Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə15/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   11   12   13   14   15   16   17   18   ...   137

 
35 
Tərazi  öz  kitabını  Mirzə  Uluğbəyə  bağışlayıb,  müqəddiməsində  belə 
yazmışdı: “O səltənət dəryasının gövhəri və ma'dilat konining cövhəri, 
səxavət  boronining  abri  və  şücaət  beshasining  bəbri,  fərasət  sipehri-
ning  mohi,  kayosat  məmləkətinin  şahı,  şahənşahi  əzəm,  şəhriyarı 
aləm,  sohibus  sayf  va-l  qalam,  farmondehi  turku  arabu  ajam, 
mag‘isiddin  va-d  Dövran  Əmir  Uluğbəy  Kuragan”  [23].  Türk  şeir-
şünaslığı  sahəsində  Şeyx  Əhməd  Tərazinin  “Fünun  ül-bəlağə”  [24] 
təzkirəsi  mühüm  əhəmiyyətə  malikdir  və  az  əvvəl  qeyd  etdiyimiz 
kimi, cığatay türkcəsində ilk nəzəri mənbədir. Bu əsər klassik şeirşü-
naslıq, ümumən ədəbiyyatşünaslığın öyrənilməsində ilk və əsas mənbə 
kimi  dəyərləndirilib.  Şeyx  Əhməd  ibn  Xudayət  Tərazi  “Fünun  ül-
bəlağə” (“Nəzəri elmlər” və ya “Bədiiliyin elmləri”) əsərində girişdən 
əlavə  janrların  təsnifi  5  bölmə  daxilində  qruplaşdırılmışdır:  İlk  böl-
mədə – şeirin qəzəl, qəsidə, qitə, rübai, məsnəvi, müsəmma, müstəzad 
və başqa növlərinə dair  geniş  elmi  izah verilmişdir.  II bölmədə  – qa-
fiyə və  rədif məsələləri  öyrənilir.  III bölmədə  –  bədii təsvirin  təşbeh, 
eyham, istiarə, məsəl, təzmin və s. nümunəsində şairlərin 97 növ türk 
və farsdilli əsərlərindən misallar əsasında şərh edilmişdir. IV bölmədə 
–  əruz  vəzninin  təhlilindən,  əruzun  120-dən  artıq  növü  barədə  məlu-
mat  verib.  V  bölmədə  –  Şərq  şeiriyyətinin  müəmma  janrından  bəhs 
edib. 
Şeyx  Əhməd  Tərazi  öz  dövrünün  tanınmış  şairi  idi.  Əslində 
haqqında bəhs etdiyimiz əsəri təzkirədən çox elmi nəzəri mənbə kimi 
dəyərləndirmək daha doğrudur. Sadəcə, şeir növlərindən bəhs edərkən 
şairlər və onların əsərlərindən də nümunələr göstərildiyindən həm də 
təzkirə kimi xarakterizə edilir [25]. 
Lakin  Ə.Nəvai  təzkirəsi  janr  mükəmməlliyi  ilə  çox  fərqlən-
diyindən  indiyəcən  türk  dilində  yazılmış  ilk  təzkirə  nümunəsi  kimi 
qeyd edilmişdir 
Dövlətşah  Səmərqəndi  və  onun  “Təzkirət  üş-Şüəra”  təzkirəsi: 
Dövlətşah  Səmərqəndi  M.Ovfi  “Lübab  ül-əlbab”  təzkirəsini  yazandan 
265  il  sonra  “Dövlətşah  Səmərqəndi  “Təzkirət  üş-şüarə”  (“Şairlər  təz-
kirəsi”)  əsərini  yaratmışdır.  Bu  təzkirə  Şərq  ədəbiyyatının  önəmli  bir 
qaynağı sayılır” [26, s. 11]. Bu mənada, Şərq ədəbiyyatı tarixində Döv-
lətşah ibn Əlaəddövlə Bəxtişah əl-Qazi əs-Səmərqəndinin yeri, ədəbiyyat-
şünaslıq sahəsindəki xidmətləri haqqında məlumat da maraqlı olar – fikri 
ilə bir sıra araşdırmalara nəzər salmalı olduq. 
Bəzi  mənbələrdə  onun  fars  olduğu  yazılsa  da,  türk  alimi  Əhməd 
Atəşin  tədqiqlərinə  görə,  “o,  ...  bir  türk  bəyzadəsi  idi”.  Ümumiyyətlə, 


 
36 
Türkiyə  ədəbiyyatı  mənbələrində  Dövlətşah  Səmərqəndi  belə  təqdim 
edilir:  “XV  əsrin  ən  məşhur  ədəbiyyat  tarixçisi.  1431-ci  ildə  Səmər-
qənddə doğuldu. Əmir Əlaəddövlənin oğludur. Zadəgan bir Türk ailəsin-
dəndir”.  Dövlətşahın  doğum  tarixi  dəqiq  deyil,  lakin  məşhur  “Təzkirət 
üş-şüəra”  əsərini  (bəzən  bu  əsərə  “Təzkireyi-Dövlətşah”  və  ya  “Şairlər 
təzkirəsi” da deyilir) 50 yaşında yazdığını və 1487-ci ildə tamamladığını 
nəzərə  alanda  (əsəri  iki-üç  ilə  yazmışdır),  onun  doğum  tarixi  1495  – 
1496-cı illərə təsadüf edir. 
Bəli, M.Ovfinin ərəb təzkirəçilik ənənəsinin təsiri ilə farsca yazdığı 
“Lübab  ül-əlbab”  (XIII  əsr)  əsərindən  sonra  XV  əsrin  ədəbiyyatşünas 
alimi  Dövlətşah  Səmərqəndinin  məşhur  “Təzkirət  üş-şüəra”sı  ortaya 
qoyuldu. Ə.Nəvainin tövsiyəsi ilə yazdığı bu tarixi əsərini D.Səmərqəndi 
Herat  hökmdarı  Sultan  Hüseyn  Bayqaraya  və  onun  vəziri,  şair  Əlişir 
Nəvaiyə ithaf etmişdi. Ə.Nəvainin həyat və yaradıcılığı haqqında xüsusi 
hissənin  yazılması,  bəlkə  də  bu  aralarındakı  səmimi  münasibətdən  irəli 
gəlmişdir. 
D.Səmərqəndi  “Təzkirət  üş-şüəra”  əsərini  yazarkən  bir  çox  tarixi 
mənbə  və  məxəzlərdən,  özündən  əvvəl  yazılmış  lüğət  kitablarından, 
təzkirələrdən faydalanmışdır: Əbu Tahir Xatuninin “Mənaqib üş-şüəra”, 
M.Ovfinin  “Lübab  ül-əlbab”  kitablarından,  müxtəlif  tarixi  və  coğrafi 
əsərlərdən – İstaxrinin “Kitab məsalik ul-mamolik”, Qardizinin “Zayn ul-
axbor”,  Əbulfəzl  Bayhaqinin  “Tarixi  Ali  Sabuktakin”  kimi  bir  çox 
mənbələrdən,  eyni  zamanda  bəhs  edilən  təzkirədə  adları  çəkilən  şair  və 
ədiblərin əsərlərindən geniş istifadə etmişdir. 
Yeri  gəlmişkən,  burada  üzə  çıxan  bir  məsələnin  üzərində  durma-
ğımız  zəruridir.  Dövlətşah  Səmərqəndi  özündən  əvvəl  Şeyx  Əttarın 
təzkirə yazması haqqında xəbər vermişdir. Agah Sırrı Ləvənd də “Əlişir 
Nəvai”  əsərində  1436-cı  ildə  Heratda  Bəxşi  tərəfindən  “Təzkirət  ül-
övliya”  adlı  əsərin  uyğur  hərfləri  ilə  türk  dilinə  tərcümə  olunması  haq-
qında danışmışdır.  Lakin bu əsərin Şeyx Əttara aid olduğunu söyləmək 
çətindir. Çünki Məhəmmədəli Tərbiyət də “Danişməndani-Azərbaycan” 
əsərində  Mir  Qasım  Ənvarın  “Təzkirət  ül-övliya”  və  ya  “Məqamat  ül-
arifin”  (“Ariflər  məkanı”)  adlı  əsərinin  olmasından  danışır.  Mir  Qasım 
Ənvar  (1356-1434)  Dövlətşah  Səmərqəndidən  bir  qədər  əvvəl  yaşa-
mışdır.  Qasım  Ənvar,  Şah  Qasim  Ənvar,  Qasimi  təxəllüsləri  ilə  yazıb-
yaradan  Müinəddin  Əli  ibn  Nəsir  ibn  Harun  ibn  Əbülqasım  Hüseyni 
Sərabi Təbrizidir. Onun zəngin lirik irsi və “Ənis ül-arifin” poeması sufi 
panteist  poeziyanın  parlaq  nümunələrindən  sayılır.  Uzun  müddət  Herat 
və  Səmərqənddə  yaşadığından  Orta  Asiyada  sufizmin  və  sufi  poeziya-


 
37 
sının  inkişafına  mühüm  təsir  göstərmiş,  Əlişir  Nəvai  onun  şeirləri  ilə 
tərbiyələnmişdir” [9, s. 21]. Ə.Nəvai “Məcalis ün-nəfais” təzkirəsində bu 
haqda belə yazmışdır: “O zamanlar 3 ilə 4 yaş arasında idim. Əziz kişilər 
oxumamı istəyirdilər, bəziləri də şeir oxumama heyrət edərdilər. Və onun 
məsnəviləri  “Ənis  ül-aşiqin”  Mövlana  Cəlaləddin  Rumi,  sirri  mübarək 
olsun,  həzrətlərinin  məsnəvisinin  (Məsnəvi)  “Rəməl  müsəddəs”  deyilən 
vəznində idi” [11, s. 292]. 
“Təzkirət  üş-şüəra”  VII-XV  əsrlərdə  yaşayıb-yaradan  ziyalılar 
haqqında  faktiki  ədəbi-tarixi  məlumatlar,  xüsusən  Xorasan,  Mavəraün-
nəhr, İran, Azərbaycan, Hindistan və başqa vilayətlərdə fars-tacik şeiriy-
yatı inkişafına təkan verən 154 şair haqqında yazılmış rəvayət və heka-
yətlərdən ibarətdir. Əsər müqəddimə, yeddi hissə və nəticədən ibarətdir. 
Müqəddimədə əsərin yazılma səbəblərindən bəhs edən müəllif yazır: “Bu 
kitabı  göylər  kimi  yeddi  təbəqəyə  (əsərin  fəsilləri  təbəqə  kimi  təqdim 
olunub – A.Ü.) ayırdım. Bunun hər təbəqəsində təxminən iyirmiyə qədər 
fazildən  bəhs  olunmaqdadır.  Bundan  başqa  bu  təbəqələrə  bəzi  ərəb 
şairlərinin  həyatlarından  bəhs  edən  bir  müqəddimə  və  bu  gün  şərəfli 
şəxsiyyətləri  ilə  cahanı  bəzəyən  fazil  və  şairlərə  dair  bir  xatimə  əlavə 
etdim” [27, s. 32], daha sonra VII və X əsrin birinci yarısına qədər olan 
ərəbdilli 10 şairdən Labud (VII əsr), Əbu Nuvas (vəfatı – təx. 814), Əbu 
Təyyub  əl-Mutanəbbi  (vəfatı  –  963),  Əbu  Alo  əl-Maari  (973-1058)  və 
başqalarından  bəhs  edilmişdir.  Birinci  və  ikinci  hissədə  X  əsrin  ikinci 
yarısından  sonrakı  –  XI  əsrdə  İran  və  əsasən,  Özbəkistanda  yaşayıb-
yaradan  40  məşhur  şairin  qısa  tərcümeyi-halı  və  yaradıcılığı,  üçüncü, 
dördüncü  və  beşinci  hissələrdə  Xarəzmşahlar  –  Anuş  Təkinlər  (1077-
1231),  Elxanilər  (1256-1353)  və  Müzəffərilər  (1314-1393)  zamanında 
olan 54 şair haqqında məlumatlar yazılıb.  
Axırıncı  iki  hissədə  (altı  və  yeddinci  hissələr)  Əmir-Teymur  və 
Teymurilər zamanında olmuş 41 şair haqqında məlumatlar verilib. Müəl-
lif bu əsərində klassik ədəbiyyatın ümumi inkişaf xətti, Şərq şeiriyyətində 
geniş  yayılmış  rübai,  qəsidə,  qəzəl,  həcv  janrlarının,  eləcə  də  müxtəlif 
şeir  şəkillərinin  təkmilləşdirilməsi  məsələlərinə  də  diqqət  yetirmişdir. 
Qeyd etdiyimiz ədəbi növlər barədə Cövhər Zərgər, Xoca Girmani, Cəlal 
Təbib,  Xoca  İsmətulla  Buxari  (dastan  janrı),  Fərruxi,  Nizami  Aruzi 
Səmərqəndi, Qətran ibn Mənsur Termizi, Rəşidəddin Vətvat, Muiniddin 
Juvayni, Yəhya Kamal Nişapur, Şeyx Azəri, Sahib Bəlx, Simiy Nişapuri 
və başqa mütəfəkkirlərin, şair və yazıçıların yaradıcılıqlarından söz açar-
kən bəhs etmişdir. Nəticədə XV əsrin ikinci yarısından keçən tarixdə və 
təzkirə müəllifinin müasiri olan məşhur şair və ədiblərdən Sultan Hüseyn 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə