6
pambıqçılığın meydanına çevriləndə Xəlilgilin babadan qalmış
bağları da əllərindən alınmış, şumlanıb yerinə çiyid səpilmişdir.
X.Rza 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin
jurnalistika şobəsinə daxil olmuşdur. Tələbəlik illərində o, əvvəlcə
prof. Cəfər Xəndanın, sonra isə şair Bəxtiyar Vahabzadənin
başçılıq etdikləri ədəbiyyat dərnəyinin ən fəal üzvlərindən
olmuşdur. Şerləri dövrü mətbuatda müntəzəm çap olunan gənc şair
1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilmişdir,
elə həmin ildə X.Rza ali məktəbi yüksək qiymətlərlə bitirmişdir. O,
“Azərbaycan qadını” jurnalının redaksiyasına ədəbi işçi
götürülmüş, iki il orada çalışmış, jurnalın səhifələrində öz şerlərini
də dərc etdirmişdir.
1957-1958-ci dərs ilində Xəlil Rza Azərbaycan Yazıçılar
İttifaqının tövsiyəsi ilə Moskvaya, M.Qorki adına Ədəbiyyat
İnstitutu nəzdində fəaliyyət göstərən Ali Ədəbiyyat kurslarına
göndərilmişdir. N.Xəzri, Ə.Kürçaylı, Qabil, M.Araz, S.Tahir,
Ə.Əylisli, Fikrət Qoca, A.Mustafazadə, S.Məmmədzadə və
başqaları da həmin təhsil ocağında oxumuşlar. Bu kurslarda
müxtəlif illərdə Çingiz Aytmatov, Rəsul Həmzətov, Yevgeni
Yevtuşenko, David Kuqultinov və başqaları da təhsil almış,
görkəmli yazıçılar Pablo Neruda, Romen Rollan, Nazim Hikmət və
başqaları ilə kursun müdavimlərinin maraqlı görüşləri
keçirilmişdir. X.Rza Pavel Antokolskinin sinfində oxumuşdur.
1959-cu ildə təhsilini bitirib Bakıya qayıdan şair bir müddət
Azərbaycan Dövlət Pedaqogi İnstitutunda çalışmış, oranın aspirantı
olmuş, 1963-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
Şair elə o vaxtdan nitqində yersiz olaraq əcnəbi (rus) sözü
işlədənləri hər yabançı kəlmə üçün 5 qəpik cərimə edir,
danışığından məmnun qaldığı soydaşlarını isə bir manat
məbləğində mükafatlandırırdı. X.Rzaya qarşı başlamış təqib
kompaniyasının bir səbəbi də bununla bağlı olmuşdur. Onun
Yazıçılar İttifaqı xəttilə ke-
7
çirilən görüşləri məhdudlaşdırılmış, institutdakı dərs saatları
azaldılmışdır.
Türkiyədə nəşr olunmuş “Ana dili” şerindən sonra Yazıçılar
İttifaqının rəhbərliyində də şairə qarşı soyuqluq, etimadsızlıq
yaranmışdır. Onun M.P.Vaqifin 250 illik yubileyinə gəlmiş
qonaqlarla öz şerlərini Türkiyəyə göndərmək təşəbbüsü də boşa
çıxmışdı. Bütün bunlar İnstitut partiya təşkilatında müzakirə edilib
pislənmiş, şair məlum təzyiqlər nəticəsində işdən azad olunmuşdur.
O, “Bilik” cəmiyyəti xəttilə rayonlara gedib mühazirələr oxumaqla
ailəsini dolandıranda da “dinc durmamış”, vətənpərvərlik,
azərbaycanlılıq təbliğatını davam etdirmiş, bu səbəbə görə “Bilik”
cəmiyyətindən uzaqlaşdırılmışdır.
Uzun get-gəldən sonra Xəlil Rza Nizami adına Ədəbiyyat
İnstitutuna baş elmi işçi vəzifəsinə qəbul edilmişdir. O, Mirzağa
Quluzadə, Əziz Mirəhmədov kimi görkəmli alimlərin, demokratik
fikirli ziyalıların direktor olduğu həmin İnstitutda çalışarkən
yaradıcılığını davam etdirmiş, doktorluq dissertasiyası yazmağa
başlamış, tərcüməçiliklə məşğul olmuşdur. 1984-cü ildə X.Rzanın
“Ömürdən uzun gecələr” və “Qardaşlıq çələngi” kitabları
Azərbaycan SSR Dövlət mükafatı almaq üçün irəli sürülsə də
məlum səbəblərə görə mükafat məsələsi baş tutmamışdır. 1985-ci
ildə X.Rza “Məqsud Şeyxzadənin bədii yaradıcılığı və
Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri”
mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.
1988-ci ildə Azərbaycan milli azadlıq hərəkatı başlayanda X.Rza
da öz ictimai-siyasi fəaliyyətini genişləndirmişdir. O, respublikanın
bir çox bölgələrində siyasi təbliğat işi aparmış, “Azadlıq”
radiosuna intervülər vermiş, 20 Yanvar hadisələri haqqında
həqiqətləri dünya ictimaiyyətinə bəyan etmiş, “Qanlı cəllad Mixail
Sergeyeviç Qorbaçova” şeri ilə Qorbaçov və mənfur imperiyanın
törətdiyi dəhşətli cinayətləri, onların mahiyyətini xalqa
çatdırmışdır.
8
26 yanvar 1990-cı ildə Xəlir Rza hebs edilmişdir. Guya milli
ədavəti qızışdırdığına görə Azərbaycan SSR cinayət məcəlləsinə
əsasən ona cinayət işi açılmışdır. Şair 1990-cı ilin 26 yanvarından
4 oktyabrına qədər Moskvanın Lefortovo zindanında
saxlanılmışdır. Azadlığa buraxıldıqdan sonra 1991-ci il aprel
ayının 15-də Rəfiq Zəka Xəndanla birlikdə Türkiyəyə getmişdir.
Ömrünün son illərində şair müalicə məqsədilə Türkiyə, Almaniya
və Fransada olmuş, 21 iyun 1994-cü ildə şəkər xəstəliyindən vəfat
etmişdir. O, Bakıdakı Fəxrı Xiyabanda dəfn olunmuş, qəbri
üstündə əzəmətli heykəli ucaldılmışdır. Şair 1995-ci ildə
(ölümündən sonra) ümummilli liderimiz Heydər Əliyev tərəfindən
Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif edilmişdir.
***
Xəlil Rza Ulutürk də qələm yoldaşları kimi gənc sovet şairi
olaraq fəaliyyətə başlamış, bir müddət kommunist ideallarının
tərənnümçüsü olmuşdur. “Bahar gəlir” adlı birinci kitabındakı
(1957) bəzi şerləri nəzərə alınmazsa, əsərləri, o zamanın ən çox
dəbdə olan mövzularına həsr edilmişdi. Məlumdur ki, Oktyabr,
Lenin, 26-lar, o vaxt təkcə Azərbaycanda yox, bütün sovetlər
ölkəsində tanınmış qələm sahiblərinin yarış mövzularından idi.
Xəlil Rzanın yaradıcılığında ilk məzmun dəyişiklikləri 1960-cı
illərdən başlamış, sonra getdikcə güclənmişdir. Həmin
dəyişiklikləri təmin edən başlıca cəhətlər özünə və ictimai həyata
tənqidi münasibətinin güclənməsi, lirik qəhrəmanın inadkarlığının
artması, şairin həqiqəti tapmaq uğrunda qızğın idrakı fəaliyyəti və
bunların nəticəsində sovet ehkamlarından qurtulması ilə bağlı
olmuşdur. Hələ “Sevən gözlər” (1959) lirik şerlər məcmuəsinin
əsasını şairin daxili yaşantıları, şəxsi fikir və duyğuları təşkil
etmişdir. “Şairin cavabı”, “Üç yarpaq”, “Tamam doğmayan
Dostları ilə paylaş: |