Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə18/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   14   15   16   17   18   19   20   21   ...   137

 
43 
yaradıcılıq üçün bir zəmin  idi... “Vaqif” pyesi  öz köklərini “Komso-
mol poeması”ndan götürmüşdür. Bu fikri bir sıra müəlliflər də təsdiq 
etməkdədir” [3, s. 253]. 
B.Vahabzadə  haqlıdır,  şairin  bəzi  poemalarının,  xüsusilə  də 
“Komsomol poeması”nın “Vaqif”in yazılmasına dramaturji baxımdan 
binagüzarlıq etdiyini, doğrudan da, bir çox müəlliflər təsdiq edir. Mə-
sələn, M.Hüseyn də “Komsomol poeması”nda “bitkin dram əsərlərinə 
xas  olan  qüvvətli  bir  konfliktin  yer  aldığını,  Cəlalın  və  Humayın  ta-
leyinin  başdan-başa  dramatizmlə  dolu”  [4,  s.  11]  olduğunu  diqqətə 
çatdırır.  
S.Vurğunun  yazdığı  hər  bir  şeirin  mayasında  “dramatizm  və 
tragizm ruhu”nun səsləndiyini, “Dəli şair” poemasında “dramatik səh-
nələr”in  yer  aldığını  vurğulayan  M.Vəkilov  da  eyni  qənaəti  bölüşür: 
“Doğrudan  da,  “Komsomol  poeması”nın  hər  fəsli  bir  dramatik 
səhnədir. Bu səhnələrdə  xarakterlər, ehtiraslar, hiss və  duyğular, arzu 
və əməllər, qəzəb və mərhəmət, ölüm və həyat, xeyir və şər, məhəbbət 
və  hicran  arasındakı  təzadların  və  konfliktlərin  dramatik  mübarizəsi 
təsvir edilir” [2, s. 130]. 
B.Vahabzadə  şairin  dram  janrına  müraciət  etməsinin  səbəbini 
ümumi bir qanunauyğunluqla da əlaqələndirir. Müəllif yazır: “Dünya 
ədəbiyyatında  bir  çox  şairlərin  yaşa  dolduqdan  sonra  nəsr  və  drama-
turgiyaya  keçdikləri  bizə  məlumdur.  Ömrün  cavanlıq  dövründə  daha 
çox  hiss  və  həyəcanlarını  ifadə  etməyə  səy  göstərən  şairlər,  yaşlan-
dıqca həyatın özünü, onun eniş və yoxuşlarını şəxsən özlərinin deyil, 
başqalarının da duyğu və düşüncələrini, onların əməl və mübarizəsini 
göstərməyə çalışırlar” [3, s. 254]. 
Doğrudur,  dünya  ədəbiyyatında  belə  faktlar  az  deyil.  Amma 
S.Vurğun  dramaturgiyaya  heç  də  B.Vahabzadənin  işarə  etdiyi  kimi, 
“yaşa dolduqdan sonra” gəlməmiş, “Vaqif” dramını 1937-ci ildə – 31 
yaşında, yəni “cavanlıq dövründə” qələmə almışdır. Amma şairi vax-
tından tez qocaldan səbəblər olmuşdur. S.Vurğuna qarşı təşkil edilən 
hücumlar,  təqib  və  təzyiqlər,  doğrudan  da,  onu  vaxtsız  qocaltmışdı. 
“Vaqif”  çox  ağır  bir  şəraitdə--həm  şairin  özünə  qarşı  hücumların 
davam  etdiyi,  həm  də  qələm  yoldaşlarının  qətlə  yetirildiyi  bir dövrdə 
yazılmışdı:  “Qələm  yoldaşlarının  taleyi  onu  narahat  edirdi...Səməd 
Vurğun ziddiyyətli düşüncələr içində hər gün, hər gecə qocalırdı” [2, 
s.135].  Şair  özü  də  həmin  illərdə  qələmə  aldığı  əsərlərdə  atılan  böh-
tanların onun “saçlarını ağardıb, ömrünü gödəltdiyini” dilə gətirir. 
Mehdixan  Vəkilov  xatirələrində  “Vaqif”  dramının  1937-ci  ildə 
Azərbaycanın ən yaxşı oğullarının bada getdiyi bir vaxtda yazıldığını, 


 
44 
şairin  öz  faciələrini  qələmə  aldığını,  “Vaqif”də  yalnız  XVIII  əsrə 
məxsus  olan  Qacarın  deyil,  həm  də  Səməd  Vurğunun  yaşadığı  gün-
lərdə  vətənimizin  ən  yaxşı  oğullarını  təqib  edən  cəlladların  qara 
heykəlinin  də  göstərildiyini,  əsəri  yazarkən  şairin  bu  əsərin  üstündə 
əsim-əsim əsdiyini, onu ən yaxşı əsəri hesab etdiyini diqqətə çatdırır. 
Müəllif  yazır:  “Məhz  belə  bir  zamanda,  od  kimi  yandıran  iztirablar, 
daxili ürək çırpıntıları və tərəddüdlər içində o, “Vaqif”i yazdı. Səməd 
Vurğun öz taleyinə əvvəlcədən acıyaraq, Vidadinin dili ilə deyirdi: 
 
Şairdir, qəlbi var, şirin sözü var
Böyük bir ölkənin onda gözü var. 
O, ölsə, dağlar da dil deyib ağlar
Əfv edin...yaxşılıq qalır yadigar” [2, s. 135-136]. 
 
M.Vəkilovun xatirəsindən S.Vurğunun qardaşına  bunları  dediyi 
də  məlum  olur:  “Əgər  məni  aparsalar,  sən  tez  mənim  əsərimi  (“Va-
qif”i – A.S.) götür və etibarlı bir yerdə gizlət. Əsərin yerini Xavər bilir. 
İşdi,  görsən  ki,  sən  də  şübhə  altındasan,  onda  Ruqiyyəyə  (mənim 
həyat  yoldaşımdır)  tapşır  ki,  əsəri  etibarlı  bir  yerdə  gizlətsin”.  Sonra 
Səməd  şair  xəyallı  gözlərini  Xəzərin  üfüqlərinə  zilləyərək  nə  isə  dü-
şündü və mənalı bir tərzdə əlavə etdi ki, “Mənim qələmimi Yuskaya 
(oğlu  Yusif)  ver,  kim  bilir,  mənim  tamamlamadığım  işi,  bəlkə,  o  ta-
mamladı” [2, s. 136]. 
M.Vəkilovun  xatirəsi  bir  çox  məqamlara  aydınlıq  gətirməyə 
imkan  verir.  Burada  qısaca  olaraq  onu  deyək  ki,  Azərbaycanın  Xalq 
yazıçısı Yusif Səmədoğlu atasının yolunu davam etdirdi. “Qətl günü” 
romanında təsvir etdiyi hadisələrin çoxunu elə atasının bioqrafiyasın-
dan almış, əsərdə təsvir edilən itmiş əsər ədəbiyyatşünaslar tərəfindən 
başqa cür yozulsa da, əslində elə “Vaqif” dramının özüdür... 
S.Vurğunun  ilk  dramını  Vaqifə  həsr  etməsi  onun  özünə  ustad 
bildiyi  böyük  şairə  olan  sevgisi  ilə  əlaqələndirilir.  Bunu  S.Vurğunun 
özü də etiraf edir: “Hələ uşaq ikən mən Vaqif yaradıcılığının təsiri al-
tında  idim.  Onun  gözəl  şeirləri,  aydın  və  xalq  dili  mənim  yaradıcılı-
ğıma  təsir  göstərmişdir.  Mən  ilk  şeirlərimi  Vaqifin  qüvvətli  poetik 
cazibə qüvvəsinin təsiri altında yazmışam” [5, s. 119]. 
Bu  aspekt  C.Abdullayevin  tədqiqatında  da  təsdiqlənir.  Müəllif 
yazır: “S.Vurğun Vaqifi mütəfəkkir bir şair, dərin fəlsəfi fikirləri sadə, 
aydın  bir  dillə  ifadə  etməyi  bacaran  incə,  lirik,  öz  dövründə  estetik 
düşüncənin zirvəsinə çıxan “həyat gözəldir” idealını təbliğ edən böyük 
söz bahadırı kimi qiymətləndirmişdir” [6, s. 44]. 


 
45 
M.A.Dadaşzadə S.Vurğunun “Vaqif” tarixi xronikası ilə drama-
turgiyaya  gəlməsini  “1920-ci  illərin  axırlarına  doğru  xalqların  tarixi 
keçmişinə  artan  marağı”  [7,  s.  21]  ilə  əlaqələndirir.  Bu  fakt,  yəni 
“qaranlıq  keçmişin  işıqlı  cəhətini  –  böyük  insanlarını  yaxından  öy-
rənmək  və  xalqımıza  tanıtmaq”  şairin  öz  çıxışlarında  da  təsdiqini 
tapır: “Tarixə “olub keçmiş şeylər”, “çağırılmış bayatılar” kimi baxan-
lar  idrak  və  zövqü  məhdud  insanlardır.  Lakin  biz,  tarixin  uzaqlarına 
getdiyimiz  zamanlarda  belə  yenə  öz  əsrimizin  övladı  olduğumuzu 
unutmamalıyıq. İnkişaf yalnız qabağa, irəliyə getməlidir. Odur ki biz, 
keçmişimizin həyat və qəhrəmanlıq dünyasını dərk etməklə, o böyük 
mənəviyyat  aləminin  ən böyük humanist, mübariz, xeyirxah və nəcib 
insanlarını,  bugünkü  yüksəliş  və  intibah  dövrümüzə  kömək  edəcək 
cəhətlərinin bədii lövhələrini yaratmaqla, babalarımıza rəhmət oxuma-
ğı da bacarmalıyıq” [8]. 
S.Vurğunun  ilk  dram  əsərinin  mövzusunu,  məhz  Vaqifin  hə-
yatından  götürməsi  onun  Vaqifə  ruhən  yaxın  olması  ilə  də  əlaqələn-
dirilir.  B.Vahabzadə  yazır:  “Poeziya  tariximizdə  yeni  bir  dövr  açan 
Vurğun şeirində biz bu gün Nizami epikası, Füzuli lirikası, Vaqif sa-
dəliyi,  Sabir kəskinliyi  görürük.  Lakin  bu böyük  qaynaqlar içərisində 
S.Vurğunun ilk məbədi, şübhəsiz, Vaqif şeiridir. Elə buna görədir ki, 
S.Vurğun Vaqifi şeirinin “könül dastanı” adlandırır” [3,  s. 255]. Fik-
rinin  davamı  olaraq  müəllif  yazır:  “S.Vurğuna  Vaqifi  sevdirən  bir 
cəhət də bu şairin  “şadlıq və səadət müğənnisi” olması idi. S.Vurğun 
şeirinin də sevinc və səadət təranələrindən ibarət olduğu bizə məlum-
dur. Şair özü də bir çox şeirlərində özünü “səadət nəğməkarı”, “sevinc 
bülbülü”,  “ağ  günlər  şairi”  adlandırır.  Vaqif  şeirindəki  optimizm  və 
şuxluq da onu S.Vurğuna sevdirirdi” [3, s. 255]. 
Doğrudur,  B.Vahabzadədə  bu  qənaəti  S.Vurğunun  əsərləri  ya-
radır. “Komsomol poeması”nda şairin “həyat eşqi” ilə əlaqədar olaraq, 
Vaqifi xatırlaması, onu “həyat aşiqi” adlandırması və digər söylənən-
lər  də  gerçəkdir.  Amma  bununla  yanaşı,  S.Vurğun  bir  neçə  əsərində 
və  publisistik  məqalələrində  Vaqifi  faciə  yaşayan  bir  şair  kimi  də 
xatırlayır  və  örtülü  də  olsa,  öz  həyatının  onunku  ilə  oxşar  olduğuna 
işarə edir. Qənaətimizin təsdiqi üçün S.Vurğunun 1936-cı ildə qələmə 
aldığı  “Azad  ilham”  adlı  şeirinə  ötəri  nəzər  salmaq  kifayətdir.  Şair 
burada “sadə fırıldağın həqiqəti boğduğu” bir dövrdə yaşayan, “haqq 
adlı divan qurmaq” istəyən, müqabilində “diri-diri soyulan” Nəsimini, 
“göz  yaşlarından  doymayan”,  “karvanı  dərd  adlı  səhrada  qalan” 
Füzulini,  “fars  dilinə  sinə  gərən”,  “ürək  nəğməsi  daşlara  dəyib,  şüşə 
kimi çiliklənən”, “səsi boğulub, ahını min dağ, min dərə əks etdirən” 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə