86
bir hal ilə yol gediyor və hərdənbir qeyzli və qəmgin gözlərini qal-
xızıb ətrafındakı laqeydanəliyə bir nəzəri-qəhr ilə baxıb qüvvətsizlik
əlaməti olan dərin-dərin, soyuq-soyuq ahlar çəkirdi. Məşədinin qiyafə-
sindən görünürdü ki, o hər nə isə yalnız öz dərdini çəkməyib müd-
rikanə bir yolda özü kimi bir çox düçari-fəlakət olanların, özü kimi
böyük bir qisim özgələri bayramlı edib də, özləri bayramsız deyil, çö-
rəksiz belə qalanların fikrini ediyordu.
Soyuqdan əfil-əfil əsən iki xırda uşaq və bir 9 yaşında qızları da
durub yol gözləyirdilər.
-
Dədə, hanı mənim qarandaşım?
-
Mənə nə aldın?
-
Anama çörək gətirmisənmi? – deyə biçarəni bu tövr suallar ilə
araya aldılar... Məşədi Qulam bir tövr ilə xuddarlıq edib ağlamadı.
Qorxdu ki, ağlasa balaca uşaqlara həddən ziyadə zülm etmiş olar.
Özünü şad göstərməyə artıq zor edib dedi ki, balalarım, hamısı olar,
ancaq indi işsizəm. İş taparsam, sizə yaxşı bayramlıqlar alaram [3,
s.233].
1908-ci ildə “Tərəqqi” qəzetində “Eydi-fitr münasibətilə” başlı-
ğıyla dərc olunmuş bu kiçik hekayədə orucluq bayramında böyük bir
ümidlə onu qapıda gözləyən övladlarının üstünə əliboş gedən atanın
iztirabları bayram ovqatına köklənmiş şəhərin və şəhərin müxtəlif
təbəqələrindən olan, amma eyni ruh yüksəkliyini yaşayan sakinlərinin
fonunda çox məharətlə təsvir olunur. Məşədi Qulamın özü kimi mə-
şədilərdən, kərbəlayılardan fərqli olaraq, bayram günündə böyük kə-
dərə qərq olmasının səbəbi yalnız finalda, uşaqlarına müraciətində
aydınlaşır ki, məhz bu cəhətilə əsər xüsusi təəssürat imkanı qazanır.
Bu, yazıçının ideyanın təbliği naminə işlətdiyi uğurlu bədii priyomdur.
Belə bir üsul onun kiçikhəcmli əsərlərinin təsir qüvvəsini artırmaqla
yanaşı, ilk anda hərəkətsiz görünən süjet xəttinə xüsusi dinamika və
bitkinlik də gətirir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, həmin
dövrlərdə “Molla Nəsrəddin” məcmuəsində Ə.Haqverdiyevin “Maral-
larım” adı altında satirik portretlər üzərində qurulmuş silsilə hekayə-
ləri də dərc olunurdu. Bu hekayələrin ideya və sənətkarlıq baxımından
ən maraqlılarından biri olan “Qiraət”in də baş qəhrəmanı məhz
Məşədi Qulam adlandırılmışdı. Bu bir təsadüf idimi, yaxud dövrün
müxtəlif düşüncəli ziyalılarının bir əqidəyə xidmət yolunda müəyyən
mənada birlik nümayişi idimi, indi bu haqda dəqiq fikir yürütmək çox
çətindir. Əsərlərin hər ikisində imkan tapıb Məşhəd ziyarətinə gedərək
məşədi “titulu” qazanmış Məşədi Qulamların son aqibəti və qayğıları
əlbəttə, bir-birindən xeyli fərqlidir və onları yalnız adları yanaşdıra
87
bilər. Ə.Haqverdiyevin bəlkə də nə vaxtsa maddi imkansızlıqdan
əziyyət çəkmiş, bəlkə nə vaxtsa ailəsinin üstünə əliboş getmiş Məşədi
Qulamı, indi hər qəpiyinin haqq-hesabını bilən, hər işini sahmanla
görən, rifahını qurmuş bir baqqaldır, amma həm də Əbdürrəhim bəyin
sarkazma məhkum etdiyi “Marallar”ının sırasında ilk yerdə dayanan-
lardan biridir. Çünki asan olmayan ticarətdən əldə etdiklərini arvad-
uşağına qıymasa da, Nataşanın yolunda can-başla israf etməyə hazır
olan bu adam artıq müqəddəs dəyərləri; ailə, övlad sevgisini, dini
etiqadını, inancını belə yüngül əxlaqlı bir qadının ayağına vermək
dərəcəsinə enmiş bir məxluqa çevrilib və ondan əməlindən peşman
olmaq ümidini ummaq da mümkünsüz görünür. M.Ə.Rəsulzadənin
eyniadlı qəhrəmanı isə saf vicdanın, yüksək əxlaqın mücəssiməsidir.
Ən çıxılmaz vəziyyətində belə darda olanları düşünməyə özündə
iqtidar tapan, övladlarının sevgisiylə yanan, onların ümidinin qırılma-
ması üçün hər şeyə hazır olan fədakar ata, həssas qəlbə malik bir
insandır və bütün davranışıyla oxucuda rəğbət hissi oyadır.
Ümumiyyətlə, yazıçının portret hekayələrinin qəhrəmanları ək-
sərən nəcib hisslərə malik, romantik ruhlu obrazlardır. Bu baxımdan
onun “Yeni Qafqaziya” dərgisində çap etdirdiyi “Qəzetəçi Seyyid”
hekayəsi də maraq doğurur. Müəllifin bolşeviklərin qəzəbinə tuş gə-
lərək qətlə yetirilən Seyyid adlı qəhrəmanı sadə, zəhmətkeş bir in-
sandır, lakin əqidəsinin, məsləkinin böyüklüyü onu yüksək şərəf zir-
vəsinə qaldırır, yenilməzliyilə insanlığın ali mərtəbəsində qərarlaş-
dırır: “Qırmızı yanaqlarında həyat, saf gözlərində nəşə, gülər üzündə
vəfa və sədaqət dolu bu sağlam vücudlu insan, eyni zamanda köksün-
də sağlam bir ruh daşırdı. Milli və vətəni qayələrdə yapılan nümayiş-
lərdə Seyyidi daima vücudu ilə mütənasib həyəcan qaplardı. Qocaman
Azərbaycan bayrağını böyük bir vüqarla omuzuna alır, həyatının ən
nəşəli anlarını yaşardı; o heç bir mükafat və ücrət bəkləməyən həqiqi
хalq vətənpərvərliyinin səmimi bir müməssili idi” [1, s. 122]. Seyyid
bütün varlığıyla M.Ə.Rəsulzadənin arzularının, idealının daşıyıcısıdır.
“Ən yaxşı dirilik milli dirilikdir” – fikrini həyatının amalına çevirmiş
M.Ə.Rəsulzadənin əqidəsinə görə, sosial mövqeyindən asılı olmaya-
raq özünü vətəninin, millətinin övladı bilən hər bir şüurlu insan onun
yolunda qurban getməyi də özünə şərəf bilməlidir. Bu baxımdan baş
qəhrəmanının portretinin ilk baxışdan subyektiv görünə bilən müəllif
sevgisi və səmimiyyəti ilə cızılması M.Ə.Rəsulzadə qələmində sual
doğurmur.
“Bəbir xan” hekayəsi nisbətən fərqli üslubda qələmə alınmışdır.
Nəsrəddin şahın dövrünün hadisələrini əks etdirən bu əsərin amansız,
Dostları ilə paylaş: |