4
araşdırma obyekti kimi götürülmüşdür. Dövrün görkəmli tənqidçilərinin
poeziyaya münasibətdə sərgilədikləri ideoloji və estetik yanaşmaların elmi
şərhi tədqiqatın predmetini təşkil edir. Ayrı-ayrı problemlərin elmi şərhi
zamanı zərurət olduqda 1920-ci illərə aid olan ədəbi tənqid materiallarına
da müraciət olunmuşdur.
Dissertasiyada
Ə.Abid,
Ə.Nazim,
M.Hüseyn,
M.Rəfili,
A.Musaxanlı, B.Çobanzadə və b. tənqidçilərin məqalələri birbaşa təhlil
obyekti olur. Bu alimlərin elmi yaradıcılığında poeziyanın müxtəlif
məsələləri, eləcə də konkret əsərlər təhlil edilib qiymətləndirilmişdir.
Dissertasiyada həmin əsərlər elmi təhlilin mərkəzinə gətirilməklə dövrün
ədəbi tənqidinin poeziyaya münasibətdə elmi obyektivlik dərəcəsi
aydınlaşdırılmışdır.
Tədqiqatın məqsəd və vəzifələri. Tənqid tariximizin olduqca
mürəkkəb, eyni zamanda tədqiq olunması zəruri olan 1930-cu illər
mərhələsində poeziya məsələlərinin araşdırılması işin əsas məqsədini təşkil
edir. Dövrün ədəbi-ideoloji kontekstində tənqidin poeziyaya münasibətdə
nümayiş etdirdiyi səciyyəvi xüsusiyyətləri, yaradıcılıq istiqamətlərini təyin
etmək tədqiqat işində başlıca məqsədə çevrilib. Qarşıya qoyulan məqsədə
nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə
tutulmuşdur:
-1930-cu
illərdə
poeziyanın
inkişaf
təmayüllərinin
müəyyənləşməsində ədəbi tənqidin rolunu müəyyənləşdirmək;
- “Proletar şeiri” və bədii yaradıcılıq metodu probleminin dövrün
ədəbi tənqidində necə əks olunduğunu göstərmək;
- 1930-cu illər tənqidində ədəbi prosesin, o cümlədən poeziyanın
qiymətləndirilməsində
elmi-metodoloji
aspektləri
üzə
çıxarmaq,
sosrealizmin estetik prinsiplərinin poeziyada inikası, ədəbi tənqiddə
romantizmə ədəbi cərəyan və yaradıcılıq metodu kimi nihilist münasibətin
siyasi-ideoloji mahiyyətini açmaq;
- Bu dövrün görkəmli tənqidçilərinin çağdaş poeziya və klassik irs
məsələləri ilə bağlı fikirlərindəki sinfilikdən milliliyə doğru təkamül
prosesini izləmək;
- 1930-cu illər ədəbi tənqidində “bədii dəyər uğrunda” mübarizənin
siyasi-ideoloji, metodoloji və estetik mahiyyətini aşkarlamaq.
Tədqiqatın elmi yeniliyi. Müasir dövrdə 1930-cu illər tənqidinin
nəzəri-metodoloji prinsiplərinə, yaradıcılıq spesifikasına göstərilən yeni
baxış mühüm əhəmiyyət kəsb edir. Dissertasiyada 1930-cu illər ədəbi
tənqidinin materialları əsasında poeziya məsələlərinə nəzər yetirilmiş, bu
5
problemin həmin dövrün ədəbi tənqidində necə əks olunduğu təhlil edilərək
tənqid-poeziya münasibətləri işıqlandırılmışdır. Tədqiqatın yeniliyini
şərtləndirən başlıca amillərdən biri bu mövzunun ilk dəfə sistemli şəkildə
işlənməsi, tədqiqata cəlb olunmasıdır.
Ədəbiyyatşünaslığımızda bir qayda olaraq, 1920-30-cu illərin bütöv
bir ədəbi mərhələ kimi müəyyənləşməsinə tənqidi münasibət kontekstində:
1920-ci illər ədəbi prosesini, o cümlədən tənqidini (xüsusən 1928-ci ilə
qədər – APYC-nin yaranmasına qədər) keyfiyyətcə, xüsusən metodoloji
təbiəti ilə 1930-cu illərin ədəbi prosesi və tənqidi ilə birləşdirən və ayıran
cəhətləri tipoloji təhlil müstəvisinə gətirmək; 1920-ci illəri (1928-ci ilə
qədər) və 1930-cu illəri (1920-ci illərin son iki ili də buraya daxildir)
mərhələ daxilindəki yarımmərhələlər kimi ayırmaq və poeziyanın zəngin
materialları əsasında hər yarımmərhələnin səciyyəsinin verilməsi işin əsas
elmi yenilikləri sırasındadır.
1920-30-cu illər, xüsusən 1930-cu illər tənqidinə birmənalı şəkildə
vulqar-sosioloji tənqid mərhələsi kimi yanaşan elmi tendensiyanın rədd
edilməsi; bu mərhələnin tənqidinin yalnız marksist tənqiddən ibarət
olmasına fərqli yanaşma; 1930-cu illər tənqidində marksist tənqid təmayül
ilə (aparıcı tənqid təmayülü ilə) bərabər, antimarksist düşüncənin də özünə
yer almasını və bunu dövrün tənqidində milli qol-təmayül kimi
səciyyələndirmək tendensiyası: A.Musaxanlı, B.Çobanzadənin ədəbi
prosesə münasibətində tənqidin milli qolunun formalaşdığını şərtləndirən
xüsusiyyətlərin poeziya materialları əsasında elmi-metodoloji yöndən
əsaslandırılması; A.Musaxanlı, B.Çobanzadə, hətta marksist tənqidin
özündə belə marksist düşüncəyə müqavimətin əlamətdar cəhətlərinin
aşkarlanması
və
poeziya
materialı
əsasında
Pereverzevçiliyin,
Voronskiçiliyin, Pilnyakçılığın milli ədəbi prosesdəki yerini təyin etmək
cəhdləri və s. dissertasiyanın elmi yenilikləri kimi dəyərləndirilə bilər. Eyni
zamanda təqdim olunmuş dissertasiyada tənqidin klassik ədəbi irsə və
müasirlərin yaradıcılığına verdiyi qiymətdə əsas götürülən meyarların
müxtəlifliyi ortaya qoyulmuşdur. Bu əsasda “1930-cu illər Azərbaycan
ədəbi tənqidinin poeziyaya estetik və ideoloji yanaşmaları” problemi
mərhələnin ədəbi tənqidinə konseptual elmi yanaşmanı gerçəkləşdirməyə
imkan verir. Problemin bu istiqamətdəki həlli də yeni və konseptual
yanaşma kimi maraqlıdır.
Mövzunun öyrənilmə dərəcəsi. Azərbaycan ədəbi tənqidinin
sistemli öyrənilmə tarixi akademik K.Talıbzadənin tədqiqatlarından
başlanır. Belə ki, alim Azərbaycan tənqidinin tarixi kökləri və mənbələri ilə