166
yektinə çevrilmişdir. O, dissident olmaq həddinə gəlmiş,
mövqeyindən çəkinməmişdir
1
. Şairin elmi-tarixi memuarlarında
(gündəliklərində) həmin hadisələr olduğu kimi ifadəsini tapmışdır.
Obyektivlik naminə 7 yanvar 1963-cü ildə MK-da təşkil olunmuş
görüşdən fraqmentləri olduğu kimi veririk. Görüşdə xalq yazıçısı
M.Hüseyn çıxış etmişdir. O demişdir:
- Bəzi tənqidçilər həddən artıq sərt yazırlar. Əsərlə bırlikdə
müəllifi də qırmaclayırlar. Yaxşı ki, Nəzərli yoldaş buradadır, elə
onun yanında deyirəm. Hüseyn Abbaszadənin əsəri barədə
buraxılan məqalə çox kobud idi. Düzdür, o əsəri tənqid eləmək lazımdır,
ancaq elə yox. Tənqid həlim, mehriban, prinsipial olmalıdır. Tənqid gərək
müəllifə kömək eləsin, onu şikəst eləməsin.
Mehdi Hüseynin bu cümlələrindən sonra Axundov yoldaşın atdığı bir
replika məni tərlətdi.
V.Axundov: Əgər müəllif tənqiddən nəticə çıxarmırsa, bizim
dediklərimizi saya salmırsa, Xəlil Rza kimi baş aparıb “Dəlidağ” şeirini
yazırsa, öz fikrinə qoşulub, “Yaşamaq istəyirəm” povestini çap etdirirsə,
onda nə olsun?
Etiraf edim ki, qabaqlar, xüsusən də keçən ilin aprel günlərində
haqqımdakı tənqidlərin gücləndiyi dövrdə adımın hər dəfə çəkilməyi
ürəyimdən bir tel qırardı. Qorxardım. Bu dəfə nədənsə heç bir qorxu hissi
duymadım. Lakin deyəsən, alnım və gözlərimin altı tərləmişdi.
M.İbrahimov, A.Gəraybəyli, Ə.Kürçaylı həmin görüşdə çıxış etmiş,
X.Rza şeirinə mənfi münasibət ifadə olunmuşdur. O da fasilə zamanı
salonda V.Axundovla görüşmüş və ona söz verməsini xahiş etmişdir.
Katib X.Rzanı görəndə sözü belə olmuşdur: İgidin adını eşit, üzünü
görmə...
Xəlil Rzanın çıxışından: - Yoldaşlar, bir zamanlar vardı ki, - deyə sözə
başladım, - burada oturanları bu divarlar sıxardı. Divarların zəhmindən
insan tər tökərdi. İndi isə məclisimizdə xoş bir hava var. Bizi tənqid
edirlər. Həm
1
H.Ə.Əliyevm R.İbrahimbəyovun 60 illik yubileyinə həsr olunmuş tədbirdəki çaxışından.
“Ədəbiyyat qəzeti”, 12 fevral 1999, N 6 (3131), MTN-nin yubiley tədbirindəki rəsmi çıxışından. “Xalq
qəzeti”, 6 iyul 1997. N 146 (22542)
167
də tənqiddən qorunmaq imkanı, öz qəlbimizdəkiləri demək imkanı
verirlər. Mən bu imkan üçün, salondakı təmiz hava üçün bu yeni
ruhu yaradanlara təşəkkür edirəm. Siz bilirsiniz ki, “Ana dili” şeiri
ilə əlaqədar olaraq, 8 aydan çoxdur ki, mənim ətrafımda tənqid
davam edir. Mən bu barədə fikrimi Yazıçılar İttifaqında açıq
partiya iclasında bildirmişəm. Bir daha təkrar edirəm ki, mənim
nəinki “Ana dili” şeirim, habelə, digər yazılarımda, hətta
söhbətlərim və hərəkətlərimdə kamala yetməmiş cəhətlər çoxdur.
Mən “Ana dili” şeirinin qüsurlu çıxdığını etiraf etdim. Niyə görə
belə etdim. Ona görəmi ki, özümü qorumaq üçün heç bir vasitəm
yox idi? Mən deyə bilməzdimmi ki, bu şeirim hələ neçe il bundan
qabaq rus dilində çıxıb. Mən deyə bilməzdimmi ki, şeiri yazanda
birinci növbədə Lenin milli siyasətindən ilham almışam. Deyə
bilməzdimmi ki, məndən hələ xeyli qabaq xalq şairi S.Vurğun
“Yandırılan kitablar” şeirində Azərbaycan dili haqqında daha
qüvvətli, daha kəsərli sözlər demişdir:
Söylə sənmi xor baxırsan mənim ana dilimə?
Dahilərə süd vermişdir Azərbaycan gözəli.
Sənmi “türkə” “xər” deyirsən, ulusuma, elimə
Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli.
Dahilərə süd vermişdir Azərbaycan gözəli! Mən bu şeiri deyə
bilməzdimmi?
- Elə deyirsən ki. - Axundov yoldaşın bu replikası hamını
güldürdü.
Davam etdim:
- Mən bu sözləri birinci dəfə burada deyirəm. Amma o vaxt
demədim. Ona görə demədim ki, biz ana dili məsələsinə və o
cümlədən, hər hansı milli məsələyə yalnız Azərbaycan xalqının
mənafeyi nöqteyi-nəzərindən, yalnız Azərbaycan miqyasinda olan
bir məsələ kimi baxmamalıyıq. Nəzərdən qaçırmamalıyıq ki,
dünyada iki system mövcuddur və bunların arasında mənəvi
mübarizə gedir. Azərbaycan şairinin ağzından çıxan hər bir sözü
İran din-
168
ləyir, Türkiyə dinləyir, Birləşmiş Ştatlar dinləyir. Siyasi
düşmənlərimiz SSRİ-nin üzərinə çirkab atmaq üçün hər cür alçaq
vasitələrdən istifadə etməyə can atırlar. Onların əlinə heç bir kirli
təbliğat vasitəsi verməmək üçün, məhz bunun üçün mən “Ana dili”
şeiri ətrafındakı söhbətlərin mümkün qədər tez yatmasını istəyirəm.
Əslində ana dili haqqında danışmaq ixtiyarını Lenin vermişdir,
Lenin partiyası vermişdir. Bundan da böyük səadət olarmı ki,
Azərbaycanda ana dilində istənilən qədər ali məktəb, orta məktəb,
ibtidai məktəb, texnikum var. Bizim doğma dildə akademiyamız
var. Siz bunu Arazdan üçcə addım o yana, doğma torpağımızın
böyük parçası ilə müqayisə edin. Orada İran faşistlərinin
Azərbaycan dilini məhv etmək yolunda necə dəridən-qabıqdan
çıxdıqlarını təsəvvür edin. Məgər mən bunları görmürəmmi?
Məgər mən görmürəmmi ki, Azərbaycana dair şəhər, kənd, çay,
çəmən adlarını dəyişdirənlər Acı çayı - Təlxrud, Qara çəməni -
Siyahçəmən, Salması - Şahpur, Xiyovu - Şeşkinşəhr, Urmiyəni -
Rizaiyyə adlandıranlar və bu təhqirlərə dözməyənləri
cəzalandıranlar nə qədər qatı irqçilik qanı ilə zəhərlənmişlər”
(Şairin arxivindən, 13 yanvar 1963-cü il tarixli gündəlikdən) [318].
X.Rza “Dəlidağ” şeirinə görə də tənqidin hücumlarına məruz
qalmışdır. Həmin şeirə münasibətini o, MK-da belə ifadə etmişdir:
“ - Fitnəkarlar “Dəlidağ” şeirini Sizə gətirmiş və pis yozmuşdur.
İzn verin, həmin şeirin bəzi parçalarını oxuyum. Məqsədimi
aydınlaşdırım. Şeirimi oxudum. Bu şeiri sizə təqdim edən fitnəkar
mənasını yəqin belə yozur ki, Xəlil burada özünü tərənnüm edir.
Tənqid şimşəklərinin, tufanlarının altında Dəlidağ kimidayandığını
iddia edir. Lakin bu fikir nə qədər yoxsuldur, kiçik və miskindir.
Şeirin əsl ideyası genişdir... Əgər im-perialistlər bizim vətənimizə
qarşı əl qaldırmağa cəsarət etsələr, onda biz öz böyük
ideallarımızın, böyük baharımızın yolunda Dəlidağ kimi vüqarla
dayanacağıq. Onda
Dostları ilə paylaş: |