Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə3/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   2   3   4   5   6   7   8   9   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

İ.H.
). …Molla Pənah müqəddəm (əvvəl, irəlidə gedən) ərsəyə 
gəlib bu fənndə, rəhnümadır (yol açandır, bələdçidir – 
İ.H.
) [2, s. 205].
Beləliklə, Vaqif ədəbiyyatda yeni yol açdığına, şeirə yenilik gə-
tirdiyinə, insana təsir edə bilən əsərlər yazdığına görə Molla Pənah 
olmuşdur. Şairin təxəllüs kimi qəbul etdiyi Vaqif sözünün lüğəti mə-
nası da «xəbərdar olan», «baş çıxaran» mətləblərini ifadə edir. Böyük 
şair özündən əvvəlki zəngin ədəbi ənənələrdən dərindən xəbərdar 
olmuş, lakin yeni tarixi şəraitdə ədəbiyyatı inkişaf etdirməkdən baş 
çıxara bilmiş, şeirdə təzə yol açmağı bacarmışdır. Şeirin təzə yolu isə 
– gerçəkliyi əks etdirən, xəyalatında həyatın dadı, tamı, reallıqları 
ifadə olunan poetik nümunələr yaratmaqdan ibarət idi. Molla Pənah 
ədəbiyyatın yeni inkişafına yol açan vəzifələrin həyata keçirilməsinə 
nail ola bilmiş, Vaqif mərtəbəsinə yüksəlmişdir. O, Azərbaycan ədə-
biyyatı tarixinə realist şeirin banisi kimi daxil olmuşdur.
Molla Pənah Vaqifin xalq ruhunda yazılmış şeirləri sözün obraz-
lı mənasında həyatın bənzərsiz «tamaşası» təəssüratı yaradır. Görkəm-
li ədəbiyyatşünas Firidun bəy Köçərlinin yazdığı kimi, «Molla Pənah 
milli şair olduğuna binaən hər nə onun qələmindən zühura gəlibsə
…tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir. Onlarda 
öz müasirlərinin ayini-adatı, adabü-əxlaqı və dolanmaları artıq məha-
rət ilə rişteyi-nəzmə çəkilibdir» [3, s. 137]. Doğrudan da, Vaqifin şeir-
lərində yaşadığı dövrün təkcə real mənzərəsi yox, nəbzi, ruhu əks 
etdirilmişdir. Onun tərənnüm etdiyi gözəllər şair xəyalının obrazları 
olmayıb, həyatda mövcud olan «ellər yaraşığı, ölkə gözəli»nin həqiqi 
və təbii obrazlı ifadəsindən ibarətdir. Vaqifin şeirləri təsvir etdiyi 
gözəllər kimi, bədii ifadə vasitələri ilə də yenidir. Şairin 
Yanağı laleyi-
baharı kimi,
Ləbləri yaqutun kənarı kimi,
Bir dənə nasüftə mirvari 
kimi

Zülfü ya bənəfşə, ya səmən kimi 
ilhamla vəsf etdiyi Azərbaycan 
gözəli həm də ağıllı-kamallı, “işarə anlayıb, hal biləndir”: 
Tavus kimi cilvələnə hər səhər, 
Bəzək verə camalına sərbəsər. 
Dindirməmiş verə könüldən xəbər, 
İşarə anlayıb, hal bilən gərək [4, s. 109]
.
 
Molla Pənah Vaqifin şeirlərində tərənnüm edilən «gərdəni mina-
dan», «ağ əlləri əlvan hənadan», şəkər gülüşlü, «sinə meydan, zülf 
pərişan, bel nazik», ənniksiz-kirşansız, «ellər yaraşığı – ölkə gözəli» 
olan Azərbaycan gözəli ədəbiyyatımızda yeni bədii obraz idi. Vaqifin 
Azərbaycan gözəllərinə aid etdiyi «yaşılbaş sona» obrazı ədəbiyyatda 



gözəlliyin ümumiləşmiş bədii ifadəsidir. Vaqif «yaşılbaş sona»nı 
«əcəb seyrəngahı» olan Azərbaycan milli-mənəvi varlığın əsas siması 
kimi tərənnüm etmişdir. Bu, böyük Füzulinin «qönçə ağızlı, sərv boy-
lu, səməni üzlü» gözəlindən fərqli olan, real həyatdan gələn, xalq 
düşüncəsi ilə təsvir edilən gözəlliyin ümumiləşmiş bədii obrazı idi. 
Molla Pənah Vaqifin lirik qəhrəman kimi tərənnüm etdiyi el gözəlləri 
“Kitabi-Dədə Qorqud” dastanlarındakı Burlaxatun, Banuçiçək, Sel-
canxatun kimi sadə və təbii obrazları erkən yeni dövr Azərbaycan 
poeziyasında meydana çıxmış yeni tipli davamçıları idi. 
Vaqifin çox vaxt ümumiləşmiş şəkildə «gəlin», yaxud «şama-
ma» adlandırdığı bu gözəldə Azərbaycan qızlarının bütün özünəməx-
susluqları, gözəlliyi və dərin mənəviyyatı tam yeni bədii vasitələrlə 
canlandırılmışdır: maral baxışlı, saçları «iki dəstə bənövşətək», «yasə-
mən qoxulu», «nazik əllərində ənnabı həna», «sözləri qənd, ağızları 
piyala», «yanağı lalədən ziyadə göyçək». Həm də ən başlıcası «həyası 
üzündə, əqli başında!». Və həm də «Vilayət içində həm adlı-sanlı!»; 
«Bir nazik kamallı, bir nazik işli»! Vaqif bu qənaətdə idi ki, «Lalə 
zənəxdanlı, qönçə dodaqlı» gözəllərdə «adamlıq ədası» olmazsa, onlar 
«könül aşinası» deyildirlərsə, onda şeir rübabı «hayıf ki, yoxdur» ni-
dası ilə narahat həyəcanları ifadə etməlidir. Budur Molla Pənahı Vaqif 
mərtəbəsinə çatdıran, yaxud Vaqifi Molla Pənah edən yeni ədəbiyyat! 
Molla Pənah Vaqifin ədəbiyyata təqdim etdiyi bədii obrazın zahiri 
gözəlliyi kimi mənəvi keyfiyyətləri də Azərbaycan gerçəkliyinin tə-
zahürüdür. Vaqifin şeirlərində konkret coğrafiyası – seyrəngahı Kür 
qırağı, qış günü qışlağı Qıraqbasan olan, milli ailə mühitində çox iş-
lədilən Pəri, Zeynəb, Fatimə və Yetər kimi adları, yalnız mənsub ol-
duğu xalqa məxsus gözəllik anlayışı ilə tərənnüm edilən Azərbaycan 
gözəli XVIII əsrdə milli ədəbiyyata gələn «bir təzə çəmənli, həm 
gülüstanlı» tamam yeni obrazdır. Vaqif Azərbaycan gözəllərinin bədii 
obrazını “yaşılbaş sona” kimi ümumiləşdirmişdir. “Yaşılbaş sona” 
görkəmində tərənnüm edilmiş Azərbaycan gözəlini milli ədəbiyyata 
Molla Pənah Vaqif daxil etmişdir. Məhz Vaqifin şeirlərində Azərbay-
can gerçəkliyi və insanı bütün reallıqları ilə fərqli bədii vasitələrlə 
milli ədəbiyyatın ruhunda ifadə olunmuşdur.
Molla Pənah Vaqif Azərbaycan həyatının gözəlləri və gözəllik-
ləri ilə yanaşı, çətinliklərini, ağır güzəranını təsvir edəndə də milli 
məişətin reallıqlarını ifadə edir. «Bayram oldu» şeiri – Azərbaycan 
şeirinin milli məişəti, mövcud həyat tərzini əks etdirən realist düşün-
cəsinin obrazlı bədii ifadəsidir. «Bayram oldu» şeiri – Molla Pənah 
Vaqifin həyata dərin və hərtərəfli baxışlarını, vətəndaşlıq ruhunu qa-



barıq şəkildə əks etdirir. «Bayram oldu» şeiri – Azərbaycan həyatının 
və azərbaycanlı güzəranının şeir dili ilə ifadə olunan təbii əks-sədasıdır: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə