Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə32/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   28   29   30   31   32   33   34   35   ...   137

 
83 
sındakı emosional-psixoloji durumunu da mərhələ-mərhələ təhlilə çə-
kir.  “Bir  qocanın  müsibəti”ndə  olduğu  kimi  yığcam  həcmi,  yığcam 
məzmunuyla  seçilən  belə  hekayələrdə  əsas  diqqət  məqsədli  şəkildə 
ideyanın  təbliğinə  xidmət  göstərən  obrazın  üzərində  cəmləşdirilir  və 
bu  baxımdan  belə  hekayələri  şərti  də  olsa,  portret  hekayələr  adlan-
dırmaq olar: “İdarə xidmətçisi ərz ediyor: 
-
 
Bir nəfər qoca kişinin idarəyə ərzi var. 
-
 
De gəlsin. 
Qapı  açılır. Cındır kürklü, şikəst  gözlü,  həzin  qiyafəli, 80  yaşlı 
bir  qoca  kişi  içəri  daxil  olur.  Görünür  ki,  bu  kişinin  söykənəcəyi 
pənahı əlindəki bir ağaca qalmışdır ki, ona təkyə edərək gəziyor. 
-
 
Əmi, əyləş, nə işiniz var, əmi? 
Mən  bir  fəqir  adamam.  Güzəranım  çox  pis  keçir.  Altı  baş  kül-
fətim  var,  xırda  uşaqlarım,  üç  qızım,  bircə  oğlum  var;  oğlum  9  ya-
şındadır,  palçıqlığa  gediyor,  gündə  iki  abbası  gətiriyor,  o  da  hər  gün 
olmuyor.  Mənim  də  bir  eşşəyim  var  idi,  onunla  gedirdim  dərya  kə-
narında bostanlarda odun laşəsi yığırdım. Bəzən kəndimizə gedirdim, 
orada  mənə  əl  tuturdular.  Ondan-bundan,  buğdadan,  arpadan  zaddan 
verirdilər, gətirirdim. İndi bundan da əlim çıxdı. 
Dünən  dəniz  qırağında  talaşa  yığdım,  eşşəyin  üstünə  qoydum. 
Köhnə  veçerni  yanından  gedirdim,  mən  səki  üstü  ilə,  eşşək  də  küçə 
ilə. Birdən kim isə məni itələyib küçənin aralığına yıxdı, mən durmaq 
istədim,  məni  vurub  burnumu  qanatdılar.  Bir  azdan  sonra  ölə-dura 
ayağa qalxdım. Gördüm iki nəfər müsəlman başqa iki nəfəri məzəm-
mətləyir.  Onlar  bir-biriylə  söyüşdülər,  getdilər.  Mən  baxdım  ki,  eş-
şəyim  yoxdur.  Burada  biçarənin  çeşmək  arxasından  baxmaqda  olan 
kirpiyi  tökülmüş  korhal  gözlərindən  qocalıq  və  acizlik  yaşları  tökül-
məyə başladı. Mənim ürəyim qısıldı. 
Ah!  Mən  eşşəksiz  nə  edəcəyəm,  yazıq  mənim  halıma.  Altı  baş 
külfətim o eşşəyə baxırdıq. İndi nə edəcəyik... 
Artıq  mənim  də  bu  qocanın  tökülən  göz  yaşlarına  taqətim 
qalmadı” [3, s. 288]. 
Müəllifin qəhrəmanı  yazıçı təxəyyülünün ümumiləşdirilmiş ob-
razı  deyil,  rastlaşdığı  canlı  insandır,  adı,  yeri-yurdu  bəlli  Bakı  saki-
nidir. Əlacı hər yerdən üzülüb redaksiyaya müraciət etməklə, dərdinə 
çarə  axtaran bir qocadır. Təsvirin,  təhkiyənin  bədiilik qüvvəsi  bir tə-
rəfdən də müəllifin real hadisəyə istinad etməsilə daha da intensivləşir 
və sonda yenidən publisistik ahəngə üstünlük verilməsi, müəllif müda-
xiləsi  təhkiyədə  rəngarəng  emosional-psixoloji  çalar  yaradır:  “Əziz 
oğlu ölmüş ata kimi eşşəyinin fərağında göz yaşı töküb qırışıq rüxsa-


 
84 
rını islatmaqda olan bu qocaya, qoca Səfərəliyə nəhayət dərəcədə ya-
zığımız gəldi. Ona təskinlik  olmaq, onun dərdinə şərakət  etmək üzrə 
vədə  verdik  ki,  ianə  vərəqi  açıb  ondan  ötrü  bir  eşşək  pulu  yığaq”  [3, 
s.289]. 
C.Məmmədquluzadə  “Danabaş  kəndinin  əhvalatları”  əsərinin 
qəhrəmanı  Məhəmmədhəsən  əminin  eşşəyinin  itməsini  bir  ailənin 
fəlakətinin səbəbi, ilk baxışda adi görünə bilən bir məsələnin həyatı bu 
xırdalıqlar  içində  məhv  olub  gedən  kiçik  insanların  böyük  bəlası, 
faciəsi kimi lirik-dramatik planda sənətkarlıqla bədiiləşdirməyi, oxucu 
yaddaşına  həkk  etməyi  bacarmışdısa,  M.Ə.Rəsulzadə  də  bu  yığcam 
həcmli  mətndə  oxucuya  müəyyən mənada kiçik insanın  acı  həyat  hə-
qiqətinin  mənzərəsini  çatdıra  bilmişdir.  Digər  tərəfdən,  Məhəmməd-
həsən  əmi  sırf  bədii  obrazdır  və  onun  taleyi  yazıçının  oxucuya  aşı-
lamaq istədiyi  ideyanın  məramından birbaşa asılıdır. M.Ə.Rəsulzadə-
nin qəhrəmanı Səfərəli dövrün real qəhrəmanıdır, şəhər sakinidir. Mə-
həmmədhəsən  əmidən  fərqli  olaraq,  hadisələrin,  vəziyyətin  gerçəkli-
yinə vara bilən, dərk etməyə qadir olan qoca Səfərəli üçün heyvanının 
oğurlanması  ziyarətdən  qalmaqla  arzusunun  puç  olmaq  təhlükəsi  de-
yil, ailəsinin, övladlarının güzəranının oğurlanması deməkdir və o və-
ziyyətdən  çıxış  yolu  axtarır,  çarə  tapmaq  üçün  kömək  istəyir.  Bu  ba-
xımdan  acınacaqlı  vəziyyətə  düşsə  də,  M.Ə.Rəsulzadənin  qəhrəmanı 
oxucuya  nisbətən  ümidverici  təsir  aşılayır  ki,  müəllifin  əsas  məqsədi 
məhz  həmin  təəssüratın  işığına  nəzəri  cəlb  etməkdən  ibarətdir:  “Bu 
eşşəyi  oğurlanıb  mafövqi  təsəvvürə  gətirilməyən  bir  qüssəyə  düçar 
olmuş  qocanı  bilaixtiyar  böyük  məbləğ  almaq  tamahı  ilə  tutulub  so-
yulan ərbabi-dövlətlərlə müqayisə etdim. 
Əcaba  bunlardan  hansı  böyük  bir  bəlaya  düçar  olmuş?  Bu  xü-
susda qocanın öz fikrini bilmək üzrə böylə bir sual verdim: 
-
 
Necə  bilirsən,  əmi,  Musa  Nağıyevin  zərəri,  yoxsa  səninki  – 
hansı çoxdur? 
-
 
A...  nə  deyirsən  ağa,  Musadan  yüz  min  manat  alsalar  da  heç 
olmasa 50 manatı qalar ki, dolansın. Amma mən... Mən biçarənin eş-
şəyini  apardıqda  dəxi  dolanmaq  mümkün  olmayır.  Altı  baş  külfət  o 
eşşəyə, o ac eşşəyə göz tikmişdi” [3, s. 288]. 
Əslində  müəllif  bu  kasıb  qoca  və  dövrünün  tanınmış  milyon-
çusunu müqayisə etməklə, qanunların işləmədiyi özbaşına cəmiyyətdə 
nəinki kasıbın, heç ən zəngin adamın belə əmin-amanlıqda ola bilmə-
yəcəyini  də  nəzərə  çatdırır.  Yazının  dərc  olunduğu  dövrlərdə  Bakıda 
və Bakıətrafı ərazilərdə  oğurluq gündəlik hadisəyə  çevrilmişdi. Xırda 
və irihəcmli oğurluqlar, qaçırılmalar artıq mətbuat səhifələrində də hər 


 
85 
gün  rast  gəlinən  xəbərlədən  sayılırdı.  İş  o  yerə  gəlib  çatmışdı  ki,  öz 
doğma yurdunda cangüdən saxlamağa ehtiyac görməyən Musa Nağı-
yev  də  qaçırılmışdı  və  işi  təşkil  edən  qoçular  həyatının  qarşılığında 
ondan  iyirmi  min  rubl  pul  istəmişdilər.  Ağa  Musa  isə  “Məni  öldür-
səniz, heç onu da qazanmayacaqsınız. Buraxın, gedim, özüm sizə yüz 
min  göndərim”  demiş  və  azadolunma  müqabilində  sözünün  üstündə 
duraraq,  onu  qaçıranlara  yüz  min  rubl  vermişdi  [4].  M.Ə.Rəsulzadə 
bir  tərəfdən  zamanın  məşhur  olayına  işarə  vurur,  digər  tərəfdən  cə-
miyyətin  elitar  qatından  çox-çox  uzaq  olsa  da,  bənzər  halı  yaşamış 
çarəsiz  qocanın  məsələyə  münasibətini  bilmək  istəyir,  sosial  pirami-
danın  ən  aşağı  pilləsində  qərar  tutmuş  vətəndaşının  gözüylə  cəmiy-
yətin ictimai-siyasi durumunun mənzərəsini təsvir etməyə çalışır. 
Məqalə  kimi  düşünülmüş  bu  yazıda  M.Ə.  Rəsulzadə  qələminə 
məxsus  inandırıcılıq  və  dirçəliş  şövqlü  maarifçilik,  mövzunu  faktlara 
söykənmiş  quru,  informativ  müxbir  qeydləri  çərçivəsindən  çıxararaq 
bədii əsər səviyyəsinə qaldırır. Vaqif Sultanlının da qeyd etdiyi kimi, 
bir  çox  məqamlarda  M.Ə.Rəsulzadənin  hekayə  janrına  uyğun  gələn 
əsərləri  məqalənin,  müəyyən  mövzuya  həsr  olunmuş  publisistik  ya-
zının  bir  hissəsi  kimi  meydana  gəlir.  Bu  baxımdan  onun  portret  he-
kayələri  adlandırdığımız  kiçikhəcmli  yazıları  xüsusilə  diqqəti  çəkir. 
Ədibin “İşsiz”, “Qəzetəçi Seyyid”, “Bir xatirə”, “Körpü həmmalları”, 
“Ürək dağlanır” və s. yazılarında konkret bir insanın, yaxud bir silkin 
qabardılacaq vacib problemi müəllif təhkiyəsinin vasitəsilə dəqiq por-
tret cizgilərində, yaxud bir zamanın, məkanın təsvirində əksini tapır və 
təəssüratın bolluğu oxucunun mühakiməsinə hakim kəsilir. Əsas nəzə-
ri cəlb edən məsələlərdən biri də belə əsərlərdə  mümkün qədər milli-
mental  koloritə  önəm  verilməsidir:  “Bayram  günüdür.  Müsəlmanlar 
namazdan  qayıdıb  hərə  bir  tərəfə  gediyor  idilər.  Məşədilər,  hacılar, 
kərbəlayilər,  kimisi  evinə,  ailəsinin  yanına  gedib  onlar  ilə  birlikdə 
bayram  etməyə  çalışır. Kimisi  də konka olan küçələrə  enib  Bayıl va-
qonunu  gözliyordular.  Fayton  çağıranları  da  az  deyildi.  Bibiheybətə 
tələsirdilər.  Bir  dəstə  cavan  müsəlmanlar  öz  aralarında  məsləhətləşir-
dilər:  Kimisi  deyirdi  ki,  “Qrivkaya”  gedək,  kimisi,  “bu  gün  “Nicat” 
teatro qoyur, sürün oraya” deyərək yönəlirdi. 
Hamısının simasından bu günün bayram olduğunu açıq anlamaq 
olardı. Müsəlman məhəllələrində nüdrətlə görünən bir həyat var idi... 
Hamı özünü bu gün birər məsud hesab ediyordu. Bəzi üstü-başı 
bəzəkli  olan  ərbabi-dövlətin  sifətlərindən  məlum  olurdu  ki,  bu  gün 
üçün artıq tədarüklər görmüşlər!... 
....Məşədi Qulam başını aşağı salıb qayət mükəssəranə, təfkiranə 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə