96
görünməlidir. Sənəmin əsas müsbət cəhətləri mühafizəkar mühitə qar-
şı çıxa bilməsi, mübarizliyi, cəsarətli, ağıllı, tədbirli olmasıdır. O,
Azərbaycan qadınına məxsus milli keyfiyyətləri də özündə cəmləş-
dirmişdir: namusludur, sədaqətlidir, gözü-könlü toxdur. Sənəm həm
də müasir dünyagörüşlü bir qadındır, yüngül əxlaqlı kişilərə, Həsənəli
bəy kimilərə elə bir dərs verir ki, onlar bir daha elə bir addımı dü-
şünməsinlər belə. Həsənəli bəyin təklifini zahirən qəbul etmiş kimi
özünü göstərən Sənəm onu evinə dəvət edir. Elə təzəcə söhbətə başla-
yanda, əvvəlcədən planlaşdırdığı kimi həyat yoldaşı gəlir. Darvaza
döyüldükcə Həsənəli bəyin həyəcanı, təşvişi, qorxusu daha da artır.
Evdən çıxmağa macalı olmayan Həsənəli bəy Sənəmin göstərişi ilə
sandığa girir, Sənəmsə sandığı bağlayıb açarını götürür. Artıq hər
şeyin sonu gəldiyini düşünən, ölüm anını gözləri qarşısına gətirən bu
qadın düşkünü yenə də Sənəmin sayəsində ölümdən xilas olur. Onun-
çün aydın olur ki, Sənəm istəsəydi, elə oradaca onun həyatına son
qoyulacaqdı. Ancaq Sənəmin məqsədi ona yaxşı bir dərs vermək idi:
“Çıx bayıra, ey xeyirxah müsəlman, tez də əkil buradan. Səni Allah
saxlasın. Hə, mənə minnətdar ol ki, həyatını satın aldım. Sən gördün
ki, istəsəydim səni bircə söz ilə yox edərdim. Lakin bunu etmədim ki,
sən bütün həyatın boyu yadda saxlayasan ki, özgəsinin arvadına pis
gözlə baxmaq yaxşı iş deyil, həm də qorxuludur.. Bu, Allahın qar-
şısında günah, adamların qarşısında biabırçılıqdır! Rədd ol!” [4, s. 40]
Əsərdən həm də bu da aydın olur ki, belə “dərs”in təşkil olunması heç
də birinci dəfə deyil. Gənc və gözəl qadın Sənəm isə həmişə yüngül
əxlaqlı şəxsləri yerində oturtmağı bacarmış, öz adını, namusunu ləya-
qətlə qorumuşdur. Əsərin sonu Sənəmin aşağıdakı sözləri ilə bitir ki,
bu çıxışı dramaturgiyamızdakı məşhur monoloqların başlanğıc mər-
hələsi hesab etmək olar: “Qoy bütün kişilər bilsinlər ki, biz müsəlman
qadınları onların təsəvvür etdikləri iradəsiz, ağciyər, aciz qadınlar de-
yilik və heç də təkcə onların istəyinə qulluq etmirik. Biz də özümüzü
sərbəst idarə etməyi bacarırıq!” [4, s. 41]
Beləliklə, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və mədə-
niyyəti tarixində özünəməxsus mövqeyi olan, çoxcəhətli yaradıcılığı
ilə diqqəti cəlb edən məşhur şəxsiyyətlərdən biri, Naxçıvan ədəbi mü-
hitinin istedadlı nümayəndəsi Eynəli bəy Sultanovun məşhur “Azər-
baycan qızı” əsəri Eynəli bəyin müsəlman qadınını da Avropa ölkələ-
rinin qadınları kimi müasir, öz hüquqlarını bilən, zəngin dünyagörüş-
lü, ağıllı, iradəli, mübariz görmək arzusundan yaranmışdır. XIX əsrin
səksəninci illərində qadın azadlığı mövzusunda qələmə alınmış “Azər-
baycan qızı” komediyası o dövr üçün ciddi əhəmiyyət daşıyırdı. Və-
97
tənpərvər yazıçı, dramaturq Eynəli bəy Sultanovun “Azərbaycan qızı”
komediyası elə bir mövzuya həsr olunmuşdur ki, bu mövzu o zaman
üçün də aktual idi, bu günümüz üçün də aktualdır və bəşər övladı
yaşadığı müddətdə də aktuallığını itirməyəcəkdir. Çünki bu əsərdə
Azərbaycan qadınının timsalında bütün gənc, gözəl, namuslu, sədaqət-
li, ağıllı qadınlara yüksək hörmət və sevgi, qadın azadlığına, qadınlar-
la kişilərin bərabərliyinə rəğbət ifadə olunmuşdur.
ƏDƏBİYYAT
1.
Məmmədquluzadə C. Əsərləri: 4 cilddə, IV c. (Tərtib edəni İsa Həbib-
bəyli). Bakı, “Öndər”, 2004.
2.
Həbibbəyli İ.Ə. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı, Azər-
nəşr, 1997.
3.
Sultanov E. Xalqa məhəbbət. “Закавказье” qəz., 19 sentyabr 1907, № 10.
4.
Pyeslər (Toplayanı və tərtib edəni Dilarə Məmmədova). Bakı, “Gənclik”,
1984.
5.
Quliyev V. Mirzə Cəlilin “huşyar dostu”. Bax: Eynəli bəy Sultanov: taleyi
və sənəti. Bakı, “Elm və təhsil”, 2011.
6.
Məmmədova D. Eynəli bəy Sultanovun “Sənəm” pyesi. Bax: Eynəli bəy
Sultanov: taleyi və sənəti. Bakı, “Elm və təhsil”, 2011.
7.
Maqsudov İ. Eynəli bəy Sultanov (həyat və yaradıcılığı). (Tərtib edəni
Elxan Məmmədov). Bakı, “Elm və təhsil”, 2016.
Aygun Orujova
SOME NOTES ABOUT EYNALI BEY SULTANOV’S
WORK “AZERBAIJANI GIRL”
Summary
The article deals with the qualities of the famous play “Tatarka” by
Eynalibey Sultanov’s pen. He was one of the most prominent figures and talented
representatives of the Nakhchivan literary environment, and held his own rank in the
Azerbaijan culture and literature history of the XX century beginnings; his works
draw attention primarily for their many-sidedness. In fact, in this work is reflected
Eynalibey’s desire to see a Muslim woman such contemporary, right-aware, open-
minded, intelligent, strong-willed and active as women in Europe. The comedy
“Tatarka” written on the topic of women’s rights in the 80s of the XIX century, of
course, was an unprecedented bold work in its time.
98
Айгюн Оруджева
НЕКОТОРЫЕ ЗАМЕЧАНИЯ О РАБОТЕ
ЭЙНАЛИ БЕКА СУЛТАНОВА «ТАТАРКА»
Резюме
В статье идет речь о достоинствах известной пьесы «Татарка», при-
надлежащей перу Эйнали бека Султанова, одного из виднейших деятелей и
талантливого представителя Нахчыванской литературной среды, занявшего
свое место в истории культуры и литературы Азербайджана начала XX века,
чье творчество привлекает внимание прежде всего своей многосторонностью.
В сущности, в этом произведении отражено желание Эйнали бека видеть
мусульманскую женщину такой же современной, знающей свои права, с
широким кругозором, разумной, волевой и активной, как женщины Европы.
Комедия «Татарка», написанная на тему женского равноправия в 80-х годах
XIX века, конечно же, являлась беспримерно смелым произведением для
своего времени.
Dostları ilə paylaş: |