Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə7/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   2   3   4   5   6   7   8   9   10   ...   137

 
18 
özümüz  yeyək”. Tələbələr ləpəni  yeməyi  məsləhət  bilirdilər. Mən də 
yoldaşlarıma  göndərilən  ərzaqdan  və  başqa  sovqatdan  yeyib-içir,  tə-
ləbəliyin ilk illərini bir qarnı ac, bir qarnı tox yola verirdim”. 
İki  il sonra onun vəziyyəti qismən  yaxşılaşır. Əlyar tələbə  yol-
daşlarından  Rüstəm  və  Alimə  qoşulub  universitet  prorektorunun  ya-
nına gedir, acınacaqlı  yaşayışları barədə prorektora məlumat verirlər. 
Prorektor onların  yataqxana ilə təmin olunmasına kömək edir və  Əl-
yargil  yataqxanaya  yığışırlar.  Elə  həmin  semestr  o,  imtahanların  ha-
mısından “əla” qiymət alır və ona əlaçı təqaüdü verirlər. Bir dəfə də coğ-
rafiya  müəllimi  ondan  xahiş  edir  ki,  Ordubaddan  ona  qoz  ləpəsi  gə-
tirsin. Əlyar müəlliminin xahişini yerinə yetirir və müəllimi Əlyara çox-
lu pul verir. Bu da tələbə gəncin maddi durumunu xeyli yaxşılaşdırır. 
1960-cı  ildə  universiteti  bitirən  Əlyar  Səfərli  bir  neçə  ay  işsiz 
qalandan sonra akademik Yusif Məmmədəliyevin köməkliyi ilə Niza-
mi  adına  Dil  və  Ədəbiyyat  İnstitutunun  Qədim  və  orta  əsrlər  ədə-
biyyatı şöbəsinə işə qəbul edilir. “Şöbənin müdiri Mirzağa Quluzadə, 
– Ə.Səfərli xatırlayır, – çox yaxşı kişi idi. İnsanlığına, mədəniyyətinə 
söz  ola  bilməzdi.  Mənə  dissertasiya  mövzusu  verdi.  Şöbənin  əmək-
daşları:  M.Seyidli,  Q.Kəndli,  M.Purabbas,  Q.Beqdeli,  Q.Cahani, 
A.Rüstəmova,  A.Dadaşzadə  və  X.Yusifli  ilə  eyni  şöbədə  çalışırdım. 
Onların hamısı çox mehriban, qayğıkeş insanlar idi.  
1966-cı  ildə  “Məsihi  və  onun  “Vərqa  və  Gülşa  poeması” 
mövzusunda  dissertasiya  müdafiə  edərək  filologiya  elmləri  namizədi 
elmi dərəcəsi alan Ə.Səfərli 1968-ci ildə müsabiqə yolu ilə ADU-nun 
Azərbaycan  dili  və  onun  tədrisi  metodikası  kafedrasına  müəllim  və-
zifəsinə qəbul edilir. 1971-ci ildə işləmək üçün SSRİ Xarici İşlər Na-
zirliyi  onu  Əfqanıstana  göndərir.  Ə.Səfərli  üç  il  Məzari-Şərif  və  Şi-
birqan şəhərlərində tərcüməçi işləyir. Bu şəhərlərdə özbək, türkmən və 
taciklər  də  yaşayırmış.  Ə.Səfərli  onlarla  yaxınlıq  edir,  dostlaşır.  Xü-
susilə,  Sibirqan  şəhərində  özbəklər  Əlyara  rəğbət  bəsləyir,  onu  öz 
məclislərinə  dəvət  edirlər.  Belə  məclislərdə  söhbət  bədii  sənətdən, 
ədəbiyyatdan,  poeziyadan  gedir,  Füzulinin,  Nəvainin  şeirləri  oxunub 
təhlil  edilirmiş.  1973-cü  ildə  Əfqanıstandan  vətənə  qayıdan  Ə.Səfərli 
ADU-nun  Azərbaycan  ədəbiyyatı  tarixi  kafedrasında  pedaqoji  fəaliy-
yətini davam etdirir; qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı fən-
nindən  mühazirələr  oxuyur,  seminar  məşğələləri  keçir,  yeni  tədris 
proqramı və dərs vəsaiti hazırlayır. Onun ədəbiyyatşünas Xəlil Yusifli 
ilə  birlikdə  yazdığı  “Qədim  və  orta  əsrlər  Azərbaycan  ədəbiyyatı” 
(1982)  dərsliyi  bu  dövrdə  çap  olunur.  Azərbaycan  ədəbiyyatının  qə-
dim  dövrlərdən  XIX  əsrə  qədərki  inkişaf  yolu,  mərhələləri,  şəxsiy-


 
19 
yətləri, onların həyat və  yaradıcılığı  haqqında sistemli və  əhatəli mə-
lumat, elmi bilik verən bu dərsliyin “Kitabi-Dədə Qorqud”, “Dastani-
Əhməd  Hərami”,  “Qazi  Bürhanəddin”,  “İmadəddin  Nəsimi”,  “Mə-
həmməd  Füzuli”,  “Fədai”,  “Məhəmməd  Əmani”,  “Məsihi”,  “Qövsi 
Təbrizi”,  “Saib  Təbrizi”,  “Məhcur  Şirvani”,  “XVII-XVIII  əsrlər  ədə-
biyyatı”,  “Molla  Vəli  Vidadi”,  “Molla  Pənah  Vaqif”,  “Məhəmmədin 
“Şəhriyar”  dastanı”  hissələrini  Ə.Səfərli  yazmış,  dərslik  yazılarkən 
istifadə olunmuş elmi və bədii əsərlərin siyahısını tərtib etmişdir. 
Məlumdur ki, hələ “Qədim və orta əsrlər ədəbiyyatı” çap oluna-
na qədər bu dərslikdə  yer alan sənətkarlar və ədəbi abidələr haqqında 
geniş  məlumat  verən  tədqiqat  əsərləri,  monoqrafiya  və  kitablar  nəşr 
olunmuş,  üçcildlik  “Azərbaycan  ədəbiyyatı  tarixi”ndə  onların  ömür 
yolu, yaradıcılıqlarının əsas istiqamətləri haqqında kifayət qədər ətraf-
lı  məlumat  verilmiş,  məşhur  əsərləri  təhlil  edilərək  bədii  düşüncənin 
inkişafındakı  xidmətləri,  yeri  barədə  obyektiv  elmi  fikirlər  söylən-
mişdir.  Həmin  fikirlərdən  ustalıqla  bəhrələnən  Ə.Səfərli,  haqqında 
söhbət  açdığı  sənətkarların  həyat  və  yaradıcılığına  dair  öz  mülahizə-
lərini  də  söyləmiş,  bu  yolla  onların  nəinki  Azərbaycan,  ümumiyyətlə 
Yaxın  və  Orta  Şərq  ədəbiyyatının  inkişafında  rolu  haqqında  dolğun, 
əhatəli  elmi  təsəvvür  yaratmağa  çalışmışdır.  Bu  keyfiyyət  kitabdakı 
fəsillərin hər birində, o cümlədən Ə.Səfərlinin  yazdığı  oçerklərdə ay-
dın görünür. Ə.Səfərli “Kitabi-Dədə Qorqud” eposunu qədim “Oğuz-
namə”lərin ən böyüyü və məşhuru, Azərbaycan xalqının tarixi qəhrə-
manlıq  keçmişini  əks  etdirən  möhtəşəm  sənət  əsəri,  yazılı  ədəbiyyat 
abidəsi,  “Dastani-Əhməd  Hərami”  məsnəvisini  “XIII  əsr  Azərbaycan 
ədəbiyyatının ən gözəl və qiymətli nümunələrindən biri” sayır. Epos-
dakı hadisələrin uzaq tarixi keçmişlə bağlı olduğunu, “feodal münasi-
bətlərinin ilk təşəkkül dövrü ilə” səsləşdiyini bildirən tədqiqatçı “Das-
tani-Əhməd  Hərami”nin  də  “Kitabi-Dədə  Qorqud”la  eyni  dövrdə  ya-
randığını  güman  edir.  Bu  əsərlərin  ikisini  də  həm  məzmun,  həm  də 
forma  xüsusiyyətlərinə,  estetik  tamlığına  görə  incələyən  Ə.Səfərli 
onların  bədii  üslubu,  dillərinin  leksik  tərkibi,  mətnlərdə  işlənən  söz-
lərin  semantik  əlamətləri  üzərində  apardığı  elmi  müşahidələrə  əsasən 
bu qənaətə gəlir ki, “Kitabi-Dədə Qorqud” kimi “Dastani-Əhməd Hə-
rami”  də  Azərbaycan  ədəbi  dilinin  “ilk  təşəkkül  dövrlərinə  məxsus 
əlamət  və  gözəllikləri  əks  etdirir”.  Onun  lüğətində  ərəb-fars  sözləri 
azdır,  burada  “Kitabi-Dədə  Qorqud”  boylarında  işlənən  türk  mənşəli 
çoxlu  qədim leksik vahidlər vardır:  ərən, əsən, qopuz, sağdış,  soldış, 
qutlu, yörə, aytmaq, ulaşmaq, altun və s. Canlı danışıq dilindən alın-
mış  belə  vahidlər,  həmçinin  məsəl  və  ata  sözləri  əsərin  estetik  tə-


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə