinci, Ə.Nəvainin təzkirəsinə qədər olan əsərlər. 
İkinci, Ə.Nəvai təzkirəsinin təsiri ilə yazılan əsərlər. 
Dövlətşah Səmərqəndinin “Təzkirət üş-şüəra” [12], Əlişir Nəvainin 
“Məcalis  ün-nəfais”  və  “Nəsaim  ül-məhəbbət”  [13]  əsərləri  bu  dövrdə 
yaradılan  təzkirələrin  ən  görkəmli,  ən  mükəmməli  hesab  edilir.  Əbdur-
rəhman Caminin  “Nəfasət ül-üns” [14]  və  “Baharıstan”  [15] əsərləri  də 
təzkirəçiliyin inkişafında mühüm əhəmiyyətə malikdir. 
Əlişir Nəvainin dühası və onun təkrarolunmaz bədii, elmi yaradı-
cılığı XVI-XIX əsrlərdə yaşayıb-yaradan şairlər, tarixçilər və ədəbiyyat-
sevərlərin daimi diqqət mərkəzində olmuşdur. 
Bütün bunların bəziləri haqqında bir çox elmi mənbələrdə, xüsusən 
türkiyəli məşhur alim Kemal Eraslan “Alişir Nevayi. Mecalisün-nefayis” 
əsərinin  I  kitabında  [6]  –  giriş  və  mətn  hissəsində  “Təzkirə  və  təzkirə-
çilik” tarixini zəngin ədəbi-tədqiqi faktlarla tanış edir. 
Həmin  kitabdan  bu  siyahını  [6,  s.  13-18]  nəzərinizə  çatdırmağı 
məqsədəuyğun hesab etdik:  
a)  İran  təzkirələri  –  Abdulhəmid  Xalxali  –  “Təzkireyi-şüəra 
müasiri  İran”;  Nemətullah  Zəkayi  Bəyzali  –  “Təzkireyi-Xani  nemət”; 
Mahmudu Hidayət “Gülzari Cavidan”; Əziz Dövlətabadi – “Suhanveran-
i Azərbaycan”; Həmidi Dihim  –  “Təzkireyi şüəra  Azərbaycan”;  Abdur-
rəfi Həqiqət – “Fərhəngi şairan-i zəbani Parsi”; Seyid Məhəmməd Bakiri 
Burka – “Subhanveran-i nami müasiri İran” 
Bunların  içərisində  “Məcmə  ül-xəvas”,  “Gülşən  üş-şüəra”,  “Atəş-
kədə”,  “Təzkireyi-Nəvvab”,  “Riyaz  ül-aşiqin”  yalnız  Azərbaycan  şair-
lərindən bəhs edən ilk təzkirələrdir. Günümüzdə də  yüksək inkişaf xətti 
ilə yayılan təzkirəçilik ənənəsi antologiya, biblioqrafiya, biobiblioqrafiya 
adlanaraq davam edir. Müasir tariximizdə tanınmış alim Teymur Əhmə-
dovun  bir  neçə  dəfə  təkmilləşdirərək  nəşr  etdirdiyi  “Azərbaycan  yazı-
çıları” [16], Anarın “1500 ilin Oğuz şeiri” [17], “Min ilin 100 şairi” [18], 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə