81
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
“ƏDƏBİYYAT MƏCMUƏSİ”
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN
ELMİ ƏSƏRLƏRİ
2017, № 1
Təranə ABDULLAYEVA
Filologiya üzrə fəlsəfə doktoru
Nizami adına Ədəbiyyat İnstitutu
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN HEKAYƏLƏRİ
Açar sözlər: M.Ə.Rəsulzadə, bədii yaradıcılıq, portret, hekayə, publisistika
Key words: M.A.Rasulzadeh, artistic creativity, portrait, story, publicity
Ключевые слова: М.Э.Расулзаде, художественное творчество, портрет,
рассказ, публицистика
M.Ə.Rəsulzadə irsinin böyük əksəriyyətini ictimai-siyasi məqa-
lələr və elmi-fəlsəfi araşdırmalar əhatə edir. Ömrünü vətəninin, mil-
lətinin azadlığı yolunda məşəl kimi yandırmış bu mütəfəkkir, son nə-
fəsinə qədər Azərbaycanın müstəqilliyi naminə çalışmışdır. M.Ə.Rə-
sulzadənin iki yüz əllidən çox publisistik yazısını, “Azərbaycan şairi
Nizami”, “Əsrimizin Siyavuşu”, “Çağdaş Azərbaycan ədəbiyyatı”,
“Çağdaş Azərbaycan tarixi”, “Qafqaziya türkləri”, “Azərbaycan Cüm-
huriyyəti” və digər bu kimi tarixi, ədəbi, ictimai-siyasi, fəlsəfi əsərləri
əhatə edən müxtəlif səpkili yaradıcılığını ümumi bir xətt – millətinin
böyüklüyünü ilk növbədə özünə aşılamaq və onun müstəqilliyinin,
əsrlər öncəki tarixinin möhtəşəm dönəmlərinə münasib xoşbəxt istiq-
balının təntənəsini xalqı ilə birlikdə yaşamaq eşqilə fəaliyyət göstər-
mək və bu yolu həyat amalına çevirmək məqsədi birləşdirir.
Bildiyimiz kimi, M.Ə.Rəsulzadə yaradıcılığa şeirlə başlamışdır.
Amma elə yaradıcılığının ilk dövrlərindən zamanın ab-havasına uyğun
və daha çevik, daha real görünən publisistik janra üstünlük vermişdir.
Lakin ictimai həyatın bütün cəhətlərinə, vətənin, millətin problemlə-
rinə həssaslıqla yanaşan, öz düşüncə süzgəcindən keçirib mürəkkəb
məsələlərə cavab tapmağa çalışan M.Ə.Rəsulzadə, qoyulan məsələnin
təqdimatında ifadə tərzinin, oxucuyla ünsiyyət üsulunun məqsədə-
müvafiq variantlarını da tapmağı bacarmışdır. Bu baxımdan “Şərqi-
Rus”, “Tərəqqi”, “Təkamül”, “İqbal”, “Şəlalə”, “Dirilik”, “Açıq söz”,
82
“Azərbaycan”, “İrani-nou”, “Türk yurdu”, “Yeni Qafqaziya”, “Odlu
yurd”, “Azəri”, “Bildiriş”, “Azərbaycan yurd bilgisi” (İstanbul), “İs-
tiqlal”, “Qurtuluş” (Berlin), “Qafqaz” (Paris), “Azərbaycan” (Ankara),
“Yoldaş” ,”İrşad”, “Füyuzat “, “Türk yurdu” və s. mətbuat orqanla-
rında dərc olunan yazıları fikrimizi təsdiqləməyə əsas verir. M.Ə.Rə-
sulzadə həllinə çalışdığı məsələləri əksərən bədii-publisistik biçimdə
təqdim etməklə yanaşı, dərc olunduğu mətbuat orqanının ümumi fikir
atmosferinə, ideoloji qayəsinin ovqatına uyğunlaşdırır və bütün mə-
qamlarda mövzunu əsas məqsədə, milli özünüdərk, istiqlal, haqq uğ-
runda mübarizə hərəkatının yüksəlişi ideyasının ifadəsinə yönəldirdi.
Maraqlıdır ki, M.Ə.Rəsulzadənin nəsr yaradıcılığında da bu cə-
hət özünü gizlətmir. Müəllifin bütün xüsusiyyətlərilə tam bir hekayə
janrına uyğun əsəri haqqında danışmaq çox çətindir. Çünki əldə olan
“Bəbir xan”, “Qəzetəçi Seyyid”, “Bir qocanın müsibəti”, “İşsiz”,
“Uşaqlıq xatirəsi”, “Vəsiyyətnamə”, “Nə acı bir gülüş, nə dəhşətli
istehza”, “Ürək dağlanır”, “Şər arvadlar”, “Xatirə”, “Körpü həmmal-
ları”, “Yol təəssüratı” kimi hekayə və esse janrına uyğun gələn yazı-
ları konkret ideoloji məsələnin təqdimatının yardımçı tərəfi, publisis-
tik mövzunun tərkib hissəsi kimi qələmə alınmışdır. “M.Ə.Rəsulza-
dənin bir çoх publisistik yazıları da kəskin süjetinə, formasına, yazı
tərzinə görə bədii əsəri хatırladır və bunların müəyyən qismi qeyd-
şərtsiz nəsr nümunəsi kimi səciyyələndirilməlidir.
Təsadüfi deyildir ki,
bu xüsusiyyətləri əsas tutan bəzi tədqiqatçıların yazılarında M.Ə.Rə-
sulzadə Azərbaycan mühacirət nəsrinin aparıcı şəхsiyyəti kimi təqdim
olunur” [1, s. 122]. Belə yazılar, eyni zamanda maarifçi səciyyə daşı-
maqla daha çox lirik-psixoloji ovqata kökləndirilmiş,
müəyyən situasi-
yalarda obrazların xarakterik cəhətlərinin ifadəsi üzərində qurulmuş-
dur. İdeya və məzmun baxımından sosial-ictimai həyatın müxtəlif
problemlərini əhatə edən bu cür kiçikhəcmli əsərlərin qəhrəmanları
əksərən yazıçının müasiri olduğu dövrün kiçik adamlarıdır. Yazıçı hə-
yatın dibinə çökdürülmüş bu cür personajları oxucusuna təqdim edər-
kən hər situativ variantın özünə müvafiq təsvirini yarada bilir. Eyni
zamanda qəhrəmanın portret cizgiləri obyektiv dəqiqliklə işləndiyin-
dən oxucunun münasibətinin müəyyənləşməsində müəllif müdaxilə-
sinə ehtiyac qalmır. “Sənət əsərlərində portret insan surətlərinin canlı,
görümlü çıxmasına, xarakterlərin daha yaxşı açılmasına xidmət edir”
[2, s. 181]. M.Ə.Rəsulzadənin hekayə janrında işlədiyi əsərlərin əksə-
riyyətində yazıçının irəli sürdüyü problem konkret bir portretin əha-
təsində bədii həllini tapır və burada məsələ ancaq zahiri cəhətlərin təs-
viri ilə bitmir, yazıçı, eyni zamanda qəhrəmanın bu zahiriliyin arxa-