155
nal poetik formalarda davam etdirərək Vyetnamın
birliyinə, ərazi
bütövlüyünə əminlik ifadə edir. Şair bu əsərlərdə sətiraltı,
mətnarası olaraq öz millətinin, torpağının da taleyini düşünür.
Şairin inamı belədir, “Vyetnamdan böyük Vyetnam torpağın
altındadır”:
Nə napalm bombası, nə kərtənkələ tanklar,
Heç nə qıra bilmədi Vyetnam iradəsini.
Onlar yer altında da vahid yurdu qucaqlar
Öpərlər məmləkətin bütöv xəritəsini.
(“Vyetnam”)
60-cı illərin Afrika ölkəlerində gedən siyasi hadisələrə də ciddi
münasibət bildirilmişdir. X.R.Ulutürk “Afrikanın səsi”, “Afrika”
şeirlərində həmin hadisələrə öz içindən baxır, şairin milli
özünüdərkində bəşərilik, dünyəvilik mahiyyəti poetik tapıntılarla
inikas etdirilir. Sənətkar Afrika həyatının ictimai-siyasi
mənzərəsini, mübarizlik əhval-ruhiyyəsini orijinal mənalandırır:
Afrika qitəsi - nəhəng bir ürək,
Min il Avropaya qan axıtdı, qan.
Böyük səhradakı yad tələsini
Bu gün parçalayır qaradöş aslan!
(“Afrika”)
“Qəsbkarlar” (1966) şeirində şair mühakimələr
yürüdür və məntiqi qənaətlərə gəlir:
Dağlar bəlkə yaranmış xalqın sinə dağından,
Torpağın zülm əlində naçar sıxılmağından!
Görən neçin ucalmış hu bahadır qayalar?
Bəlkə əcdadımızın qalxanıdır qayalar!
Xlil Rzanın təsvirlərində mühakimələr, qənaətlər Qobustan
qayalarma həkk olunmuş yazılardan - eramızın birinci əsrində
Roma imperiyasının XII legionundan, imperator Domisian, Sezar,
Avqust, Germaniskin dövründən, Lutsi, Yuli və Maksimdən baş
alıb gəlir. Şair Romanın fatehlik ehtiraslarınan etiraz edəndən
sonra ərəblərin, Avropa və Amerikanın Azərbaycan neftinə olan
156
iştahalarından söz açır, Vişşau, Denstervil və başqalarının mənfur
adlarını xatırlayır:
XXəsrdə bir az başqalaşıbdır
fatehliyin növləri,
İndi fatehlər ancaq sərvət,
sovqat aparmır.
Mənəviyyat aparır.
Vətən nemətimiz bir,
Vətən duyğusunu da
Şüurlardan qoparır!
Ürəklərdən qoparır!
Müstəmləkə xərçəngi
kök
atır vicdana da
Virus kimi işləyir
iliyə də, qana da.
(“Qəsbkarlar”)
Şairin ümumiləşdirmələri əhatəlidir. O, Formoza, Qana,
Kanada, Konqo, Ərəbistanda qəsbkarların törətdikləri qırğınları
yada salır. XX əsrin qəsbkarlığına bir qədər mədəniyyət və modern
gətirildiyini təsvirdən yayındırmır, saxta təbəssümləri və milli
satqınları da təsvir edərek hökm çıxarır:
Nə yamandır şüurda, idrakda müstəmləkə
Başına sığal çəkə, sərvətinə süpürgə.
“İmperialistlər illərlə əsarətdə saxladıqları Asiya və Afrika
xalqlarını “mədəniləşdirməyə”, “müasirləşdirməyə” çalışmışlar.
Müstəmləkəçilər həmin xalqların milli mənliyini, orijinal simasını
məhv etməyə, onların içərisindən kölələr yetişdirməyə, ədəbiyyat
və incəsənətlərinin milli cizgilərini yoxa çıxarmağa can atmışlar.
Bunun nəticəsidir ki, “hazırda Afrika xalqlarının əksəriyyətinin
ədəbiyyatı öz ana dillərində yox, əsasən yeddi Avropa dilində
təşəkkül tapmış və inkişaf etmişdir. Yalnız indi-indi Afrika
yazıçılarının bəziləri ana dillərində də yazıb-yaratmağa, öz dillərini
də inkişaf etdirməyə çalışırlar”
157
[97, s.69]. Şair Koreya, Almaniya, Vyetnam kimi
məmləkətlərdəki parçalanmanı, assimilyasiya siyasətini ifşadan
sonra məramını poetik şəkildə açıqlayır:
Bu dərdlər dünyasında
öz qübarını var mənim:
Azərbaycan dilində
Hələ təzə dil açan Şəhriyarım var mənim.
Şairin qənaəti belədir: XX əsr başqalaşmışdır, qəsbkarlar əsri
deyildir, “Beş milyard insanlığın yumruqları sıxılır”. Həmin
qənaətin bədii ifadəsi “İki ərəb, iki yol” (1977) şeirində də davam
etdirilmişdir. Şeir ərəb xalqının İsrail ilə olan mübarizəsinə həsr
olunmuşdur. Bir ərəb başçısı “Mersedes”inə əyləşib Təl-Əvivə
yollanır. Oradan da “Misir-eyr” təyyarəsinə minib xalqını,
torpağını tərk edir. Sanki o, “pəncərədən dirsəyini göstərir öz
xalqının tələbinə”. Trapa ayaq qoyan kimi “şimşəklər şaqqıldadı,
göylər topa tutuldu, buludlar leysan tökdü, yer, göy silkələndi.
Dörd motor var səsiylə getmə - dedi, ciyəri kabab olan böyük şəhər
getmə - dedi, günbəzindən göz yaşları sel-sel olan göy məscidlər,
ahu-fəğan sükututək göyə qalxmış minarələr, yatağında qəzəbindən
ləngər vuran qocaman Nil, həyat işığını yenicə nuş etmiş palmalar,
bananlar, Sina vadisində yad təyyarə od tökəndə balasını qapıb
qaçan analar, tarix qədər qoca Xeops, Əbülhövl eh-ramları da ...
getmə, - dedi:
Getdi.
Dal çevirdi doğmalara, yadlar onu pişvaz etdi
üzəvari bir hörmətlə.
Bilmədi ki, bu görüşlər, əlsıxmalar
yalançı bir nəzakətdir.
Özünkündən uzaqlaşma, özgələrə yaxınlaşma
fəlakətdir.
Şair milli mövqeyini büruzə vermək üçün satqın ərəb başçısma
qarşı yeni dövlət başçısmı, zirehli yumruğunda şığıyan bir bayrağm
iradəsi, inadı olan qətiyyətli və ləya-