173
larından səbr, toxtaqlıq istəyir:
Sizsiniz qaynağı hər səadətin,
Sevinciniz min bir, qayğınız min bir.
Sizinlə bir evdə yaşamaq çətin,
Sizsiz yaşamaqsa daha çətindir!
( “Oğullarıma” )
Övladlarının gündəlik qayğılarını, onların uşaq dünyasını təsvir
edən şair dünya uşaqlarının taleyini də unutmur; Vyetnam, ərəb,
yapon körpələrinin dərdlərindən yazır, rahatlıq tapa bilmir.
“Dünyanın o başında balalar dardadırsa, dünyanın bu başında
analar yata bilməz, atalar yata bilməz” - deyir.
Vətənin keçmişi, bu günü haqqında danışanda lirik qəhrəman
qoca arxeoloqla vəhdətləşir. Onların təfəkküründə - “tarixi
yaddaşında yüz məmləkətdə belə daşlarda gül açan qüssələr”
yaddan çıxmır; tarixi keçmiş obyektə subyektiv baxış əsasında
ibrət dərslərini açıqlayır; keçmişin ifadəsində oxucu Tac-mahalı,
onu yaradan memarı, talanıb Londona daşınan Vətən xəzinələrini
təsəvvürünə gətirir, Vətənə məhəbbətindən məmnun qalır:
İnsan gəldi-gedər, Vətən əbədi.
Vətən ömrümüzün ilk, son məbədi!
(“Qoca arxeoloq”)
Xəlil Rza Xəzərlə, Türkanın əmək həyatı ilə bağlı mövzulardan
yazanda, lirik qəhrəmanı ilə eyniləşir. “Babalar yatan yerdə”, “Mən
bağbanam”, “İstedad, bərəkət”, “Əlcəklərim”, “Türkan
sahillərində” və başqa şeirlərində belədir.
X.R.Ulutürk 80-ci illərin şeirlərində Türkan mövzusunu da
davam etdirmiş, bu silsilədən “İlham qaynağım” (1984), “Neçin
ağacları çox istəyirəm” (1985), “Türkan sağaltdı məni” (1986),
“Xızır peyğəmbər kimi” (1986), “Qurumuş ağacları bağdan
çıxarmaq gərək” (1986), “Bel və qələm” (1986), “Diz çökürəm
qarşısında” (1986), “İnqilab ağacı” (1986), “Əbədi gəncliyin sirri”
(1986), “Sən
174
mənə qüdrət ver” (1986), “Yazağzı” (1987) əsərləri qeyd oluna
bilər. Ümumiyyətlə, “Xəlil Rza zəhmət adamlarının düzlüyünə,
saflığına, mərdliyinə, qüdrətinə, böyüklüyünə çox inanır. Bu
cəhətdən onlara həsr edilən şeirlər də səmimidir. Bu adamlar,
qorxmaz, iradəli, sadə, işgüzar, mətin adamlardır. Şairin bu zəhmət
adamlarına bəslədiyi hüsn-rəğbət hər misrada duyulur. Torpağı
qayğı ilə, səbrlə, həvəslə becərən, əkən, biçən, gülüstana çevirən
insanlar da onun üçün eyni derəcədə əzizdir. Odur ki, daşlı-çınqıllı,
susuz bir yerdə bağ salmağı, cənnətə çevirməyi böyük hünər sayır.
Bu cəhətdən “Türkanım” başlığı altında verilmiş şeirlər daha
səciyyəvidir” [128].
X.R.Ulutürkün məhəbbət şeirləri sevən qəlbin mənəvi
zənginliklərini, bəşəri xisləti özündə təcəssüm etdirir. Bu baxımdan
onuıı məhəbbəti də idealları kimi böyükdür, qüdrətlidir. Şairin
məhəbbəti həm də Azərbaycan məhəbbətidir:
“Bayatı-Şiraz” üstə
Ötəcəyik bu axşam
Duyğular dünyasında
İtəcəyik bu axşam.
Qanadlanım bu axşam,
Uçum səninlə birgə,
Bütün Azərbaycanı
Qucum səninlə birgə!
X.R.Ulutürkün 80-ci illər şeirlərinin də bir qismi məhəbbətin
tərənnümünə həsr olunmuşdur. Məhəbbətin, lirik duyğu və
düşüncələrin yuvası da vətəndir, vətənpərvərlik və humanizmdir.
Xəlil Rzanın məhəbbət lirikası bəşəri, humanist lirikadır. Onun
sevgi şeirləri əsasən bir ünvandan - həyat yoldaşı Firəngiz
xanımdan başlanğıc götürür. Şair həyat yoldaşını dərin məhəbbətlə
sevir və eşqinə həmişə sadiq qalır. Xəlil Rzanın lirik qəhrəmanı ilə
şəxsiyyəti vəhdətləşir. “X.Rzanın ictimai-siyasi məzmunlu
şeirlərində kəskinlik, tribunluq hakimdirsə, lirik
175
şeirləri üçün incəlik, zeriflik, məhəbbət, gözəllik qayğıları
səciyyəvidir. “Bir gözlə yüz şer” bölməsində “Səslə məni”, “Sən
məhəbbət yolçususan”, “Neçin çəkinərsən”, “Gözəlsən”, “Gözdən
öpmə, ayrılıqdır”, “Üzümü danlama...”, “Ömürdən uzun gecələr”,
“Unudulmaz o gecə” və s. şeirlərdə incə məhəbbət duyğuları,
gözəlliyə vurğunluq, diqqət, qayğı, həssaslıq kimi insanın mənəvi
zənginlikləri və ləyaqəti tərənnüm olunur” [103].
X.R.Ulutürk valideyn-övlad məhəbbətindən yazanda da 80-ci
illərin şeirlərində bütün bunların yeni çalarları görünür. Yəni
X.R.Ulutürk ümumən məhəbbətində sakitlik, dinclik aramır, özünə
tufan ömrü arzulayır:
Sən oğluna rahatlıq, dinclik arzulayırsan,
Tufan nəbzi arzula!
Mənəsə dağları yıxmaq əzmi arzula,
Namərdlərin içindən alnıaçıq, üzüağ
çıxmaq əzmi arzula!
Dinclik arzulayırsan, mənim dincliyim özgə...
(“Gül yastıq”)
“Yorulmaz” (1985), “Son mənim səsimi eşidirmisən?” (1985),
“Ayrılıq türküsü” (1985), “Türkay balama laylay” (1987) və başqa
şeirlərdə də şair milli idealından, azad Vətən və onun layiqli
vətəndaşı olmaq, ona şərəflə xidmət etmək amalından danışır.
Sənətkarın müharibəyə bədii münasibəti 50-ci illərin
axırlarından başlamışdır. “Nə gözəl yerləri qorumuşdur o” (1958),
“Sizin mavzoleyiniz” (1958), “Hayıf, ata, sən görmədin” (1958),
“Mən dava görməmişəm” (1967), “Atanın şer dəftərindən” (1968),
“Ən qiymətli əklil” (1969) əsərləri döyüşçü ataya xatirat kimi
yazılmışdır. Bu əsərlərdə süjetli, epik təsvir və təəssürat üstünlük
təşkil edir. Müharibə hadisələri lirik qəhrəmanın atasına, onun
döyüşlərinə münasibəti əsasında açılır. “Mən dava görməmişəm”
(1967) şeirində müharibənin törətdiyi çətin gün-güzəran, qocaların,
gəlinlərin ağır iş şəraiti, ataların
Dostları ilə paylaş: |