Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə118/131
tarix01.11.2017
ölçüsü2,47 Mb.
#7736
1   ...   114   115   116   117   118   119   120   121   ...   131

 

368


qəhrəmanlarındır” (31 avqust 1987-ci il) məqaləsi  şairin 

“Dramaturgiyada  ədəbi  əlaqələr”, “Məndən başlanır Vətən” 

kitabları və Rəsul Rzanın həyat və yaradıcılığı ilə bağlıdır. 

X.R.Ulutürkün keçən  əsrin 80-ci illərinin sonlarından 

başlayaraq yazdığı publisistik məqalələri əsasən siyasi mövzudadır. 

Siyasi publisistika onun yaradıcılığında xüsusi kəsər və bədii silqət 

kəsb edir. Bü, onun məqalələrinin adlarından belə ehtiva olunur. 

“Nümayişdə  tələblərimiz” (16 mayıs 1988-ci il), “Alqışlar, 

lənətlər” (8 ocaq 1994-cü il), “Savalan ucalığına yüksələk” (1991-

ci il) və başqaları. Onu da qeyd edək ki, Xəlil Rza bu dövrdə az 

siyasi məqalə yazmış, bütün gücünü siyasi hadisələrin qələmə 

alınmasına, tarixləşməsi, xronologiyalaşmasına doğru 

yönəltmişdir. Azərbaycanın milli azadlıq hərəkatı-nın tarixi həmin 

cildlərdə ürək kimi döyünür, yaşayır. 



 

3.4. Elmi-tarixi memuarlarında millilik və xalqçılıq 

məsələləri 

 

X.R.Ulutürk elmi-tarixi memuar yaradıcılığına 60-cı illərdən 



başlamışdır. O, 1962-63-cü il tarixli gündəliyində bu barədə 

məlumat vermişdir. “Gündəlik - ürəyimin tərcümeyi-halıdır. Buna 

görə də hər kəsin, xüsusilə də işi peşəsi xalqın taleyi ilə bağlı olan 

adamların gündəlik yazması, zənnimcə bir işdir. Amma düz 

yazasan. Düz də yazmaq həmişə olmur. Hər halda buna mümkün 

qədər səy etmək lazımdır. Çoxdan gündəlik yazmaq fikrindəydim. 

Ətalət imkan vermirdi. Axır vaxtlar deyirdim: qoy dissertasiyanı 

bitirim, sonra başlaram, bu vədimə  əməl edirəm”.  Şairin  şəxsi 

arxivindən (14 noyabr 1962-ci il, Bakı) [318]. 

Şairin arxivində işləyərkən gördük ki, o, 1962-ci ildən ömrünün 

sonunadək gündəlik (elmi-tarixi memuar) yazmaq vərdişini cidd-

cəhdlə davam etdirmiş, zəngin irs ya- 

  



 

369


ratmışdır. Hətta,  şairin arxivində bir ilə aid olan 2-3 qovluğunun 

şahidi olduq. Dediyimiz budur ki, X.R.Ulutürkün gündəlikləri çox 

geniş və əhatəlidir. Burada 60-90-cı illərin həm tarixi sosial şəraiti, 

həm də  mənəvi psixoloji və elmi-nəzəri səviyyəsi aydın görünür. 

Professor  Əkrəm Cəfər yazmışdır: “Xəlil Rza 300 cilddən artıq 

gündəliyin müəllifidir. Hərəsi bir dissertasiya həcmində olan bu üç 

yüz cild, heç şübhəsiz, elmi-tarixi memuarlar kimi 

qiyətləndiriləcək və ən yüksək mükafata layiq görüləcəkdir” [143, 

s.260]. 

Şair isə peşə aludəliyini belə ifadə edir: “Otuz ildən çoxdur ki, 

gündəlik yazmaqla məşğulam, vaxtım nə  qədər az olsa da, bu 

şakərimdən özümü saxlaya bilmirəm. Hərəsi bir doktorluq 

dissertasiyası həcmində olan cildlənmiş gündəliklərin sayı üç yüzü 

keçib. Şeirlərimlə yanaşı gündəliklərim avtoportretlərimdir, burada 

ədəbi mühitimiz və onu təmsil edən insanların fikir və düşüncələri, 

ədəbi qurultaylarda, televiziyada, iclaslarda, yubiley 

mərasimlərində,   gündəlik görüşlərimizdə söhbətləri, çıxışları 

mühüm yer tutur. Səyahətlərə  çıxdığım, öyrənməyə çalışdığım 

Leninqrad, Moskva, Daşkənd, Kazan, Naxçıvan, Ankara, İstanbul 

kimi  şəhərlərdə  əlini sıxdığım insanlar, gördüklərim, eşitdiklərim, 

Mixail  Şoloxov, Konstantin Simonov, yubiley karvanı Bakıdan, 

Bor-çalıdan, Gəncəbasardan tutmuş Leninqradadək uzanıb gedən 

Səməd Vurğun... haqqında düşüncələr bu gündəliyin ayrı-ayrı 

yarpaqlarıdır” (Şairin arxivindən. 31 avqust 1987-ci il) [318]. 

Respublikanın ümummilli lideri, cənab H.Ə.Əliyevin 14 noyabr 

2002-ci il tarixli sərəncamına əsasən şairin publisistik irsinin (və ya 

sənədli nəsrinin) seçmə nümunələri bir cilddə (V cild) toplanıb 

çapa təqdim edilmişdir. X.Rzanın ümumən publisistik irsinin (o 

sıradan elmi-tarixi memuarlarının) çapa hazırlanması  şairin həyat 

yoldaşı Firəngiz xanım Ulutürk və bu sətirlərin müəllifi tərəfindən 

  

 

  



  


 

370


başlanmışdır. Firəngiz xanım 1998-ci ildə “Lefertovo zindanında” 

2004-cü ildə isə “Gəl, ey səhər”, 2005-ci ildə “Ustadım  Əkrəm 

Cəfər”, 2006-cı ildə isə “Lefertovo zindanında” adları altında 

X.RUlutürkün elmi-tarixi memuarlarının cüzi bir qismini çap 

etdirmişdir. 

X.Rza yaradıcılığında mental təfəkkür milli və məfkurəvi şüur, 

milli ideologiya və onun daşıyıcıları ilə möhkəm bağlıdır. O, güclü, 

vətənpərvər, millətçi və beynəlmiləlçi mütəfəkkir olmuşdur. 

Millilik məsələləri onun yaradıcılığından tarixi dövr boyu qırmızı 

xətlə keçmişdir. Bu barədə araşdırmalarımızda yazmışdır: [65; 73; 

68]. Burada isə  Xəlil Rzanın millətçiliyində qabarıq görünən dil 

prqbleminə daha yaxından diqqət yetirəcəyik. O, ana dilinin 

işləkliyi, təbliği, qorunması və  təmizliyi uğrunda ardıcıl mübarizə 

aparmışdır. X.Rzanın  əcnəbi (rus) sözləri işlədən  şəxsləri 5 qəpik 

cərimə etməsi faktı  əhali arasında geniş yayılmışdı. O, dilə 

münasibəti fərdi qaydada Azərbaycan dili kimi yox, türkçülük 

siyasəti, ideoloji-mədəni münasibətin üzvi hissəsi kimi ifadə 

etmişdir. Hətta, şair bu məsələdə Sabirlə M.Cəlil mövqeyini siyasi 

müstəvidə təhlilə cəlb etmişdir. 

X.Rza qeyd edirdi ki, türk dilləri bir-birinin hesabına daha çox 

qüvvətlənə, türk elləri bir-birinə daha çox yaxınlaşa, vahid ulus 

kimi biçimlənə bilərdi. Bunun qarşısını  kəsənlərdən biri Stalin 

oldu. 1928-ci ildə latın əlifbasına keçdiyimizi görən Atatürk həmin 

yolu tutdu ki, türk xalqları bir-birini oxuya bilsin. Stalin erməni, 

gürcü  əlifbalarına toxunmadığı halda, türk xalqları  əlifbasının 

yenidən dəyişdirilməsi üçün göstəriş verdi. Əlifba siyasəti elə 

aparıldı ki, azərbaycanlı özbəyi oxuya bilməsin, uyğur türkmənin 

nə yazğından baş açmasın, tatar qırğızın yazdığına həsrət qalsın. 

Stalin 1939-cu ildə beynəlxalq vəziyyətin gərgin çağlarında türk 

xalqlarının Türkiyə ilə  əlaqəsini kəsdirdi, Krım türklərinə divan 

tutdu! Güney Azərbaycanında inqilabı qanda boğmaq üçün şəfait 

yarat- 


  


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə