158
qətli Yasir Ərəfatı qoyur, millətçilərə ibrət dərsi götürməyi təlqin
edir. “Qrenada, Qrenada” şeirində isə 80-ci illərdə qəsbkarların
dünyanı yenidən silkələmək cəhdlərini pisləyir. Etiraz edir ki,
dünyanı tutan, dişlərindən qan daman yırtıcıların quduz tamahları,
iştahaları sönmür, onlar kiçik uzaq adaya belə “təyyarə və tanklarla
dəstə-dəstə gələrək bombalarını uşaq bağçalarına belə salmaqdan
çəkinmirlər”. Qrenadanın torpağından keçən ağrı şairin də
ürəyindən keçir, onun duyğu və düşüncələrini hərəkətə gətirir:
milli başlanğıcdan bəşəri, dünyəvi ma-hiyyət, İnsan taleyi,
millətlərin taleyi nəşət alır:
Əriyirsən varlığının qəzəbində, qürurunda
Dəniz içrə qan gölünə çevrilməsin Qrenada.
Arxayın ol, ey xalqların boğazına keçən caynaq,
Götürdüyüm qanlı çanaq öz başında çatlayacaq.
Qoca tarix çox görübdür millətləri qıranı da,
Sizi nifrət divarına mıxlayacaq Qrenada.
Xəlil Rza Ulutürk milli mövzular çərçivəsindən qlobal, bəşəri
hadisələrə baxır, beynəlxalq hadisələrdən yazanda isə milliliyə üz
tutur. Buna görə də şair 15 noyabr 1962-ci il gündəliyində yazırdı:
“Milli xüsusiyyətin meyarı Vətəndir, ana dilidir. Hansı xüsusiyyət
ki, Vətənin tərəqqisinə, ana dilinin gözəlləşməsinə,
çiçəklənməsinə yardım edir, o əsl milli xüsusiyyətdir, yaşamaq
haqqına malikdir”[318].
X.Rzanın lirik qəhrəmanı narazılıqlarını ifadə edəndə, özünü
axtaranda müsbət idealı bəkləyir. O, mənfiliklərə etiraz yönündən
“iç” həqiqətlərini: arzu və amalını, estetik idealını təzahür etdirir:
Bu gün mənim sözümə
güləcək bir yaşlı göz
Bu gün mənim silləmdən
od tutacaq boz bir üz.
Bu gün cəbrin cəbhəsi
yarılacaq hardasa,
159
Bir əsarət zənciri
qırılacaq hardasa.
(“Ən gözəl gün”)
X.R.Ulutürkün milli ideala, xalq taleyinə, milli azadlıq
hərəkatına gəlişi, bir az “kənardan”, dolayısı ilədir. Şair bəhanələr,
vasitələr araya-araya, mətnarası və sətiraltı məqamlar güdə-güdə
birbaşa milli ideala doğru yol gəlmişdir. Avropa, Asiya və Afrika
xalqlarının azadlıq hərəkatlarına nəzər yetirən, hadisələr ətrafında
təfərrüatlara varan, süjetə meyl edən və ideyaları çözən sənətkarlar,
həm də konkret xalqların: Vyetnam, Kuba, Qrenada, Fələstinin
istiqlal tarixinə fərdi yanaşmış, onlan bədii cəhətdən
ümumiləşdirmişlər. Fövqəl dövlətlərin müstəmlə-kəçilik siyasətini
pisləyən, bəşəriyyətin taleyindən nigaran qalan şair sətiraltı
eyhamlarla öz xalqının taleyindən də ciddi narahatdır:
Buludlarda batdı Ay...
mənsə yata bilmirəm.
Lülədə güllə kimi
ürəyimdə qəzəb, qəm.
Qırmızı çay od olub
axır mənim qanımda
Hərraca qoyulubdur
bir millətin taleyi
Qudurğan bir dövlətin
siyasət meydanında.
(“Rədd olun Vyetnamdan”)
Dünyaya üz tutub milli idealına işarələr vuran lirik qəhrəman
deyir:
Azadlıq eşqilə çırpınır torpaq,
Çaylar dənizlərə qaynar qan verir.
XX əsrin önündə hər xalq,
Azadlıq fənnindən imtahan verir.
(“Rədd olun Vyetnamdan”)
Amerikanın istismar dünyasını ifşa edən “Qəzəb mar-
160
şı” (1967) əsərində lirik qəhrəman hadisə və təfərrüatlar haqqında
məlumat verir, təsvir və təhkiyəyə yeri gəldikcə müdaxilə edilir;
bəzən şair müdaxilələri ilə təhkiyə əvəzlənir.
Xalq taleyi, xalq birliyi ideyasının toxumları, rişələri də 60-cı
illərin əsərlərindədir. “Oğlum Təbrizə” (1964), “Anam layla çalır”
(1966) əsərlərində real həyat lövhələrinə, təfərrüatlara varan şair
müdrik, yığcam xalq bayatılarında da öz idealını, xalq taleyini
mətnarası, sətiraltı anlamlarda ifadə edir. Ana yanıqlı laylalar
çağırır:
Aşıq haradan gəldi,
Səni yaradan gəldi.
Nə duman var, nə çiskin
Bu sel haradan gəldi.
Qar yağıbdır dizəcən,
Bakıdan Təbrizəcən.
Yolunu gözləyərəm
Mən gələn Novruzacan.
Laylamın adı qardaş,
Ağzımın dadı qardaş.
Mənə qardaş oimasan
Götürrəm yadı qardas.
60-cı illərin poetik nümunələrini gözdən keçirərkən, bir qənaət
aydın görünür: Xəlil Rza Ulutürk təbiətə aludə şairdir. Onun təbiət
şeirləri həm obyektiv, həm də mühakiməli, analitik məzmunda,
təsvirlərdədir. “Bahar” (1960), “Yeni pəncərələr” (1960),
“Göygöldə sübh açılır” (1961), “Mən Dneprə vurulmuşam” (1961),
“Riqa körfəzində günəşin qürubu” “Günəşin yarısı görünür ancaq”
(1961), “Bir dəstə çiçək” (1961), “Bakı bağları” (1961), “Bahar
kimi” (1962), “Qızıl balıq və şəlalə” (1962), “Sonsuz qüvvət”
(1962), “Ömrümdə Kür çayını bu rəngdə görməmişdim” (1962),
“Göyçayda payız
161
səhəri” (1963), “Dəlidağ” (1963), “Uşaq bağçası dənizdə” (1964),
“Quba bağları” (1960 - 68), “Güldəstə toplayıram” (1965), “Aç
qoynunu, ana torpaq” (1965), “Gül bağında düşüncələr” (1966),
“Qobustan qayaları” (1966), “Bütün fəsillərdə bahar yaşayır”
(1967), “Gəncənin çinarları” (1967), “Dəniz səni çağırır” (1967),
“Dəniz kimi yaşamaq” (1967), “Xəzərdən ayrıla bilmirəm” (1967),
“Qar altında bahar” (1968), “Çağırır Göyçay məni”, “Daşın ətri”
(1968), “Sən mənə bənzəyirsən” (1969), “Babalar yatan yerdə”
(1969), “Baharda (1969), “Həftədə bir kərə, ayda bir kərə” (1969)
şeirlərində həm idilliya, bədii dekor, həm də təbiətə müdaxiləli ve
münasibətli baxış güclüdür.
“Mən Dneprə vurulmuşam” (1960-61) şeiri Dneprin, “Riqa
körfəzində günəşin qürubu” (1961) şeiri günəşin, “Göygöldə sübh
açılır” (1961) şeiri Göygölün gözəlliyinə həsr olunmuşdur.
Nümunələrdə gözəlliyin mənalandırıl-ması
səciyyəvi
xüsusiyyətdir. Məsnəvi təhkiyəsi üzərində qurulmuş əsərlərdə
Göygölə, Dneprə əyanilik görümü verən təsvir vasitələri əsasən
təşbeh və metaforalardır:
Sübhün gur şəfəqləri ağ bir alov nəhridir,
Dilim-dilim doğrayıb qaranlığı qəhr edir!
Odur, aşdı təpədən, töküldü gülə-gülə
Tül pərdəli Göygölə.
Göygöl çıxır pərdədən gəlin gedən qız kimi,
Bütün yer kürəsinə deyilməli söz kimi!
(“Göygöldə sübh açılır”)
Mikayıl Müşfiqin “Küləklər” şeiri kimi, 3 - 3 - 3 - 3 bölgüsündə
yazılmış “Bahar” (1961) ehtizazlı tərənnüm şeiridir. Lirik
qəhrəman yaz gözəlliklərini buya-duya, yaşaya-yaşaya onu
dəyərləndirir:
Sən mənim qismətim, sən mənim ömrümsən,
Durulan Göy gölüm, bulanan Kürümsən.
Omründə nə qədər dövranlar görmüsən,
Olubmu belə bir xoş çağın, ay bahar?
Dostları ilə paylaş: |