152
“Mənim gözlərimdədir paytaxtımın vüqarı” deyən lirik
qəhrəman Azərbaycandan güc alır, vüqarlanır. O, keçmişimizlə,
tariximizlə vəhdətləşir, mənəvi təzad və varislik onu azadlıq
hərəkatına doğru hazırlayır:
Ürəyimin kədəri,
ürəyimin qüruru –
Al günəşin doğması,
al günəşin qürubu.
Qürurum, iftixarım
boğur kədərimi.
Mənə nişan verərək
əsrlər dalındakı
qızıl səhərlərimi,
Boğur kədərimi!
(“Əbədi məşəl”)
Lirik qəhrəmanı yetişdirən ictimai-siyasi mühitdir: “Lənət
dedim dövrana, nifrət dedim dövrə mən!”. O, həqiqətlə yalanı,
ədalətlə ədalətsizliyi, haqla haqsızlığı özü 'üçün dərk etməyə
çalışıx - təbiətdən öyrənir. Ondakı ahəngi, harmoniyanı cəmiyyətdə
görmür - təzadlar təbii olaraq, lirik qəhrəmanda etiraz, inkar
mövqeyi formalaşdırır. Prof. T.Hacıyevin qeyd etdiyi kimi,
“şeriyyəti duymaq, təbiəti və cəmiyyəti poetik mənalandırmaq
üçün şair ürəyi ilə gördüyü kimi, ürəyi ilə eşidir də. Sərrast görmə
qavrayışı və eşitmə rezonansları onun poeziya dünyasının
rənglərini və melodiyasını torpaq günəş şüalarını və suyu udan
kimi özündə cəmləşdirir. Onların bərəkət məhsulu dil
materiyasından və şeir şəklində oxucuya təqdim olunur. Bu təqdim
olunan poeziyada oxucu və bədiilik adlandırılan psixoloji hadisə -
tərənnümün sərəncamında olur” [92, s.65].
Lirik qəhrəmanda inam və qətiyyətin başlanğıc götürdüyü
mənbə əbədiyyətdir:
Sən elə bilmə ki, köçdüyüm zaman
Dünyadan bir yolluq köçəcəyəm mən.
153
Bir dəfə ölüncə,
bəlkə min dəfə
Ölümü tapdayıb keçəcəyəm mən!
(“Həyat düşüncələri”)
Sülh, demokratiya, milli-azadlıq uğrunda mübarizə hərəkatı
şairlərə əhəmiyyətli mövzular verirdi. Həmin mövzularda milli
istiqlalın, demokratik nailiyyətlərin qorunub-saxlanılması və
beynəlxalq imperializmin ifşası əsas ideya idi. “Mübariz çağırış
ruhu R.Rza, B.Vahabzadə, B.Azəroğlu, S.Tahir, Ə.Tudə, Ə.Kərim,
N.Həsənzadə və başqa şairlərimizin poeziyasında diqqəti cəlb edir.
Bey-nəlxalq mövzularda yazılan şeirlərin mübarizlik ruhunu və
təsir qüvvəsini artıran cəhət odur ki, şairlərimiz bu mövzunu çox
geniş mənada başa düşür, bütün dünyada milli azadhq hərəkatı
məsələlərinə nəzər salır, hər hansı bir ölkədə azadlıq uğrunda
imperializmə qarşı aparılan mübarizəni bütün mütərəqqi
bəşəriyyətin gələcək taleyi üçün mühüm hadisə kimi
qiymətləndirir, xalqların azadlığı üçün canlarından keçən
qəhrəmanları tərənnüm edir, onların bədii obrazlarını yaradırlar”
[4, s.87].
S.Vurğunun “Zəncinin arzuları”, “Avropa xatirələri” şeirlər
silsiləsinin ənənələri ilə başlayan beynəlxalq mövzu O.Sarıvəllinin
“Sadəcə suallar”, “Ana”, “İqlimdən-iqlimə” silsiləsi, “Misirli
qardaşlar”, R.Rzanın “Zənci balası Villi haqqında ballada”, “Si-
Au”, “İnqalesyo”, M.Dilbazinin “Əlcəzairli qız”, B.Vahabzadənin
“Vyetnam balladası”, B.Azəroğlunun “Berlin”, “Sərhəd»”, “Eşidin
dünyanın səsini”, “Elə oğul istəyir Vətən”, Ə.Cəmilin “Kuba
vətənpərvərlərinə”, M.Arazın “Nobel mükafatı”, S.Tahirin “Yer
kürəsi”, “Cavab versin tarix mənə”, C.Novruzun “Qərbi Berlin”,
“Yox, Hitler ölməyib”, F.Qocanın “Salam, Vyetnam”, “Xose Risal,
T.Bayramın “Los-Anceles matəmi”, P.Qəlbinurun “Ərəb qardaş”,
“İçimin işığı”, Sabir Rüstəmxanlının “Bütövlük” və
154
başqalarının əsərləri Vyetnam, Kuba, Qrenada, Fələstin, Koreya
xalqlarının həyatı ilə bağlı olsa da, milli şüuru ehtiva edən
xüsusiyyətlərlə güclü idi. Həmin silsilədən Xəlil Rza Ulutürkün
“Vətən, ya ölüm” (1960-62), “Afrikanın səsi” (1960), “Vyetnam”,
“Vətən, ya ölüm”, “Prezident kabinəsi”, “Qrenada, Qrenada”,
“Rədd olun Vyetnamdan, ey qəsbkarlar” (1966-68), “Sofiyada
festifal”, “Qəzəb marşı” əsərləri də diqqəti cəlb edirdi.
O.Sarıvəllinin “Sadəcə suallar” əsərində koreyalıların
istiqlaliyyətini qoruyub saxlamaq mübarizəsi ifadə olunurdusa,
X.R.Ulutürkün “Qəzəb marşı”nda Vyetnam xalqının beynəlxalq
imperializmə qarşı mübarizəsi və onu ifşa başlıca bədii keyfiyyət
idi.
Asiya, Afrika xalqları oyanmışdır. Milli şüur və özünüdərk
onları məfkurə uğrunda mübarizəyə qaldırmışdır. Dünyanın
azadlıq şairləri müstəmləkəçiliyə, beynəlxalq imperializmin
işğalçılıq siyasətinə qəti etiraz edirlər. Amerikanın sənət adamları
Koren Lindsey, Georqakas, - Robert Blay, Olqa Kibrek, Davud
Reyn və başqaları xalqlara qarşı yönəlmiş cinayətlərə etiraz edir,
müstəmləkəçiliyi pisləyirlər. Amerikanın Uoll-strit küçəsini etiraz
dalğaları bürüyür, tələbələr hərbi nazirlikdə biletlərini cırır,
oğulları Vyetnamda həlak olmuş analar, rahatlıq is-təyən sadə
amerikalılar “Ağ Evin qapılarını lərzəyə gətirir, Pentaqona
tüpürürlər. Bu qəzəbin qarşısında Vaşinqton dayana bilmir, buna
görə də “polislərin ilanvari dəyənəyi, gürzə gözlü süngüləri, qazı
və zəhərləri” işə düşür. Fatehlər və qəsbkarlar hər cür azadlığı
yerində boğmağa çalışırlar.
Vyetnamda gedən döyüşlər neçə-neçə amerikan əsgərini ölümə
aparır, “hər tabut öz anasını taparaq, onların ağ geyimli libaslarını
qaraya döndərir”. Hər bir Vyetnam əsgəri məsləkindən dönmür,
illərlə mübarizə aparıb, azadlıq tələb edir. X.R.Ulutürk “Vyetnam”,
“Vyetnam qızı Xanoy bala” şeirlərində eyni ideya motivlərini oriji-
Dostları ilə paylaş: |