149
şizmin hər cür təzahürünə qarşı barışmaz
mövqe tutan,
imperializmin buxovlarını qıran bir sıra ölkələrin rnübarizə əzmi,
üsyankar ruhu çox sərrast və qüvvətli ifadə olunmuşdur” [310, s.3].
Həmin illərdə B.Vahabzadə “Sökün çəpərləri” (1965), R.Rza
“Lüban oğlu Şəkib (1967), “Vyana xatirələri”, C.Novruz “Zamanın
səsi”, Ə.Cəmil “Kuba vətənpərvərlərinə”, N.Həsənzadə “Fələstin
nəğmələri” şeirlərini yazmışdı.
60-cı illərde Xəlil Rza yüzlərlə əsər yazmış, üç kitab çap
etdirmişdir (“Məhəbbət dastanı”, “Mənim günəşim”, “Qollarını
geniş aç”).
60-cı illərin poeziyasında motiv əlvanlığı güclü olmuş, başlıca
mövzular dostluq, təbiət, ana, ata, ocaq, torpaq, xəzər, vəten,
vətəndaşlıq, beynəlxalq Cənubi Azərbaycan və müharibə ilə bağlı
olmuşdur. Ümumən “Müasir şairlərin lirikasında özünəxas, orijinal
yazı manerası, üslubu, deyim tərzi, hadisəyə, fakta, obyektə
münasibət, estetik duyum, zövq və idrak baxımı mövcuddur... Lirik
şeirin gözəl hər cəhətdən mükəmməl nümunələrində yeni ruh, yeni
fikir, məna və məzmun, forma yeniliyi, bədii tamlıq, emosionallıq
müşahidə olunur, müasir insanın istək və arzuları: onları
düşündürən ictimai-fəlsəfi, etik-əxlaqi məsələlər ön plana çəkilərək
məhəlli, məhdud tərzdə deyil, ümumiləşdirici, bəşəri bir əhatə və
vüsətlə bədiiləşdirilir” [22, s.333].
Xəlil Rza fərdi şüuru oyatmağa və fəallaşdırmağa psixoloji
məqamlardan başlamışdır. 70-80-ci illərin poeziyasında aparıcı
bədii keyfiyyət olan psixoloji-mənəvi məqamların poeziyası
mənbəyini əslində 60-cı illərin ilk nümunələrindən tapmışdır. Bu
baxımdan “Nifrətim var” (1960), “And içirəm” (1962), “Şəlalə
kimi” (1962), “Ermitaj və Avrora”, “Ürək qızıl gülə bənzər”
(1962), Əyilmə” (1962), “Qonaq cağırıram bəşəriyyəti” (1963),
“Vəzifə” (1967), “Mən Şərqəm” (1968), “Bir dostun öyüdü”
(1968) şeirləri səciyyəvidir. Nümunələrdə mövc-
150
ud mühitə qarşı etiraz motivləri aşkarlanmağa başlamışdır. Onun
müharibələrə etirazı həm də məhkum millətin istismarçı
imperiyaya qarşı etirazları anlamındadır:
Qalsan belə susuz, ac,
Yavan çörəyə möhtac,
Boğazına ilan tək,
Sarılsa da ehtiyac,
Ehtiyac ürəyini
Köksündən qoparsa da,
Odu, suyu, havanı,
Evindən aparsa da,
Ağız açma namərdə!
Ürəyində dərd, yaşa.
Sən insansan! Əyilmə!
Yoxsul yasa.
Mərd yaşa.
(“Əyilmə”)
“Vətən, ya ölüm” (1960 - 1962) şeirinin mövzusu Kuba
xalqının azadlıq mübarizəsindən, “Kürd şairinə məktub” (1963)
şeirinin movzusu isə kürd xalqının həyatından alınmışdır. Kuba
rəhbəri F.Kastronun eyni adlı fikrini (Vətən, ya ölüm!) şeirə başlıq
verən şair beynəlxalq mövzu və motivlərə keçid etmiş, həyat və
bədii təzadı əsas götürərək, azadlıq ideyasını, əslində milli olanı -
öz inam və idealını fərdiləşdirmişdir:
Basılarmı, söylə heç
Qız-gəlini, anası,
Hər mahnısı, laylası silahlanmış bir Vətən?!
Dinlə, qəlbimdən qopan bu alovlu sözləri:
Haqqa güvənənlərin yerə gəlməz dizləri!
- Vətən, ya ölüm dedin. Budur məramın!
Ancaq
Ölüm - düşmənimizin, Vətən - sizin olacaq!
Xəlil Rzanm poetik “Mən”i lirik qəhrəmana keçidini də 60-cı
illərdən: “Mənim şeirim” (1962) və “Əbədi mə-
151
şəl”dən (1963-1964) alır. Sənətkarın yaradıcılığında sakit, təmkinli
görünən lirik “Mən” tərənnümə, vüqar və əzəmətə uyğun olaraq
“böyüyür”, “qəhrəmanlaşır”. Akademik M.Arif demişkən, “Mən,
biz, bütün dünya bir adamın sinəsində çarpazlaşır və bəşəriyyətin
səadəti naminə qüvvətli, coşğun, ehtiraslı bir ürək kimi vurur.
Arxayınlıq, ictimai laqeydlik, meşşan istirahəti demək olar ki,
lirikamızın qəhrəmanına yaddır. Bu qəhrəman narahatdır. Onu
“dünyanın dərdi, torpağın ağrısı yatmağa qoymur” (R.Rza), o “tək
özü üçün yaşamaq istəmir” (C.Novruz), o, ən böyük səadəti -
ömrünü xalqa verməkdə, bəşər səadətində görə bilməkdə, zəhməti
ilə ölkəsini sevindirməkdə axtarır. X.Rza deyir:
Bu dünyaya,
Bu xalqa verə bilsəm ömrümü,
Bəşər səadətində görə bilsəm ömrümü
Zəhmətimlə sevinsə vurulduğum məmləkət,
Mənimçin ola bilməz
Bundan böyük səadət. [12, s. 77]
Lirik qəhrəmanın cəbhəsi, məramın səngəri əslində, amalı,
idealı hazırlayır, bu amalda Vətən eşqi, əxlaqı və istiqlalı bəklənir.
Vüsal şair poeziyasının istiqlalıdır:
Həyatımı verərəm
Bircə sənin yolunda,
Sənin özünü isə
Bu Vətənin yolunda!
Ürəyimin aynası,
Qəlbimin amalısan.
Mən öləndən sonra da
Məni yaşatmalısan!
Mənim şerim vüsalı,
İstiqlalı alqışlar.
Şerimin davamıdır,
Salondakı alqışlar!
(“Mənim serim”)