Azərbaycan miLLİ elmlər akademiyasi


Əsərləri), XXIX c., Bakı, “Elm və təhsil”, 2017. – 373 s.  “Ədəbiyyat məcmuəsi” jurnalı Azərbaycan Respublikasının



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə2/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   2   3   4   5   6   7   8   9   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Əsərləri),
XXIX c., Bakı, “Elm və təhsil”, 2017. – 373 s. 
“Ədəbiyyat məcmuəsi” jurnalı Azərbaycan Respublikasının 
Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan 
Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc
olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxildir 
(filologiya elmləri üzrə). 
 
Müəllif hüquqları qorunur. Jurnal 1946-cı ildən nəşr olunur. 
 
ISSN 2409-5257 
© AMEA, Nizami adına Ədəbiyyat İnstitutu, 2017 



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
İsa HƏBİBBƏYLİ 
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik
 
 
MOLLA PƏNAH OLAN ŞAİR 
 
Hər oxuyan Molla Pənah olmaz.
El sözü
 
Açar sözlər:
Molla Pənah Vaqif, yeni tipli şeir dili, böyük nəğməkar, poetik 
nümunələr, realist şeirin banisi 
Key words:
Molla Panah Vagif, new type of poetry, great songstress, poetic 
examples, establisher of realist poetry 
Ключевые слова:
Молла Панах Вагиф, поэтический язык нового типа, 
великий песенник, поэтические образцы, создатель реалистической поэзии
Azərbaycan şeiri uzun əsrlər ərzində romantik üslubda və əruz 
vəznində yazılmışdır. Romantik üslub orta əsrlərin ümumi məhəbbət 
fəlsəfəsini yüksək bədii səviyyədə əks etdirmək üçün çox münasib idi. 
Məhəbbət və romantika bir-birini tamamlayan baxışlar kimi şeirdə də 
qoşa addımlamağın poeziyasını, mənəvi aləmin zənginliklərini, həsrət 
və vüsal aləmini bütün ucalığı ilə tərənnüm etməyə imkan yaratmışdır. 
Doğrudur, orta əsrlərdə təkcə sevgi macəraları deyil, bütün mətləblər: 
dövrandan şikayət, çərxi-fələkdən giley, «padişahi-mülk» sahiblərinə 
münasibət də aşiqanə şəkildə ifadə olunmuşdur. «Aşiqanəlik» – orta 
əsr Azərbaycan poeziyasının danışan dili, açarı idi. Lakin XVII əsrdən 
etibarən Azərbaycan cəmiyyətində baş vermiş dəyişikliklər bütün mət-
ləblərin romantik üslubda, «aşiqanə» dillə tərənnüm edilməsinin çətin-
liklərini nəzərə çarpdırırdı. Hələ xeyli əvvəl Səfəvilər dövlətinin ta-
leyindəki ibrətamiz Çaldıran məğlubiyyəti romantik şeirin də ruhunda 
müəyyən dəyişiklik yaratmışdı. Zaman «qəlb şairi»ndə «Şikayətna-
mə» yazmaq “sifarişini” meydana çıxarmışdı. Məhəmməd Füzulinin 
məşhur «Şikayətnamə»si yalnız bioqrafik nəsr əsəri olması ilə deyil, 



sənətkarın onu narahat edən fikirləri, ictimai mətləbləri artıq nəinki 
romantik şeir vasitəsilə, ümumiyyətlə, yalnız şeir dili ilə mənalandır-
masının çətinliklərini diktə edir. Bu, artıq «qəlb şairi» olmağın müş-
külatından şikayət idi. Zaman yeni düşüncə və ifadə tərzinə tələbat 
yaratmışdı. «Şikayətnamə» – sonralar Mirzə Fətəli Axundzadənin bə-
yan etdiyi «Gülüstan» və «Zinətül-məcalis» dövrü»ndən kənara çıx-
maq zərurətinin «ibtidası» idi. XVII əsrin ortalarından Azərbaycanın 
xanlıqlara parçalanması hadisəsi, ölkədaxili çəkişmələr və xarici təz-
yiqlər dövri ədəbiyyatda romantika vasitəsi ilə qavranılacaq hadisələr 
deyildi. Sözün həqiqi mənasında XVII əsrin ortalarında artıq Zaman 
öz içində cəmiyyətə realist baxışları hazırlamışdı. Bu vaxta qədər 
Azərbaycan xalq-aşıq poeziyasında «Qurbani der» – intonasiyasında 
şeirlər meydana çıxsa da, yazılı ədəbiyyatda klassik lirika tilsimi hələ 
sınmamışdı. Şeirdə yeni tarixi mərhələyə keçid sənətkardan təkcə təb 
və istedad deyil, ictimai-siyasi düşüncə və cəmiyyətə ayıq-sayıq 
münasibət bəsləməyi də tələb edirdi.
XVIII əsrdə Molla Pənah Vaqif yazılı ədəbiyyatda Azərbaycan 
şeirinin Qurbanisi missiyasını həyata keçirmişdir. Molla Pənah Vaqif 
Azərbaycanda ədəbiyyatın inkişafında xüsusi mərhələyə çevrilmiş 
romantik şeirdən realist tərənnümə qəti keçidin banisidir. Doğrudur, 
klassik Azərbaycan şeirində də realist notlar var idi. Molla Pənah 
Vaqifə qədər Nizami Gəncəvinin, Əfzələddin Xaqaninin, hətta Mə-
həmməd Füzulinin «seyli-sirişk içrə» nəfəs alan misraları, «var söz»ün 
ifadəsi olan gerçək düşüncələri də şeirdə görünmüşdü. İmadəddin 
Nəsiminin üsyankar səsində, «şeir bazarçısına» etirazlarında romantik 
yüksəkliklə birlikdə gerçəkçi bir baxış da öz əksini tapmışdır. XVII 
əsrdə Azərbaycan poeziyasındakı “hind üslubu” ədəbiyyatı saray hə-
yatından çıxarmış, xalqa yaxın olan didaktik ideyaları şeirə gətirmiş-
dir. Lakin bütün bunlar hələ də romantik örpəyin yalnız xalları qədər 
idi və klassik lirikanın ictimai ruhu miqyasından uzağa gedə bilmirdi. 
Molla Pənah Vaqif çoxəsrlik Azərbaycan şeirində ilk dəfə olaraq 
«qəzəli-aşiqanə»dən imtina edib, realist cizgilərə əsaslanan yeni tipli 
məhəbbət şeirləri yaratmışdır. XX əsrin əvvəllərinə aid edilən yeni 
şeir əsasən satirik poeziyaya aid idi. Satirik şeir realist poeziyanın 
inkişafının yeni səviyyəsi, yaxud təzə mərhələsi idi. Bu tipli şeir lirika 
deyil, satira olduğu üçün yeni adlandırılırdı. Əslində isə Azərbaycan 
ədəbiyyatında lirika istiqamətində yeni şeir Molla Pənah Vaqifdən 
başlanmışdır. Molla Pənah Vaqifin şeirləri klassik Azərbaycan şeirin-
dən forma etibarilə və məzmunca fərqlənirdi. Bu, xalq-aşıq şeiri üs-
tündə köklənmiş, el-oba həyatını və gözəlləri gerçək şəkildə tərənnüm 



edən yeni şeir idi. 
Molla Pənah Vaqifin yaradıcılığında özünün mükəmməl bədii 
əksini tapmış ədalət, humanizm, müstəqillik, gerçək həyat, gözəllik və 
sevgi idealları və mənəvi dəyərlər XVIII əsr Azərbaycan ədəbiyya-
tının yüksək inkişaf səviyyəsini əks etdirir. Molla Pənah Vaqif realist 
ədəbiyyatı yaratmaqla Azərbaycan ədəbiyyatını çoxəsrlik Şərq ədəbiy-
yatı dairəsindən çıxararaq, modern Avropa və dünya ədəbiyyatı səviy-
yəsinə çıxarmışdır. Bundan başqa, Vaqif aşıq şeiri Azərbaycan şifahi 
xalq poeziyası ilə yazılı ədəbiyyatdakı şeir arasındakı baryeri aradan 
qaldırmış, aşıq şeiri üslubunu yeni dövr lirikasının ifadə tərzinə çe-
virmişdir. Molla Pənah Vaqifin simasında xalq-aşıq şeiri üslubu bü-
tövlükdə Azərbaycan realist lirikasının üslubu səviyyəsinə yüksəl-
mişdir. Qoşma janrında yazılmış bir çox şeirlərinin əgər Vaqifin qələ-
mindən çıxdığını bilməsə idik, heç tərəddüd etmədən həmin nümu-
nələri şifahi xalq yaradıcılığına aid edə bilərdik. O, Azərbaycan şeiri-
nin vəznini və janrını dəyişdirmək timsalında sözün əsl mənasında 
inqilabi xarakter daşıyan böyük islahatlar aparmağa nail olmuşdur. 
Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında möhkəm qəlibləri olan 
əruz vəznindən heca vəznində yazılan şeirə qəti keçidə nail olmuşdur. 
Azərbaycan şeirinin heca epoxası Molla Pənah Vaqiflə başlayır. Eyni 
zamanda Vaqif Azərbaycan poeziyasında qəzəl-qəsidə şeirindən qoş-
maya keçidin möhkəm əsaslarını yaratmışdır. 
Xalq həyatının təsviri Vaqifin şeiri üçün əsas idi. Təsadüfi 
deyildir ki, Vaqifi xalq nəğməkarı adlandırırlar. Molla Pənah Vaqif 
sadə, təbii el gözəllərini onların «ənniyi-kirşanı» və mühiti ilə birlikdə 
tərənnüm edir. Şairin gözəllərə və gözəlliyə realist münasibəti vardır. 
Molla Pənah Vaqifin şeir dili canlı, koloritli xalq dili idi. Ərəb-fars 
sözləri və tərkibləri ilə «bəzənmiş» klassik lirikadan fərqli olaraq
Molla Pənah Vaqifin şeirlərində doğma ana dili kəskin surətdə üstün-
lük qazanmışdır. Xalq şairi Səməd Vurğun haqlı olaraq şairin bədii 
dilinin özünəməxsusluğunu «Vaqifin şirin dili» adlandırmışdır. Molla 
Pənah Vaqifin şeir dili – Azərbaycan dilinin sadəliyini, xəlqiliyini, in-
cəliyini, gözəlliyini və zənginliyini dolğun şəkildə əks etdirir. Vaqifin 
şeirlərində Azərbaycan dilinin geniş poetik imkanları canlı şəkildə 
yaşayır. Onun şeir dilində sadə xalq dilinin aparıcı olması ilə müəyyən 
dərəcədə əyan-əşrəf dilinin mükəmməl bir sintezi vardır. Xanlıqlar 
dövründə siyasi hakimiyyətdə xalqın öz nümayəndələrinin də olması 
dildə xəlqiləşmə baxımından əhəmiyyətli addıma çevrilmişdi. Bundan 
başqa, Vaqifin şeir dili həm də xalq-aşıq şeirinin yaşatdığı dil ənənə-
lərini də əks etdirir. Bütün bunların vəhdəti Azərbaycan ədəbiyyatında 



yeni tipli bir şeir dili yaratmışdır. Bu, qəlb şairi Məhəmməd Füzulinin 
dilindən və üslubundan çox fərqli idi. Bu, hətta ən yaxın sələfi Saib 
Təbrizinin «hind səpkisi»nə də bənzəmirdi. Bu, özünəqədərki aşıq 
şeirinin də eynisi deyildi. Molla Pənah Vaqifin şeiri xalq-aşıq 
şeirindəki, klassik Azərbaycan poeziyasındakı ana dili layının yaradıcı 
şəkildə aktivləşdirilməsi ilə və daha sadə xalq dilinin zəngin imkan-
larına əsaslanmaqla formalaşdırmışdır. Dövrün xalqa yaxın olan zadə-
gan dilinin imkanlarını da özünün şeir dilində yerli-yerində işlətməklə 
Molla Pənah Vaqif Azərbaycan şeiri tarixində ana dilli poeziyanın 
kamil örnəklərini yaratmışdı. Klassik lirikanın dili – poeziyanın dili 
üstündə köklənmiş, Vaqifin dili isə xalq danışıq dili əsasında yaran-
mışdır. Bu, geniş mənada ədəbiyyatın dilində islahatlar aparmaq de-
mək idi. Çünki klassik Azərbaycan ədəbiyyatında möhkəm yer tutan 
əruz vəzninin qəlibləri xalqın canlı danışıq dilindən istifadənin geniş-
ləndirilməsinə imkan vermirdi. Molla Pənah Vaqifin islahatları sayə-
sində əruz vəznində yaradılmış qəzəl-qəsidə ədəbiyyatının yerində sa-
də, canlı və aydın dildə, heca vəznində yazılmış qoşmalar aparıcı is-
tiqamətə çevrilmişdir. Yeni tipli bu ədəbiyyatda, ümumiyyətlə, dövran 
və məhəbbət deyil, konkret olaraq zaman, məkan, insan və sevgi öz 
əksini tapmışdır. Molla Pənah Vaqif şeirlərində geniş mənada xalq 
həyatından böyük ilhamla və xalqın özünün danışdığı dildə söz açır. 
Bütün bunlara görə Vaqif Azərbaycan ədəbi dilinin yaradıcısıdır. 
Molla Pənah Vaqif – Azərbaycan yazılı ədəbiyyatında heca 
vəznli şeirin yaradıcısıdır. 
Vaqif – xalq həyatının böyük nəğməkarıdır. 
Vaqif – Azərbaycan mövzusunu şeirin əsas mövzusuna çevir-
mişdir. 
Vaqif – Azərbaycan ədəbi dilinin banisidir. 
Vaqif – erkən yeni dövr Azərbaycan realist ədəbiyyatının əsasını 
qoymuşdur [1]. 
Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə «Nəzm və nəsr» adlı 
məqaləsində Molla Pənah Vaqifi «nadir vücuda gələn», «xəyalatında 
(təsvirlərində – 
İ.H.
) təsir olan», şeirdə yeni yol açan (rəhnüma) şair 
kimi yüksək qiymətləndirmişdir. O, ədəbiyyatda realist şeirin meyda-
na gətirilməsində Molla Pənah Vaqifin «müqəddəm» (irəlidə gedən – 
İ.H.
) şair olduğunu da xüsusi olaraq nəzərə çarpdırmışdır: «…Mən 
əyyami-səyahətimdə səfheyi-Qarabağda Molla Pənah Vaqifin bir para 
xəyalatını gördüm ki, zikr etdiyim sərt (istər-istəməz ziyadə ləzzətə 
(dada, tama) və fərəhdə ziyadə təsirə bais olmaq – 
İ.H.
) bir növ onda 
göründü. Mənim əqidəmə görə türk arasında şairi-münhəsirdir (şairliyə 



aiddir – 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə