_________Milli Kitabxana_________
220
rixdə yeni ifaçılarla oynanılmış, əsas rollarda müəllim və şagird-
lərdən Mirzə Xəlil Hacıyev (Məmmədqulu), Rüstəmxan Abbasqu-
luxanov (Fəzli Mirzə), Məşəri İsmayıl (Hacı Fərəc) çıxış etmişlər.
Hər iki hadisə İrəvanın mədəni həyatında mühüm hadisə kimi
qəbul olunmuş və ziyalıların çoxusu bu maarifçilik prosesinə qo-
şulmuşdur. Teatr prosesinin inkişafını diqqətdə saxlayan Məşədi
İsmayıl 1883-cü il mart ayının 10-da Rzayevin bir pərdəli “Kö-
nülsüz nigah”didaktik pyesini tamaşaya qoymuşdur.[ 107- 465]
İrəvan ziyalılarının ümumi Azərbaycan maarifi, elm və mə-
dəniyyətinin inkişafında tarixi xidmətləri son dərəcə önəmli olmuş-
dur. Tiflis ədəbi mühitində formalaşan, Qori müəllimlər semi-
nariyasında ədəbi-mədəni həyata uyğunlaşan Azərbaycan ziyalıları
Naxçıvanda, Şuşada və digər şəhərlərdə M.F.Axundovun “Xırs
quldurbasan”, “Müsyo Jordan və dərviş Məstəli şah” komediyala-
rının teatr tamaşalarını səhnələşdirir, eyni zamanda bu tamaşalarda
aktyor kimi çıxış edirdilər. Naxçıvanda təşkil olunan “Ziyalılar cə-
miyyəti”(1882) və “Müsəlman incəsənəti və dram cəmiyyəti”
(1883) XIX yüzilliyin sonlarında bu qədim diyarın ədəbi-mədəni
həyatında irəliləyişlərə təkan verdi. Bu inkişaf quberniyanın aparıcı
mədəniyyət mərkəzlərindən sayılan İrəvan şəhərindəki ziyalıları də
hərəkətə gətirir, teatr truppalarının yaradılmasına sövq edirdi.
M.F.Axundovun adı çəkilən komediyalarının, digər sənətkarların
əsərlərinin tamaşaya qoyulmasına mühüm əhəmiyyət verilirdi. İrə-
van müəllimlər seminariyasında oxuyan tələbələr 1887-ci ildə ta-
nınmış maarifçi F.Köçərlinin rəhbərliyi ilə bədii özfəaliyyətin bir
forması kimi xalq teatrının canlandırılması yolu ilə qədim mərasim
və ayinləri dirçəltmək üçün lazımi təşəbbüslər göstərilirdi. Sadə
süjetə malik, dini motivlər üzərində qurulan “Şəbih”lər, “Kosa-ko-
sa”, “Tənbəl qardaş, “Usta-şagird”, “Xıdır Nəbi”, müsəlman alə-
mində islamçılığın, xüsusən də türkdilli etnosların təntənə ilə qeyd
etdiyi ayin və bayramlardan Novruz, Qurban və Orucluq bayram-
ları kimi “Meydan tamaşaları”nın və s.xalq tamaşalarının, həmçi-
nin oxucu kütləsinə bədii yaradıcılığı ilə tanınan peşəkar drama-
turqların əsərlərinin, repertuarlarında kiçik səhnəciklər, vodevillər
_________Milli Kitabxana_________
221
və meydana gələn yeni tipli xalq teatrlarının [27-806] göstərilmə-
sinə böyük diqqət yetirilməyə başlanılmışdır.
XIX yüzilliyin 80-ci illərində İrəvanda yaranmış Azərbaycan
teatrı maraqlı bir tarixə malikdir. Bu teatrın meydana gəlməsi və
inkişafı görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərlinin adı ilə
bağlıdır. O, təkcə tamaşaların hazırlanmasında deyil, aktyor oyu-
nuna, teatr tənqidinə dair məqalələri ilə də kollektivə yaxından
köməklik göstərirdi. Onun ermənicə nəşr olunan “Yeni əsr”(“Nor
dar”) qəzetinin 3 iyun 1895-ci il tarixli sayında erməni dilində
dərc olunan “Tatar (Azərbaycan – Z.M.) komediyası” adlı məqa-
ləsində milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun
komediyalarından və həmin əsərlərin teatrlarımızın inkişafındakı
əvəzsiz rolundan söhbət açılırdı. Bu dövrün yaradıcı ziyalıların-
dan olan S.S.Axundovin təbirincə desək, xalqı tərəqqiyə çatdır-
maq üçün, ilk növbədə “Əvam kütlənin gözünü açmaq gərəkdir,
bunun üçün iki yol vardı: mətbuat və teatr”. H.Vəzirov hər iki
yoldan bacarıqla istifadə etməklə bir mətbuat xadimi kimi xalqına
xidmət göstərə bilmişdi.
Qeyd olunmalıdır ki, “Murc” (Çəkic) məcmuəsi “Müxtəlif
xəbərlər” şöbəsində dərc etdirdiyi “İrəvanda türk tamaşası” sər-
lövhəli məqalədə 1896-cı il dekabr ayının 8-də İrəvan şəhərində
Azərbaycan dilində ilk teatr tamaşasının M.F.Axundovun “Misyö
Jordan və Dərviş Məstəli şah” komediyası ilə başlanmasını xəbər
verirdi. Azərbaycan qadın aktyorlar olmadığından səhnədə qadın
rollarının kişilər tərəfindən ifa olunmasına təəssüf edilir. Tamaşa-
da əsasən azərbaycanlılar və ermənilərin, bir neçə nəfər də rus-
ların iştirak etdiyi göstərilir (“Murc”, 1896, № 12). “Nordar”
(“Yeni əsr”), (1896, 17 dekabr, № 233) qəzetinin “İncəsənət və
ədəbiyyat” bölməsində dərc olunan “İrəvanda ilk türk tamaşası”
məqalədə bu mədəni hadisənin işıqlandırılmasına – İrəvanda
Azərbaycan teatr həyatının canlanmasına həsr olunmuşdur: “De-
kabrın 8-də İrəvan türklərinin (Azərbaycanlılarının – Z.M.) teatr
tamaşasının ümumi xeyriyyə cəmiyyətinin başlanğıcı hesab et-
mək olar. Dünən ilk dəfə türk teatr həvəskarlarının kiçik çir qrupu
_________Milli Kitabxana_________
222
şagirdlər arasında heç bir milli fərq nəzərdə tutmadan yerli gim-
naziyanın yoxsul şagirdlərinin mənafeyinə türk dilində və türk
həyatından götürülmüş ilk tamaşa verdilər. Tamaşaya qoyulan ,
afişada göstərildiyi kimi, M.F.Axundovun “Misyö Jordan” ko-
mediyası idi.” [174-a- 18] Daha sonra məqalədə qadın rollarının
oğlanlar tərəfindən oynanıldığı, ümumən başqa obrazların necə
təsir bağışlaması , səhnə mədəniyyəti barədə söhbət açılır.
XIX əsrin sonlarına doğru M.F.Axundov ədəbi məktəbini
davam etdirən bir pleada istedadlı dramaturqların meydana gəl-
məsi, teatr həyatının canlanması və tərəqqisilə əlaqədar repertuara
yeni-yeni əsərlərin çıxması İrəvan ədəbi ictimaiyyətinin diqqətini
cəlb edirdi. Səhnəyə qoyulan əsərlər dərhal əks-səda verir, barəsin-
də mülahizələr söyləyir, yaxşısını təqdir, pisini tənqid edirdilər.
Tədqiqatçılar XIX əsrin sonu, XX əsrin əvvəllərində Azər-
baycan ədəbiyyatının realist istiqamətdə inkişafında dövri mət-
buatın rolunu dönə-dönə təsdiq etmişlər. Akademik F.Qasımza-
dənin qeyd etdiyi kimi, “Əkinçi” və “Kəşkül”ün nəşri Azərbay-
can realist ədəbiyyatının inkişafına mühüm təsir göstərdi. “Əkin-
çi”nin nəşri ilə Azərbaycanda realist ədəbi hərəkat getdikcə yayıl-
mağa başladı. XIX əsrin 80-ci illərində bu ədəbi hərəkatın Rəşid-
bəy Əfəndiyev, Eynəli Sultanov, Vasaq Mədətov, 90-cı illərində
isə Əbdürrəhimbəy Haqverdiyev, Nəriman Mərimavov, Haşım
bəy Vəzirov, Süleyman Sani Axundov, Cəlil Məmmədquluzadə
kimi istedadlı nümayəndələri yetişdi.”[117-388]
Azərbaycanın ədəbiyyatından, mədəniyyətindən, incəsənə-
tindən bəhrələnə-bəhrələnə özlərinin mütərəqqi, inkişaf etmiş
xalq olduğunu nümayiş etdirməyə səy göstərən ermənilər fürsət
düşdükcə öz namərdliklərindən əl çəkməmişlər, üzdə özlərini
dost, humanist insan kimi göstərmiş, arxadan vurduqları zərbə sa-
ğalmazlığı ilə yaddaşlara iz salmışdır.
Bu ədəbi mühitlərin jurnalist, naşir, şair və publisistləri ilə
sənət, əqidə dostluğu edən beynəlmiləlçilərin sıraları sıxlaşırdı.
Belə sənətkarlardan biri də əsərlərini Azərbaycan və erməni dil-
lərində yazan, şair və dramaturq kimi tanınan V.H.Mədətov Nəz-
Dostları ilə paylaş: |