220
(1989), “Davam edir 37” (1989), “Yaşasın Xalq Cəbhəsi” (1989),
“Müstəqillik” (1989), “Qaldırdım cüt yumruğumu” (1990), “Qanlı
cəllada” (1990), “Qorxma, mən sarsılmaz dağ qalasıyam” (1990),
“Qovacağız” (1990), “Milli satqın” (1980-91) və başqa əsərlərini
yazıb çap etdirmişdir. Həmin əsərlərin əksəriyyəti milli demokratik
hərəkatın ictimai-siyasi mənzərəsini əks etdirən əsərlərdir. Bir
tərəfdən türk dünyasmm birliyi, tərənnümü, digər tərəfdən xalq
iradəsi, azadlıq ruhu, qürur türküsü, xalq cəbhəsi, Nəsiminin,
Sabirin ... səsi ideya-məfkurə qay-nağı kimi milli-azadlıq hərəkatı
nəhrinə dolmuş, digər tərəfdən Xəlil Rza Ulutürk özü inqilab
bahadırı, Koroğlu, Dədə Qorqud kimi - Qələm və Qılınc timsalı
kimi görünmüşdür! “Azadlığım - dövlət sərhədim” deyən mücahid
şair milli Manifestini - Proqramını elan etmişdir. Onun adı
Azadlıqdır! Şairi dəmir qəfəslərə, Gülüstam və Türkmənçayı qanla
yazan bir məhbəsə aparan Azadlıq! Bu Azadlıq M.Müşfiqin
“Mənim azadlığım mənim işimdir, Həyatım, taleyim,
yüksəlişimdir” - misalında olan bir Azadlıqdır!
Təmkinlə hərlənən Yer kürəsiyəm,
Mənim Azadlığım, mənim gücümdür.
Mənim Azadlığım qan soranların
Cındır maskasını yırtmaq üçündür!
(“Azadlığım”)
Şairin Azadlığı çoxlarının, əksəriyyətin dərk edə bilmədiyi
səadətdir! Yerə-göyə sığmayan hakimiyyətdir! Balasını, laləsini,
göz odunu, ağız dadını, nəhrini verməyə hazır olan qüdrət sahibi
“vermir göylər boyda Azadlığını”! Bu Azadlıq yalnız onundur -
dirilik suyu tək qovuşduğu, tapındığı Azərbaycandır! Damarlarına
sıxılmış bu güc, bu qüdrət tükənməyən xalq nəhrini, xalq qüdrətini,
iradəsini çəkib gətirir. Xəlil Rza Ulutürk “lapdan görür: dağlar
gəlir elin boynunda, boynunda!” Buna görə də hədələyir ki, “dar
gözünü geniş açsın Qoy üç yüz min
221
türkazəri, pərən-pərən, darmadağın edən qüvvət...” X.R.Ulutürkün
Azadlığı xalq qüdrətindən qaynaqlandığına görə həm də qürur
gətirir. “Nəhrlər coşursa kişi qa-nında, çiyni daşıyırsa qüdrət
dağını, uça bilməlidi ucalığım”. Ucalıq dahilikdir! X.R.Ulutürkün
dahiliyi Nəsimiləri, Füzuliləri, Sabirləri - zirvələri qovuşduran
nurdur, zəkadır. Həmin ucalıq ve dahilik şairi “bütün əsrlərin
övladı edib, əbədi zamana, ölməzliyə qovuşdurur”. X.R.Ulutürkün
keçmişdən gəlib gələcəyə üz tutması xalqı ilə birgədir. Buna görə
də 1989-1990-cı illərin şeirləri də xalq idealları, xalq taleyi ilə daha
sıx bağlı olan siyasi şeirlərdir. X.R.Ulutürk bu illərdə “Düşmən
amansızdır, yoxdur orta yol” deyə ancaq imperializmin qatı
düşməni, milli azadlıq bahadırı kimi görünmüşdür. “Qalx ayağa,
Azərbaycan”, “Gəlir böyük Azərbaycan”, “Azadlıq meydanı”,
“Silahlan” deyən şair və onun qəhrəmam 1988-1990-cı illərin
şeirlərində Azərbaycanın milli azadlıq hərəkatının içindən keçir.
X.R.Ulutürkün baş vurmadığı yer, diyar, bölgə qalmır, inqilab
bahadırının hər yerdən qadir, qüdrətli səsi gəlir, xalqı çağırır, təşkil
edir və döyüşür! Torpaq, Vətən, Azadlıq düşmənlərinə qarşı yazır
və döyüşür! X.R.Ulutürk poeziyasında milli azadlıq hərəkatının
ciddi, işıqlı və müqəddəs kədər səhifələri zəka nuru ilə işıqlanır.
Həmin zəka və poeziya nuru azadlığın öz “tonqallarından” gəlirdi.
Sənətkar “Tonqallar meydanı”, “Azadlıq meydanı” ilə “səbr eylə”,
təvəkkül fəlsəfəsini bir araya sığdıra bilmir, onu geri çəkmək
istəyən qüvvələrə qarşı irəlini nişan verirdi. “Tonqallar meydanı”
şairə görə, 30 milyonluq azəri türkünün, qarşısını tankların belə ala
bilmədiyi ülfət meydanıdır. Bu meydan “Azərbaycanın bu gün özü
boyda doğduğu Azərbaycandır”. Bir ucu Təbriz, bir ucu Dərbənddə
olan Azərbaycandır. Bu yeni Azərbaycanı doğan, “göyə dayaq,
yerə mərkəz olan bahadırlar ölə bilməz”:
222
Bu meydanda mən tanıdım hağrı tonqal igidləri,
Alnındakı ipək qaytan, qırmızı, al igidləri.
Cəbhədaşım, səngərdaşım o ideal igidləri.
Bu meydanda anladım ki, adi ocaq pir olarmış.
Mələk kimi, quzu kimi qızlar dönüb şir olarmış!
(“Tonqallar meydam”)
“Azərbaycan - aləmin Azadlıq meydanıdır” - deyən şair
Azadlıq, tonqallar meydanında həm də xalqın birliyini, qüdrət və
əzəmətini, cəbhəsini görür, əslində görməkdən çox Vətənə nicat
verən qüvvə yalnız həm də özü olduğunu dərk edir.
Xalqın cəbhəsi, səfərbərliyi ona görə yaranıb ki, “gözlərimə
tuşlanıb bu gün düşmən gülləsi”:
Qarabağ ürəyimdir, Şuşa gözüm giləsi,
Gözlərimə tuşlanıb bu gün düşmən gülləsi,
Bircə an əl saxlasa min-min Bakı fəhləsi,
Bizə kəc baxanların kəsiləcək nəfəsi.
Yaşasın Xalq Cəbhəsil
Şair amalında, inam və məramında israrlıdır;
Azərbaycan - aləmin Azadlıq meydanıdır,
Kişi kibi yaşamaq inamıdır, canıdır,
Yurdu yalnız ərənlər, qəhrəmanlar tanıdır
Ölümündən keçənlər - xalqın zəfər nəğməsi,
Darmadağın edəcək düşməni Xalq Cəbhəsi.
Şair inam və məramında qərarlı olduğu qədər səfərbərdir,
yaraqlıdır:
Haray Sərab, Ərdəbil, haray Dərbənd, Naxçıvan!
Al, gözümü verirəm, ey ulduzsuz asiman.
Gəlsin, kimdə qalıbsa barı yarım damla qan,
Yıxaq, Bayılda çöksün Bastiliya qələsi
Yaşasın Xalq Cəbhəsi!
Planetin dincliyi, bəşəriyyətin bəklədiyi səadət yalnız qüvvələr
birliyindədir:
Sular məni aparsa, mən ona sel deyərəm,
Yel palıdı qoparsa, qasırğa, yel deyərəm,
Dostları ilə paylaş: |