68
Hacı Molla Ruhulla insanın xarici görünüşünün deyil, daxilinin,
qəlbinin təmizliyini, başqalaşmasını tələb edirdi.
O, “Yeni həqiqət” qəzetində dərc etdirdiyi “Bizdə məarifə təbii
pərdələr” [5] başlıqlı irihəcmli məqaləsində ananın, atanın hər birinin
ayrılıqda uşaqların tərbiyəsindəki rolunu və vəzifələrini açıqlamışdır.
Molla Ruhulla bəşərin ən böyük şərəf, üns, ülviyyət üzrə yarandığını,
insanda elmə, ədəbə, hünər və maarifə təbii bir həvəs və şövq oldu-
ğunu qeyd etməklə bərabər, həm də millətinin qafil, cahil, ruhsuz, ci-
simsiz qalmağıma təəccüb etmişdir. O yazırdı: “Səfa ruhumuz yox,
əfkarımız tutğun, daireyi-əqliyəmiz tutğun, daireyi-əqliyəmiz tənğ,
zehn və zəkamız pozğun, mənfur sifətlərə, mərəzlərə tutuluruq. Dəni,
qeyrətsiz, namussuz, insan oğluna yaraşmayan xəyanət, cəvanlıq, vəh-
şilik kimi çirkin hallar ilə yaşayıyoruz” [5]. Molla Ruhulla xalq həya-
tına biganə olmamağa, sosial-ictimai nöqsanlara kənardan baxmamağa
çağırır, bu sahədə canlanma yaratmaq üçün tərbiyə məsələlərinə diq-
qəti gücləndirməyi zəruri hesab edirdi. O, “mövhumi mərəzlərə düçar,
başları xürəfat, mövhumat ilə dolu, məişətləri pis, murdar, hər tərəfi
üfunət bir halda yaşayan” biçarə anaların yüksək tərbiyəli uşaqlar
böyüyəcəyinə şübhə ilə yanaşır və vurğulayırdı ki, insan həyatın
mənasını məhz uşaq yaşlarından, balacalığından öyrənib anlamalıdır.
“Lakin təəssüf ki, onlar bu sözləri nəyinki analardan, heç atalarından
da eşitməyiblər” [5].
Hacı Molla Ruhulla analara uşaqların tərbiyəsi üçün onlara daha
çox insanlar arasında olan bərabərliyi, dostluğu, ülfət ilə yaşamalarını
məsləhət bilmiş və ayrı-ayrı padşahların ölkələr, torpaqlar zəbt etmək
məqsədilə apardıqları müharibələr haqqında danışmağın əleyhinə
olmuşdur. O, bu fikrini böyük yunan alimi Sokratın fikrilə əsaslan-
dırmışdır. Sokratın fikrincə, insanların ən xətalı adətləri balalarına
padşahlar təlimini, onlar arasında qan tökmək əhvalını oxutmaq, öy-
rətməkdir. Sokratın bu fikrinə əsasən, Hacı Molla Ruhulla belə bir
nəticəyə gəlmişdir ki, uşaq vəhşilik haqqında məlumatlar eşitdikcə,
onun təbiətində yırtıcılıq əmələ gəlir və böyüyəndə də belə insanlarda
məhəbbət hissləri olmur.
Hacı Molla Ruhulla insanlarda ədəbliyi ön cərgəyə çəkmiş və
ədəbliyin insan həyatında nə kimi əhəmiyyətə malik olduğunu bariz
şəkildə sübut etmək üçün başqa bir antik yunan
alimi Əflatunun fikrini
misal gətirir: “Ədəb mənim yanımda Harunun xəzinəsindən, Şəddatın
dövlətindən artıqdır. Çünki onlar fani, ədəb xəzinəsi isə həmişə baqi-
dir.” Hacı Molla Ruhulla insanlarda ədəb-ərkanı yaxın adamlarından,
hətta valideynlərdən üstün tutmuşdur. O, fikrini Rəsul-Əkrəmin aşağı-