Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə10/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   6   7   8   9   10   11   12   13   ...   137

 
24 
rafiyasıdır.  Onun  namizədlik  dissertasiyasının  mətni  əsasında  hazır-
lanan bu monoqrafiya XVI  əsrin sonları, XVII  əsrin birinci  yarısında 
yaşamış  Azərbaycan  şairi  Rüknəddin  Məsud  Məsihinin  həyat  və 
yaradıcılığından bəhs edən birinci kitabdır. Ona qədər Məsihinin ömür 
yolu,  bədii  irsi,  şair  sələfləri,  xüsusilə  Füzuli  yaradıcılığı  ilə  əlaqəsi, 
ədəbiyyat tarixində mövqeyi barədə Həmid Araslı, Mirzağa Quluzadə 
və  Mirəli  Seyidov  bəhs  etmiş,  Məsihini  “Füzuli  şeirləri  ilə  tərbiyə-
lənmiş,  Füzuli  irsini  dərindən  mənimsəmiş,  onun  ədəbi  məktəbini 
davam etdirən bir sənətkar” (H.Araslı), “Füzuli ənənələrini yeni dövr-
də, yeni ictimai şəraitdə öz yaradıcılıq simasını parlaq surətdə göstər-
məklə  inkişaf  etdirən”,  “öz  dövrünün  tarixi-ictimai  həyatını  əks  et-
dirən  və  bədii  yaradıcılıq  təcrübəsinə  yeni  qiymətli  keyfiyyətlər  gəti-
rən  şair”  (M.Quluzadə),  “XVII-XVIII  əsr  Azərbaycan  ədəbiyyatında 
görkəmli  yer  tutan,  xalq  ruhuna  daha  çox  yaxın  olan  sənətkarlardan 
biri” (M.Seyidov) saymışlar. 
Ədəbiyyatşünas  sələflərinin  Məsihi  haqqında  fikirlərinə  dərin 
hörmətlə  yanaşan,  onların  əməyini  qədirşünaslıqla  qiymətləndirən 
Ə.Səfərli  yanlış mülahizələri, səhv fikirləri dözümsüz qarşılayır, belə 
fikir  və  mülahizələrə  təshih  verməklə  elmi  həqiqəti  üzə  çıxarır.  Bu 
məziyyət  onun  məşhur  türk  ədəbiyyatşünası  İsmayıl  Hikmətin,  iranlı 
alim  Əmiri  Firuzkuhinin  fikirlərinə  münasibətində  aydın  görünür; 
İsmayıl Hikmət “Azərbaycan ədəbiyyatı tarixi” (1928) kitabında Mə-
sihini  öz  dövründə  gözəl  rübabi  şeirlər  müəllifi  kimi  tanınan,  epik 
məsnəvilərilə  Şərq  şairləri  arasında  məxsusi  mövqeyi  olan  sənətkar 
kimi səciyyələndirsə də, onun “saraya intisab etmiş (yəni saraya mən-
sub  olan  –  Z.Ə.)  və  ya  etməyə  çalışmış  mədhiyyə  yazan  bir  şair”  ol-
masını,  “Vərqa  və  Gülşa”  əsərinin  mövzusunu  fars  əfsanələrindən 
götürüldüyünü  söyləmiş,  Firuzkuhi  isə  Məsihini  İsfahan  şeir  mək-
təbinə  mənsub  olan  fars  şairi  kimi  qələmə  vermişdi.  Ə.Səfərli  adıçə-
kilən  tədqiqatçıların  ikisinin  də  fikirlərini  təkzib  edərək  yazırdı: 
“İngilis  şərqşünası  kimi  İsmayıl  Hikmət  də  Məsihinin  bu  poemanı 
(“Vərqa  və  Gülşa”  nəzərdə  tutulur  –  Z.Ə.)  1282-ci  hicri  ilində  Teh-
randa çap olunmuş “Vərqa və Gülşa” əfsanəsinin fars xalq variantın-
dan götürdüyünü iddia edir ki, bu da doğru deyildir. Onun Məsihinin 
“Saraya  intisab  etmiş  və  etməyə  çalışmış  mədhiyyə  yazan  bir  şair 
olması”  fikri  də  tarixi  həqiqəti  ifadə  etmir”  [2,  s.  7].  “Firuzkuhinin 
Məsihini  İsfahan  məktəbinə  mənsub  edərək,  onu  bir  fars  şairi  kimi 
qələmə verməsi, əlbəttə  səhvdir... Şairin (Məsihinin – Z.Ə.) əldə olan 
yeganə  böyük  əsəri “Vərqa və  Gülşa” istər dil, istərsə də əsas qəhrə-
manlarının səciyyəsi etibarilə “İsfahan məktəbi” ilə deyil, məhz Füzuli 


 
25 
ənənələri, Azərbaycan nağıl və dastanları ilə yaxından səsləşir” [2, s.9]. 
Monoqrafiyada  Məsihinin  dövrü,  həyatı,  güzəranı,  müasirləri 
haqqında əhatəli məlumat verilir. Əsas elmi tədqiqat obyekti isə şairin 
“Vərqa və Gülşa” məsnəvisidir. Ə.Səfərli bu  əsərin bədii qaynaqları, 
ərəb  şifahi  ədəbiyyatında  geniş  yayılan  əfsanə  və  rəvayətlər,  onların 
əsasında yaranan sərgüzəştlər barədə söhbət açmaqla, “Vərqa və Gül-
şa”  mövzusunun  Yaxın  və  Orta  Şərqdə,  xüsusilə  ərəb  qəbilələri  ara-
sında  qədim  zamanlardan  məşhur  olduğunu,  hətta  “Leyli-Məcnun” 
əfsanəsindən  daha  çox  yayıldığını,  bu  mövzuda  müxtəlif  əsərlər  ya-
zıldığını əsaslandırır. Kitabda belə qaynaqlardan biri – VII əsrdə Cə-
nubi  Ərəbistan  qəbilələri  arasında  kiçik  rəvayətlər  şəklində  intişar 
tapan  “Urva  və  Əfra”  hekayəsi  haqqında  geniş  söhbət  açılır.  Müəllif 
tədqiqat əsasında bildirir ki, zaman keçdikcə “Urva və Əfra” hekayəsi 
Yaxın Şərqdə “Vərqa və Gülşa” adı ilə məşhurlaşmış, türk, Azərbay-
can,  fars,  özbək,  qazax,  tacik,  türkmən,  tatar,  əfqan  ədəbiyyatlarında 
bu mövzuda bir sıra əsərlər yaradılmışdır. Mövzunu yazılı ədəbiyyata 
gətirən, dağınıq əhvalatları birləşdirib kamil, bitkin bədii əsərə çevirən 
ilk şair isə Əyyuqi olmuşdur. Onun böyük sənətkarlıqla nəzmə çəkdiyi 
“Vərqa və Gülşa” dastanından sonra bu mövzu Yaxın Şərqdə daha da 
populyarlaşmış,  həm  farsdilli,  həm  də  türkdilli  ədəbiyyatda  onun 
müxtəlif variantları əmələ gəlmişdir. XIV əsrdə türk şairi Yusif Məd-
dah,  XVII  əsrdə  Azərbaycan  şairi  Məsihi  “Vərqa  və  Gülşa”  mövzu-
sunda  əsər  yazmışlar.  Bundan  başqa  əfqan,  qazax,  özbək,  tacik  və 
türkmən  şairləri  də  “Vərqa  və  Gülşa”  əfsanəsinin  öz  ədəbiyyatla-
rındakı variantı əsasında məsnəvi-dastanlar  yazaraq, Yaxın Şərq ədə-
biyyatında  “Vərqa  və  Gülşa”  mövzusunda  yazılan  əsərlərin  sırasını 
həm keyfiyyət, həm də kəmiyyətcə xeyli zənginləşdirmişlər.  
Bütün  bunları  xüsusi  elmi  səliqə  və  təmkinlə  şərh  edən  Əlyar 
Səfərli Yusif Məddahla Məsihinin “Vərqa və Gülşa”larının müqayisəli 
təhlili üzərində  dayanaraq bu  əsərlərin məzmun  və forma qatında nə-
zərə  çarpan  tipoloji  oxşarlıqları  və  fərqləri  göstərir.  Tədqiqatçının 
doğru qənaətinə görə Məsihi “ənənəvi mövzuda əsər yazsa da... əvvəl-
ki  “Vərqa  və  Gülşa”  poemalarından  tamamilə  fərqli,  spesifik  xüsu-
siyyətlərə  malik  orijinal  bir  əsər  yaratmışdır”  [2,  s.  58].  Yusif  Məd-
dahın  “Vərqa  və  Gülşah”ı  kimi  Məsihinin  də  əsəri  epik-lirik  əsərdir. 
Onların  ikisi  də  məsnəvi  formasında  yazılmış,  hadisələrə,  qəhrəman-
ların  ovqatına  uyğun  lirik  qəzəllər  verilmişdir.  Lakin  Yusif  Məddah 
poemasını  rəməl,  Məsihi  isə  həzəc  bəhrində  yazmışdır”  [2,  s.  59]. 
“Yusif  Məddahın  poeması  rəvayətlər  kimi  məclislərə  ayrılır.  Poema 
altı  məclisdən  ibarətdir  və  hər  məclisin  adı  ərəbcə  verilmişdir... 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə