169
biz öz yurdumuzun ləyaqətini, şərəfini Babək, Koroğlu, Nəsimi
kimi, M.Hüseynzadə kimi qoruyacağıq. Döyüşməyi və elə şərəflə
ölməyi bacaracağıq” (Yenə orada, 13 yanvar 1963, s.184-185)
[318].
Şairin qardaşı Məhəmməd Rza Xəlilbəyli həmin illəri
xatırlayaraq yazmışdır: “1962-ci ildə böyük Sabirin 100 illik
yubileyində Bakıda heykəlinin açılışı münasibətilə çıxışına görə
ömrünün sonuna kimi təqib edildi (Bu da bir səbəb idi, lakin birinci
deyildi - Ə.Ə.). 1969-cu ildə institut müəllimliyindən
kənarlaşdırılaraq partiya qurultaylarında və plenumlarında həmişə
“milli məhdudluqda”, “obıvatellikdə” günahlandırılırdı. Azadlığı
zərrə-zərrə, qram-qram istəmədiyi üçün əzablara, hədələrə,
şantajlara məruz qaldı” [102].
Xalq yazıçısı İ.Şıxlı yazmışdır: “Bütün bunlar Xəlil Rza
məsləkinin, Xəlil Rza amalının poetik ifadəsinə görədir. Bütün
bunlar Xəlil Rzanı böyük poeziya yoluna gətirib çıxarmışdır. Onun
estetik qənaətini dəqiqləşdirmişdir. Böyük poeziyanı mütləq və
mütləq xarakter sahibləri yarada bilərlər. Böyük xarakterlər isə
birdən-birə göydən düşmür, insan fitrətindəki saflığın, qüdrətin və
haqsevərlik duyğusunun zaman keçdikcə cəmiyyətdə öz antipodları
ilə toqquşması və təslim edilməsi sayəsində başa gəlir. Bəli, məhz
təslim edilməsi!” [285, s.6].
X.Rzanın təbiətində yaranan sərtlik və etirazlar ilkin olaraq,
təbiətdən ruhuna işləyir, onu düşündürürdü. Lirik qəhrəman
təbiətdən öyrənə-öyrənə, görüb götürə-götürə böyüyür. “Bir dəstə
çiçək” (1961), “Şəlalə kimi” (1962), “Ürək qızıl gülə bənzər”
(1962) şeirlərində olduğu kimi:
Şəlalə - dağların mərd övladıdır.
Qır bütün sədləri!
Şəlalə tək qır!
İldırım - buludun,
tufan dənizin,
170
Cəsarət - ürəyin istedadıdır!
(“Şəlalə kimi”)
Lirik qəhrəman qürur və əzəməti də təbiət gözəlliklərindən alır
(“Ən böyük səadət”. “Dağlara qalxıram”, “Bir dəstə çiçək”,
“Sonsuz qüvvət”, “Çətin gün”):
Fikrim - dağ qartalı,
hissim - asiman.
Elə bil dünyaya hökmdaram mən.
İstəsəm, yapışıb bir sal qayadan
Dağları ovcumda qaldırıram mən.
(“Dağlara qalxıram”)
Lirik qəhrəman öz müəyyənliyini hələ ki mücərrəd, ümumi
ideyaların, etirazların ifadəsində görür. Özünü axtarışdan
özünütəsdiqə doğru yol götürür:
Bu dünyaya,
bu xalqa verə bilsəm ömrümü,
Bəşər səadətində görə bilsəm ömrümü,
Zəhmətimlə sevinsə
vurulduğum məmləkət,
mənimçün ola bilməz
bundan böyük səadət!
(“Ən böyük səadət”)
Şairin məhəbbət, qəhrəmanlıq və azadlıq ruhunun qaynağı da
ata yurdu, ata ocağıdır. “Doğma ev” (1960), “Analar” (1960-61),
“Mənim övladlarım” (1962), “Oğlum Təbrizə” (1964), “Anam
ocaq qalayır” (1965), “Oğullar gərəkdir Azərbaycana” (1966),
“Anam layla çalır” (1966), “Oyatmağa qıymaram” (1967),
“Oğullarıma” (1967), “Atanın şer dəftərindən” (1968), “Yatır gül
balalarım” (1968), “Üzü nurlu anam mənim” (1969), “Qollarım
üstündə” (1969), “Sərvətim” (1969) “Balalarım” (1970), “Gizli
iftixar”, “Səadətim” (1970), “Rzam üçün”, “Ata ev tikir”, “Biz
gəldi-gedərik, Vətən əbədi” və başqaları həmin mövzudadır.
Məhəbbət, qəhrəmanlıq və azadlıq ruhunun qaynaqları 50-ci
illərin şeirlərindədir
171
“Mənim ata yurdum, ata məskənim” (1957-58), “Ata işdən
gələndə” (1958), “Zəfər çələngi” (1958), “Ata əlləri” (1959),
“Sırıqlı” (1959), “Miras” (1959), “Ay ana, yanımda olaydın
mənim” (1959). Nümunələrdə əsas ideya yurd sevgisi, valideyn-
övlad məhəbbəti, Azərbaycana və dünyaya olan eşqdir.
“Doğma ev” şeirində (1960) “təndirinin yanar daşına belə
bağlanmış” lirik qəhrəman ata ocağından atəş alır, könlü mehr-
məhəbbətdən isinir, onun ürəyi daşında, torpağındadır, vətən
hissinin qaynağı da oradadır. Lirik qəhrəmana görə dünyaya gedən
bütün yollar öz başlanğıcını ata ocağından götürür:
Dünyada heç səni anmayan varmı,
Dolansın deyirəm boynuna qollar.
Sənin astanandan başlanmayırmı
Böyük dahilərin açdığı yollar?
(“Doğma ev”)
Lirik qəhrəman doğma evi tərənnüm etmir; onu ağ-qara, yaxşı-
pis, xeyir-şər, sevinc-kədər “rənglərində” tapır. İctimai təzadların
mənbəyini də doğma yurdda görür:
Sən çox dinləmisən şerin səsini,
Nəsibin gah sevinc, gah da ah olub.
Sənin pəncərənin ağ pərdəsini
Titrədən “Şur” olub, Çahargah olub.
(“Doğma ev”)
Lirik qəhrəmanın nəzərində məskunlaşdığı ev yer kürəsinə
qədər böyüyür; belə “böyümə” onun azadəlik ruhundan irəli gəlir:
Lifti hey səslənən saraylar kimi,
Nə olar deyilsən yüz mərtəbəli.
Bu yer kürəsinin özü deyilmi,
Sənin daş bünövrən, polad təməlin.
(“Doğma ev”)
“Analar”, “Anam layla çalır”, “Anam ocaq qalayır”, “Üzü nurlu
anam mənim” şeirlərində lirik qəhrəman təf-
172
silata varır, analar əhval-ruhiyyələrinə qədər bədiiləşdirilir
(inqilabçı, vətənpərvər, azadxah anası və s.), “ata ocağında təkcə
odun yox, həm də anaların od kimi yan-maları” mənalandırılır.
Şair, lirik qəhrəman həmin anaları övlad istəyi ilə tərənnüm edir;
“dərdlərinin atəşi soyumadığından” da mütəəssir olur. Lakin həm
də “sevinci dustaq olan” belə analar “kədərindəki azadlıqdan”
təskinlik tapır. Şair müqəddəs ana kədərindən, Vətən dərdindən söz
aça-aça, təzadlar aləmindən öz idealına, milli azadlığına boylamr.
Lirik qəhrəmanın övladları da ata yurdundan, ata ocağından güc
alır. “Oğlum Təbrizə”, “Mənim övladlarım” (1962), “Oğullarıma”
əsərlərində övlada ata-ana məhəbbəti təsirli, yanğılı ifadə olunur
(“Yatır gül balalarım”, “Oğullar gərəkdir Azərbaycana” (1966),
“Oyatmağa qıymaram”, “Qollarımın üstündə” (1969), “Gizli
iftixar”(1970):
Körpə qığıldayır, körpə ağlayır,
Ana layla deyir lap asta-asta.
Sanki göy Xəzəri o varaqlayır
Yellədir beşiyi dalğalar üstə.
(“Oğullar gərəkdir Azərbaycana”)
Özüm də bilmirəm sən necə gəldin?
Yerdənmi, göydənmi tapmışam səni.
Bəlkə də səni heç tale verməmiş,
Taleyin əlindən qapmışam səni.
(“Oğlum Təbrizə”)
Şairin qəhrəmanı oğlundan ərənlik istəyir. “Arzusu, amalı üçün
böyütdüyü övladına “səni döyüş üçün yaratmışam mən”, - deyir.-
Təsadüfi deyil ki, ata arzuları ruhunda tərbiyə olunmuş oğul -
Təbriz Xəlilbəyli Qarabağ uğruda döyüşlərdə qəhrəmanlıqla həlak
olmuş, vətənini yaşatmaq üçün şəhid zirvəsinə ucalmışdır! [Bu
barədə bax: 106] Belə şeirlərində Xəlil Rza bütünlükdə özünü ya-
şayır, o, mənzil şəraitinin çətinliklərindən söz açır, övlad-
Dostları ilə paylaş: |