Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə16/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   12   13   14   15   16   17   18   19   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Şairdir, qəlbi var, şirin sözü var
Böyük bir ölkənin onda gözü var. 
O, ölsə, dağlar da dil deyib ağlar, 
Əfv edin...yaxşılıq qalır yadigar” [2, s. 135-136]. 
M.Vəkilovun xatirəsindən S.Vurğunun qardaşına bunları dediyi 
də məlum olur: “Əgər məni aparsalar, sən tez mənim əsərimi (“Va-
qif”i – 
A.S.
) götür və etibarlı bir yerdə gizlət. Əsərin yerini Xavər bilir. 
İşdi, görsən ki, sən də şübhə altındasan, onda Ruqiyyəyə (mənim 
həyat yoldaşımdır) tapşır ki, əsəri etibarlı bir yerdə gizlətsin”. Sonra 
Səməd şair xəyallı gözlərini Xəzərin üfüqlərinə zilləyərək nə isə dü-
şündü və mənalı bir tərzdə əlavə etdi ki, “Mənim qələmimi Yuskaya 
(oğlu Yusif) ver, kim bilir, mənim tamamlamadığım işi, bəlkə, o ta-
mamladı” [2, s. 136]. 
M.Vəkilovun xatirəsi bir çox məqamlara aydınlıq gətirməyə 
imkan verir. Burada qısaca olaraq onu deyək ki, Azərbaycanın Xalq 
yazıçısı Yusif Səmədoğlu atasının yolunu davam etdirdi. “Qətl günü” 
romanında təsvir etdiyi hadisələrin çoxunu elə atasının bioqrafiyasın-
dan almış, əsərdə təsvir edilən itmiş əsər ədəbiyyatşünaslar tərəfindən 
başqa cür yozulsa da, əslində elə “Vaqif” dramının özüdür... 
S.Vurğunun ilk dramını Vaqifə həsr etməsi onun özünə ustad 
bildiyi böyük şairə olan sevgisi ilə əlaqələndirilir. Bunu S.Vurğunun 
özü də etiraf edir: “Hələ uşaq ikən mən Vaqif yaradıcılığının təsiri al-
tında idim. Onun gözəl şeirləri, aydın və xalq dili mənim yaradıcılı-
ğıma təsir göstərmişdir. Mən ilk şeirlərimi Vaqifin qüvvətli poetik 
cazibə qüvvəsinin təsiri altında yazmışam” [5, s. 119]. 
Bu aspekt C.Abdullayevin tədqiqatında da təsdiqlənir. Müəllif 
yazır: “S.Vurğun Vaqifi mütəfəkkir bir şair, dərin fəlsəfi fikirləri sadə, 
aydın bir dillə ifadə etməyi bacaran incə, lirik, öz dövründə estetik 
düşüncənin zirvəsinə çıxan “həyat gözəldir” idealını təbliğ edən böyük 
söz bahadırı kimi qiymətləndirmişdir” [6, s. 44]. 


45 
M.A.Dadaşzadə S.Vurğunun “Vaqif” tarixi xronikası ilə drama-
turgiyaya gəlməsini “1920-ci illərin axırlarına doğru xalqların tarixi 
keçmişinə artan marağı” [7, s. 21] ilə əlaqələndirir. Bu fakt, yəni 
“qaranlıq keçmişin işıqlı cəhətini – böyük insanlarını yaxından öy-
rənmək və xalqımıza tanıtmaq” şairin öz çıxışlarında da təsdiqini 
tapır: “Tarixə “olub keçmiş şeylər”, “çağırılmış bayatılar” kimi baxan-
lar idrak və zövqü məhdud insanlardır. Lakin biz, tarixin uzaqlarına 
getdiyimiz zamanlarda belə yenə öz əsrimizin övladı olduğumuzu 
unutmamalıyıq. İnkişaf yalnız qabağa, irəliyə getməlidir. Odur ki biz, 
keçmişimizin həyat və qəhrəmanlıq dünyasını dərk etməklə, o böyük 
mənəviyyat aləminin ən böyük humanist, mübariz, xeyirxah və nəcib 
insanlarını, bugünkü yüksəliş və intibah dövrümüzə kömək edəcək 
cəhətlərinin bədii lövhələrini yaratmaqla, babalarımıza rəhmət oxuma-
ğı da bacarmalıyıq” [8]. 
S.Vurğunun ilk dram əsərinin mövzusunu, məhz Vaqifin hə-
yatından götürməsi onun Vaqifə ruhən yaxın olması ilə də əlaqələn-
dirilir. B.Vahabzadə yazır: “Poeziya tariximizdə yeni bir dövr açan 
Vurğun şeirində biz bu gün Nizami epikası, Füzuli lirikası, Vaqif sa-
dəliyi, Sabir kəskinliyi görürük. Lakin bu böyük qaynaqlar içərisində 
S.Vurğunun ilk məbədi, şübhəsiz, Vaqif şeiridir. Elə buna görədir ki, 
S.Vurğun Vaqifi şeirinin “könül dastanı” adlandırır” [3, s. 255]. Fik-
rinin davamı olaraq müəllif yazır: “S.Vurğuna Vaqifi sevdirən bir 
cəhət də bu şairin “şadlıq və səadət müğənnisi” olması idi. S.Vurğun 
şeirinin də sevinc və səadət təranələrindən ibarət olduğu bizə məlum-
dur. Şair özü də bir çox şeirlərində özünü “səadət nəğməkarı”, “sevinc 
bülbülü”, “ağ günlər şairi” adlandırır. Vaqif şeirindəki optimizm və 
şuxluq da onu S.Vurğuna sevdirirdi” [3, s. 255]. 
Doğrudur, B.Vahabzadədə bu qənaəti S.Vurğunun əsərləri ya-
radır. “Komsomol poeması”nda şairin “həyat eşqi” ilə əlaqədar olaraq, 
Vaqifi xatırlaması, onu “həyat aşiqi” adlandırması və digər söylənən-
lər də gerçəkdir. Amma bununla yanaşı, S.Vurğun bir neçə əsərində 
və publisistik məqalələrində Vaqifi faciə yaşayan bir şair kimi də 
xatırlayır və örtülü də olsa, öz həyatının onunku ilə oxşar olduğuna 
işarə edir. Qənaətimizin təsdiqi üçün S.Vurğunun 1936-cı ildə qələmə 
aldığı “Azad ilham” adlı şeirinə ötəri nəzər salmaq kifayətdir. Şair 
burada “sadə fırıldağın həqiqəti boğduğu” bir dövrdə yaşayan, “haqq 
adlı divan qurmaq” istəyən, müqabilində “diri-diri soyulan” Nəsimini, 
“göz yaşlarından doymayan”, “karvanı dərd adlı səhrada qalan” 
Füzulini, “fars dilinə sinə gərən”, “ürək nəğməsi daşlara dəyib, şüşə 
kimi çiliklənən”, “səsi boğulub, ahını min dağ, min dərə əks etdirən” 


46 
Vaqifi yada salır, onların dövrü və həyatı ilə özününkünü qarşılaşdırır, 
müqayisə edir və deyir: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə