Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 463,91 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix16.08.2018
ölçüsü463,91 Kb.
#63636
1   2   3   4   5   6   7   8   9

14 

 

şairin  bədii  irsinə  həm  məzmun,  həm  də  ideya-estetik  cəhətdən  verdiyi 



şərhlər,  təhlillər  şairin  satiralarının  elmi-nəzəri  baxımdan  təhlili  xüsusi 

seçilirdi

Bu yarımfəsildə 1930-cu illər ədəbi tənqidimizin digər görkəmli 



nümayəndələrinin  –  Ə.Nazimin,  M.Hüseynin,  M.K.Ələkbərlinin  də 

M.Ə.Sabirin  və  başqa  sənətkarların  yaradıcılığı  ilə  bağlı  fikirləri  təhlil 

edilmişdir. 

M.Quliyevin  1930-cu  ildə  çap  olunmuş  “Oktyabr  və  türk  ədəbiy-

yatı”  kitabı  da  poeziya  məsələlərinin  işıqlandırılması  baxımından  mühüm 

əhəmiyyət kəsb edir. Tənqidçi ədəbi prosesi dəyərləndirərkən müasirliyi bir 

tələb kimi irəli sürürdü. Müasirlik anlayışı isə onun nəzərində sovet ideoloji 

məfkurəsinin,  proletar  ədəbiyyatının  prinsip  və  tələblərinin  ifadəsinə 

xidmət edirdi. Qeyd etmək lazımdır ki, tənqidçinin bu kitabda bəzən hədsiz 

ideoloji  mövqedən  çıxış  etməsi  onun  bütövlükdə    obyektiv  mülahizələrlə 

yüklü olan elmi-nəzəri qənaətlərinə kölgə salırdı. 

II  fəslin  “Poeziyaya  münasibətdə  sinfilikdən  milliliyə  keçid 



başlanğıc formasında” adlı yarımfəslində 1930-cu illər tənqidində mark-

sist  tənqid  təmayül  ilə  (aparıcı  tənqid  təmayülü  ilə)  bərabər,  antimarksist 

düşüncənin  də  özünə  yer  alması  və  bunu  dövrün  tənqidində  milli  qol-

təmayül kimi səciyyələndirmək tendensiyası əsas götürülüb

*

. A.Musaxanlı, 



B.Çobanzadənin  ədəbi  prosesə  münasibətində  tənqidin  milli  qolunun  for-

malaşdığını  şərtləndirən  cəhətlərin  elmi-metodoloji  cəhətdən  əsaslandırıl-

ması nəzərdə tutulub. 

Poeziyaya münasibətdə sinfilikdən milliliyə keçid başlanğıc formasında 

özünü M.Hüseyn, Ə.Nazim tənqidində də ciddi şəkildə göstərirdi. 1930-cu 

illərdə  Ə.Nazimin  proletar  ədəbiyyatının  yaradıcılıq  metodu  kimi  sosialist 

realizminin estetik prinsipləri ilə bağlı görüşlərinin dərinləşməsini və daha 

demokratik  və  elmi  səciyyə  qazandığını  müşahidə  edirik.  Tənqidçinin 

yaradıcı yanaşmasında sənətin bədiilik qanunları  əsasında inkişafı və milli 

ədəbiyyatın  öz  simasını  saxlaması  kimi  vacib  cəhətlər  önə  çəkilirdi. 

Proletar  sənətkarlarının  yaradıcılığının  təhlili  və  qiymətləndirilməsində 

M.Hüseyn  tənqidi  səviyyəli  idi.  Bədiilik  kontekstində  münasibət  müasir 

poeziyanın  görkəmli  nümayəndələri  adlandırdığı  S.Vurğun,  S.Rüstəm  və 

R.Rzanın yaradıcılığına həsr etdiyi təhlillər üçün də səciyyəvi idi. Məsələn, 

M.Hüseyn  1930-cu  illərdə  proletar  şeirinin  önündə  gedən  S.Rüstəm 

                                                           

*

 

Geniş  bax:  Salamoğlu  T.  Ədəbi  tənqid  tarixinə  dair  portret-oçerklər.  Bakı:  “E.L.”  NPŞ 



MMC, 2011, s.86-96. 

 



15 

 

yaradıcılığından daha çox tənqidi ruhda danışırdı və bu, tamamilə düzgün 



münasibətin  ifadəsi  idi.  S.Rüstəmin  1927-ci  ildə  çap  olunmuş  “Ələmdən 

nəşəyə”  kitabı  bir  çox  cəhətdən  yeni  idi;  buradakı  bir  sıra  xüsusiyyətlərlə 

S.Rüstəm  yeniləşməkdə  olan  poeziyanın  ideya-estetik  prinsiplərini  təmsil 

edirdi. Bundan sonrakı illərdə isə şair “Atəş”, “Səs” kitablarına daxil olan 

bir sıra şeirlərində isə siyasi-inqilabi lirikanın bir sıra nümunələrini yaratsa 

da, aydın görünürdü ki, şair öz üslubunun, poetikasının təkmilləşdirilməsi 

qayğısına qalmırdı. Bu baxımdan tənqidçi M.Hüseyn haqlı olaraq yazırdı: 

“Süleyman  Rüstəm  vaxtında  çox  gözəl  bir  şair  olmuş  və  onun  şeirləri 

proletar  ədəbiyyatının  ilk  nailiyyətləri  sırasına  daxildir.  Lakin  bu  gün 

S.Rüstəm  sosializmə  giriş  dövründə  işçi  sinfinin  böyük  tələblərinə  cavab 

verməyir”

1

.  Bunu deməklə tənqidçi şairin şeirlərindəki təbliğatçılığa, quru 



şüarçılığa işarə edirdi.   

Doğrudan  da,  M.Hüseyn  tənqidi  sərt  olsa  da,  əksər hallarda  doğru  və 

obyektivdir.  M.Hüseyn  1930-cu  illərdə  yazılmış  məqalələrində  “qeyri-

proletar şairlər” hesab olunan şairlərin bədii irslərini sinfi-ideoloji cəhətdən, 

“proletar  şairləri”nin  əsərlərini  isə  bədii  sənətkarlıq  mövqeyindən 

yanaşaraq  tənqid  edirdi.  Belə  ki,  M.Hüseynin  S.Rüstəm  şeirlərində 

müşahidə  etdiyi  sxematizm  təzahürləri  şairin  ilk  dövr  yaradıcılığında  da, 

“Ələmdən nəşəyə” dövrü yaradıcılığında da vardı. 

 Böyük satirik M.Ə.Sabir irsinə də millilik kontekstində yanaşmalar öz 

başlanğıcını  bu  dövrdən  başlayırdı.  Bu  dövrdə  mühacirət  ədəbiyyatşünas-

lığımızın  görkəmli  nümayəndələrinin  əsərlərində  Sabirin  bədii  irsinin 

millilik  kontekstində  dəyərləndirilməsi  daha  qabarıq  nəzərə  çarpırdı. 

Mühacirət  ədəbiyyatşünaslığımızın  görkəmli  nümayəndəsi  Ə.Cəfəroğlu 

“Azərbaycan  ədəbiyyatında  istiqlal  mücadiləsi”  əsərində  M.Ə.Sabiri 

“vətənpərvər şeir məktəbinin” əsas nümayəndələrindən hesab edərək onun 

bu  yolda  milli  hərəkata  böyük  xidmətlər  göstərdiyini  yazırdı:  “...Hadi  öz 

ardıcılı qismində  Əlabbas Müznibi yetişdirdiyi kimi, mizah məcmuəsi olan 

“Molla  Nəsrəddin”  də  Sabiri  meydana  çıxarmışdı”

2

.  Ə.Cəfəroğlu  kimi, 



M.Əli  Rəsulzadə,  Mirzə  Bala  Məmmədzadə  də  Sabiri  “beynəlmiləlçi 

proletar şairi”, “ilk proletar ziyalısı” kimi yox, milliyyətçi, türkçü, istiqlalçı 

bir sənətkar kimi təhlil edirdilər. 

                                                           

1

 

Hüseyn M. Ədəbi döyüşlər. Bakı: Azərnəşr, 1932, s.44. 



2

 

Cəfəroğlu Ə. Azəri ədəbiyyatında istiqlal mücadiləsi / Seçilmiş əsərləri. Bakı: Mütərcim, 



2008, s.237. 

 



Yüklə 463,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə