Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə11/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   7   8   9   10   11   12   13   14   ...   137

 
26 
Məsihinin  əsəri  isə  klassik  epik  əsərlər  kimi  divan  ədəbiyyatı  qanun-
qaydalarına  əsaslanır.  Poemada  hər  bölmə  mənzum  şəkildə  ifadə 
olunmuş, fəslin daxili məna və məzmununa uyğun adlandırılmışdır... 
Məsihinin  poeması  həcmcə  də  Yusif  Məddahınkından  çox  böyükdür. 
Yusif Məddahın poeması 1700 beytdən ibarətdir. Məsihinin “Vərqa və 
Gülşa”  poeması  isə  on  min  misraya  yaxındır”...  [2]  “Hər  iki  əsər 
ənənəvi  şəkildə,  klassik  epik  şeirin  ədəbi  qanunlarına  uyğun  olaraq 
tövhid  və  nətlə  başlanır.  Lakin  Yusif  Məddahın  əsərində  rəsmi-
ənənəvi başlıqlara az yer verilmişdir: burada tövhid yeddi, nət isə üç 
beytdən ibarətdir.” 
Məsihinin  “Vərqa  və  Gülşa”sında  isə  nət,  tövhid,  Əlinin  tərifi, 
meracnamə,  qələmə  xitab,  Şah  Abbasın  mədhi  və  saqinamə  hissələri 
verilir. Bu fəsillərin həcmi əsərdə min misraya yaxındır. Belə statistik 
fərqlərin  müəyyənləşdirilməsi  tədqiqatçıya  Məsihi  əsərinin  bədii 
strukturunda – süjet və kompozisiya sistemində nəzərə çarpan özünə-
məxsusluqları  göstərməyə  imkan  yaradır  və  o,  hər  iki  əsərin  süjet  və 
kompozisiyasını müqayisə edərək bildirir ki, Məsihinin əsərinin süjeti 
bəzi  cəhətlərinə  görə  Yusif  Məddahın  əsərinə  bənzəsə  də,  ideya-
sənətkarlıq  xüsusiyyətlərinə  görə  tamam  orijinal  əsərdir.  Məsihi  “sü-
jetə  Yusif  Məddahın  əsərində  olmayan  bir  çox  hadisələr  əlavə  etmiş, 
bəzi  epizodları  öz  məqsədinə  uyğunlaşdırmış,  bəzilərini  isə  atmışdır” 
[2,  s.  60].  “Məsihi  ənənəvi  süjetə  qəhrəmanların  nəzir-niyazla  doğul-
ması,  aşiqlərin  şam,  pərvanə  və  ay-ulduzlarla  mükaliməsi,  onların 
məktublaşması,  özlərinin  öz  dərdlərinə  çarə  tapmaları,  Hümam  və 
arvadının  xeyirxahlıqları  və  s.  bu  kimi  epizodları  əlavə  etmişdir  ki, 
bunlar  “Vərqa  və  Gülşa”  mövzusunda  yazılan  bəlli  əsərlərin  heç 
birində yoxdur” [2, s. 61]. 
Monoqrafiyada  Məsihinin  “Vərqa  və  Gülşa”  əsərinin  Tehranda 
və Londonda saxlanılan əlyazmalarının elmi təsviri verilir, onların ya-
zılma  tarixi,  xətt  və  kağız  növü,  həcmləri,  fərqi  göstərilir.  Hər  iki 
nüsxəni diqqətlə oxuyub müqayisə edən Ə.Səfərli bu qənaətə gəlir ki, 
“Vərqa və Gülşa”nın Tehran nüsxəsi daha əski və mükəmməldir. Bu-
rada  London  nüsxəsində  olmayan  dörd  fəsil  vardır  ki:  “Məsihinin 
dünyagörüşünün  bəzi  cəhətlərini  işıqlandırmaq,  əsərin  ideya-bədii 
keyfiyyətlərini aydınlaşdırmaq üçün çox faydalıdır” [2, s. 82]. 
Kitabda  “Vərqa  və  Gülşa”nın  ölməz  qəhrəmanları,  aparıcı  per-
sonajları dərin təhlildən keçirilir. Ə.Səfərli Vərqanı “Eşq və şərəf mü-
cəssəməsi”, Gülşanı “Sevgi və gözəllik örnəyi”, əsərin özünü isə ümu-
milikdə  “Ölməz  sevgi  dastanı”  hesab  edərək,  onun  ədəbiyyat  tarixin-
dəki yeri barədə  yazır: “Məsihinin “Vərqa və Gülşa” poeması ictimai 


 
27 
məzmunu,  bədii  keyfiyyəti  baxımından  Azərbaycan  epik  şeirinin  gö-
zəl, kamil bir nümunəsidir. Şair bu əsəri ilə Azərbaycan ədəbiyyatı xə-
zinəsinə  öz  təravət  və  rayihəsini  itirməyən  bir  sənət  əsəri  gətirmiş, 
məhəbbətin yeni, möhtəşəm bir abidəsini yaratmışdır” [2, s. 82]. 
Məsihinin  həyat  və  yaradıcılığı  ilə  bağlı  araşdırmaları  Əlyar 
Səfərliyə  XVII-XVIII  əsrlər  Azərbaycan  ədəbiyyatının  öyrənilməmiş 
məsələləri,  bu  dövrün  ədəbi  şəxsiyyətlərinin  fəaliyyəti,  xüsusən  epik 
poeziyanın  inkişaf  yolları  ilə  yaxından  tanış  olmaq,  bu  şeirin  ideya-
məzmun və bədii xüsusiyyətlərini tədqiq etmək imkanı yaradır. Ə.Sə-
fərli  20  ilə  yaxın  bir  zaman  ərzində  bu  sahədə  apardığı  gərgin  elmi 
axtarışların  nəticələrini  “XVII-XVIII  əsrlər  Azərbaycan  epik  şeiri” 
mövzusunda  yazdığı  doktorluq  dissertasiyasında  ümumiləşdirir  və 
həmin dissertasiyanın mətni əsasında eyniadlı dəyərli bir monoqrafiya 
çap  etdirir  [3].  “Epik  şeir  və  ictimai  həyat”,  “Romantik  və  fantastik 
məhəbbət  poemaları”,  “Həyata  və  insana  yeni  münasibət.  Mənzum 
hekayənin  müstəqil  janra  çevrilməsi...”  adlı  üç  fəslində  epik-didaktik 
əsərlərdə  realizm,  Cəlalilər  hərəkatının  epik  şeirdə  əksi,  tarixi  möv-
zuların epik təsviri, qissə-məsnəvilərin mövzu dairəsi, fantastik obraz-
larda  həyat  həqiqətlərinin  ifadəsi  kimi  məsələlərin  elmi  izahı  verilən 
bu  monoqrafiyanın  dördüncü  fəsli  dövrün  bədii  nəsrinin:  səyyar  sü-
jetlər  əsasında  yaranan  hekayə  toplularının,  Möhsün  Nəsirinin  “Tuti-
namə”,  Məhəmmədin  “Şəhriyar”  əsərlərinin  təhlilinə  həsr  olunmuş-
dur. İlk baxışda kitabın adına və problematikasına paradoksal görünən 
bu fəsil əslində XVII-XVIII əsrlərdə yaranan epik ədəbiyyatı bütöv bir 
tam  kimi  göstərmək  məqsədinə  xidmət  edir.  Elə  buna  görə  Ə.Səfər-
linin monoqrafiyası orta əsrlər Azərbaycan ədəbiyyatının sözükeçər – 
nüfuzlu biliciləri tərəfindən razılıqla qarşılanmış, görkəmli ədəbiyyat-
şünas-alim  Mirzağa  Quluzadə  monoqrafiyanın  nəşriyyata  təqdim 
olunmuş nüsxəsinə rəyində yazmışdır: “Ə.Səfərli Azərbaycan ədəbiy-
yatında XVII-XVIII əsrlərdə inkişaf edən epik şeirimizin bir sıra əsla 
işlənməmiş və ya ötəri adları çəkilmiş maraqlı nümunələrini toplayıb 
aşkara çıxarmış, onları sistemləşdirmiş, bu sahədə olan ilk mənbələri 
diqqətlə  təhlil  etmişdir...  Müəllif  XVII-XVIII  əsrlərdə  Azərbaycan 
epik  şeiri  və  bədii  nəsrinin  həyatla,  tarixi-ictimai  zəminlə  sıx  əlaqə-
lərini,  bu  əsərlərdə  humanist  ideyaların  canlı,  şairanə  təsvirini,  əsər-
lərin  ideya-estetik  məziyyətlərini  elmi-metodoloji  cəhətdən  tamamilə 
düzgün istiqamətdə öyrənib araşdırmışdır” [3, s. 5]. 
Azərbaycan  mediyevist  alimlərinin  əksəriyyəti  kimi  Əlyar  Sə-
fərli də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan Azər-
baycan ədəbiyyatına mənsub əlyazmalarından xəbərdar, xətt növlərinə 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə