_________Milli Kitabxana_________
21
yayılan kimi dərhal Azərbaycan vilayətinin bütün xanlıqlarından
ermənilər Təbrizə tələsdilər. Onlar Lazerevə deyirdilər: “Siz bi-
zim qohumumuzsunuz. Bizim əvəzimizə mərhəmətli və böyük
Ümumrusiya İmperatorundan xahiş edin. Bizim əvəzimizə Rusi-
yanın məşhur başçısından xahiş edin. Biz özümüz Nikolayın hör-
mətli himayəsi altına keçirik. Biz onun çiçəklənən dövlətinin hi-
mayəsində yaşamağa və ölməyə şadıq”.
İrəvanın başı üzərindən fəlakət fırtınaları zaman-zaman ötüb
keçmişdir. Bu fırtınalı qasırğalar, İran və Osmanlı imperiyaları ara-
sında müxtəlif vaxtlarda baş verən müharibələr zamanı buradakı
vilayətlər soyğunçuluğa, talana və dəfələrlə dağıntılara məruz
qalmış, dönə-dönə əldən-ələ keçmiş, bu faciələr İrəvan şəhərinin
taleyindən də yan keçməmişdir. Azərbaycanın ayrılmaz bir parçası
olub, qondarma Ermənistan ərazisi adlandırılan İrəvan şəhərinə
dəyən ağır zərbələr Quzey və Güney Azərbaycanın yaxından
köməkliyi nəticəsində bərpa olunmuşdur. Bütün dövrlərdə bütöv
Azərbaycanla iqtisadi və mənəvi əlaqələri ilə sıx bağlı olan İrəvan
azərbaycanlıların əzəli yaşayış məskəni kimi tarixi sənədlərdə qeyd
edilmişdir. İrəvanı həmişə azərbaycanlılar idarə etmiş, şəhərin qo-
çuları da azərbaycanlılar olmuşlar. Rusların köməkliyi və dəstəyi
ilə İrəvan Yerevan olandan sonra ermənilər ipə-sapa yatmadılar,
azərbaycanlıları gözümçıxdıya salmağa, özlərini şəhərin sahibi
kimi aparmağa başladılar... İrəvanı iki çay kəsib keçirdi – Gedər-
çay və Zəngi çayı. Şəhər iki yerə bölünürdü – yuxarı hissəsi Zəngi
çayının sıldırım təpəlikləri üstündə, aşağı hissəsi çuxurda yerlə-
şirdi. Zənginin üstündəki sonralar adını dəyişdirdikləri körpüyə
Pənah xanın körpüsü deyərdilər. Çay mənbəyini Göyçə gölündən
götürürdü. Ağrı vadisinin bir ucu İrəvana gəlib çıxırdı Şəhəri meşə
və bağlar - Güllü bağ, Sərdar bağı, Dəlmə bağları, Xan bağı və s.
əhatə edirdi. Təmiz müsəlman şəhəri olan İrəvanda Təpəbaşı, Tox-
maqgöl, Dəmirbulaq , Gedərçay, Şəhər və Qırmızı kimi məhəllələr,
bu məhəllələrin hərəsinin öz məscidi vardı – Göy məscid, Novru-
zəli məscidi, Günnüklü məscid, Hüseynəli məscidi, Qala məscidi,
Hacıbəyim məscidi, Şəhər məscidi, Zalxan məscidi.
_________Milli Kitabxana_________
22
Qeyd olunmalıdır ki, İrəvan etnik arealından söhbət gedər-
kən bu etnik arealın onun coğrafiyasından daha geniş olduğunu
söyləmək olduqca zəruridir. Son deportasiyayadək Ermənistan
adlanan Qərbi Azərbaycan ərazisinin əksər bölgələrində tarixən
daimi yaşayan azərbaycanlılardan əlavə, İrəvan xanlığındakı
müxtəlif yaşayış məskənlərində doğulan, boya-başa çatanların ço-
xusu Bakıda, Gəncədə, İmişlidə, Sabirabadda, Ağcabədidə, Bər-
dədə, Goranbayda, Tərtərdə, Şəmkirdə, habelə Sovetlər İttifaqının
bir sıra şəhərlərində zərurət üzündən kök salmışdır. İrəvan ədəbi
mühiti adı altında gedən söhbətlər həm də bu adı sadalanan əra-
zilərdə yaşamış və bu məkana bağlı olan İrəvan mənşəli şəxsiy-
yətlərin ədəbi-bədii fəaliyyətini də nəzərdə tutur.
Irəvan xanlığı təkcə coğrafi məkan deyil, həm də güclü ədə-
bi-estetik informasiya məkanıdır. Bu xanlığın adı çıkiləndə ilk
növbədə Gərnibasar, Göyçə, Dərəçiçək, Dərələyəz, Ağbaba ma-
halları – saz-söz yada düşür. Bu mahallar türk əxlaqı və mədəniy-
yətinin aparıcı ocaqları, “ana sazımızın beşiyi, bədii sözümüzün
çağlayan çeşməsi yada düşür” [145-3] [57-3]. Qərbi Azərbaycan
əsilli oğuz türkləri olmazın məşəqqətlərlə üzləşdikləri vaxtlarda
doğma dilini, adət-ənənələrini, milli və mənəvi dəyərlərini heç
nədən qorxub çəkinmədən qoruyub saxlamışlar.
İndi əlçatmaz olan adı çəkilən bu ərazilər başdan-başa
erməniləşdirilmişdir. Bu, yaşayış məskənləri, yer, çay, dağ adları,
məscid, məhəllə və bağ adları coğrafiyaçıların, siyasətçilərin yad-
daşlarda Qarabağ məsələsinin həllinə yönəldilən aktual söhbət-
lərdə və bir də bu adların, yerlərin həsrətini çəkən ixtiyar qocala-
rın ara-sıra söhbətlərində yaşayır. Lakin yaradıcı ziyalıların yara-
dıcılığında, alimlərin, tədqiqatçıların tədqiqatlarında Qərbi Azər-
baycan və İrəvan mövzusu gündəmdədir.
Coğrafiya elmləri doktoru, prof. E.Q.Mehrəliyevin soydaşları-
mızın mütaliəsinə təqdim etdiyi “İrəvanilər” (“Çaşıoğlu” nəşriyya-
tı, Bakı, 2000) kitabının müqəddiməsində gürcü xalqının mütəfək-
kirlərindən İlya Çavçavadzedən gətirdiyi sitatda göstərilir ki, “Mil-
lət öz tarixini unudanda onun süqutu başlayır... Tarix millətin bü-
_________Milli Kitabxana_________
23
tün varlığını ürəyinin dərinliyində gəzdirir və bununla da hər bir
millətin mətanəti, qüdrəti, gələcəyi üçün topladığı qüvvə və ehti-
yatı güzgü kimi özündə əks etdirir.” Görkəmli şəxslərin fəaliyyəti
nəinki özləri haqqında, eləcə də millətinin bu və ya digər dövrlərdə
nəyə qadir olduğu haqqında da məlumat verir. Odur ki, “İrəvani-
lər” kitabçası Azərbaycan tarixində, ədəbiyyatında və mədəniyyə-
tində rolu olan şəxsiyyətlərin məkani təxəllüsləri ilə diqqəti çəkir.
Erməni tarixşünası M.Vartanyan 1914-cü ildə Cenevrədə çap
olunan “Erməni hərəkatının tarixi” monoqrafiyasında qeyd edir
ki, “Türkiyə erməniləri rus ermənilərinə görə erməni mədəniy-
yəti, dili, tarixi və ədəbiyyatı baxımından çox güclü və sərbəst
idi. XIX əsrin əvvəllərində ermənilik bir millət olaraq hələ Avro-
pada bilinmirdi, ...milliyətsiz, sərsəri kimi tanıyırdılar”. Ermənilər
haqqında çoxsaylı müəlliflərin danılmaz tarixi faktlara əsaslanan
fikirlərinə istinad etsək, onların Azərbaycan torpağına əsasən
Qars ərazisindən 1797-ci ildə köç etdiyi aydınlaşır. 1813-cü ildən
sonra rus sərkərdələri tərəfindən İranda Rusiyanın səlahiyyətli sə-
firi olan A.S.Qriboyedovun köməyi ilə İrandakı ermənilərə mər-
həmət göstərilərək, onları İranın Loristan vilayətindən Azərbay-
canın geniş ərazisinə – Zəngəzura, Qarabağa, Vedibasara, Dərələ-
yəzə, Zəngibasara, Göyçə mahalına köçürmüşlər və bunun nəti-
cəsində də milli tərkib dəyişilmişdir. [207-12]
Ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi ilə
əlaqədar həyata keçirilən, həyatda, siyasətdə müstəsna rol oyna-
yan Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedov yazırdı: “Er-
mənilərin böyük qismini müsəlman mülkədarlarının torpaqlarında
yerləşdirdik. Bu torpaqların sahibi olan müsəlmanların əksəriy-
yəti yaylaqlarda olduqlarına görə gəlmələrlə onlar arasında hadi-
sələr az baş verirdi, onlar (ermənilər – Z.M.) öz narahatlıqlarını
bildirən müsəlmanları da sıxışdırırdılar. Biz müsəlmanlara çox tə-
sir etməyə çalışırdıq ki, indiki vəziyyətlə barışsınlar. Hətta biz
onlara bildirirdik ki, ermənilər bu ərazidə çox qalmayacaqlar.
Amma onlar təlaş içində deyirdilər ki, ermənilər bu torpaqları
həmişəlik ələ keçirəcəklər” [122-387]. A.Qriboyedov müsəlman-
Dostları ilə paylaş: |