Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə4/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   2   3   4   5   6   7   8   9   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

 
Bayram oldu, heç bilmirəm neyləyim, 
Bizim evdə dolu çuval da yoxdur. 
Düyi ilə yağ hamı çoxdan tükənmiş,
Ət heç ələ düşməz, motal da yoxdur. 
 
Allaha bizmişik naşükür bəndə, 
Bir söz desəm, dəxi qoymazlar kəndə. 
Xalq batıb noğula, şəkərə, qəndə, 
Bizim evdə axta zoğal da yoxdur [4, s. 174].
Molla Pənah Vaqifin «Hayıf ki, yoxdur» şeiri şairin yaradıcılı-
ğındakı nikbin ruhun təzadlı məqamlarını meydana qoyur. Şeirdəki 
«Kür qırağı» – yer adı Azərbaycan ədəbiyyatında yeni doğulan ölkə 
coğrafiyası anlayışının parlaq nümunəsidir. Həm də «Kür qırağı» 
adlandırıla biləcək bu şeir «əcəb seyrəngahı», «qış günü qışlağı», «gö-
zəl obası», «adamlıq ədası» cümlə-cahana örnək olan Vətən torpağı 
idealının tərənnümünə həsr olunmuş bənzərsiz poetik nümunəsidir. 
Şeirdəki «hayıf ki, yoxdur» ifadəsi dərin mənası və məntiqi ilə «niyə 
də olmasın ki», yaxud «olmalıdır» kimi başa düşülməlidir. Bu, Kür 
qırağının timsalında bütövlükdə Azərbaycan ölkəsi haqqında yazılmış 
dərin mənalı şeirdir. «Kür qırağı» şeirində mövcud halındakı vəziy-
yətdən xeyli dərəcədə təəssüf hissi keçirsə də, bütövlükdə bu şeir Va-
qifin «cümlə cahanın» gözü olan eli-obası ilə, doğma yurdunun «ha-
vasının, torpağının, yerinin» misilsizliyi ilə iftixar duyğusu yaşadığını 
mənalandırır. «Kür qırağı» adlandırılmasına baxmayaraq, bu şeir 
Azərbaycan ədəbiyyatında şairin açıq ünvanla öz ölkəsinə həsr etdiyi 
nadir şeirlərdən biridir. Nizami Gəncəvinin «Bərdənin tərifi» kimi 
klassik ədəbiyyatda konkret ünvanı göstərilən poetik nümunələr çox 
deyildir. Orta əsrlər Azərbaycan ədəbiyyatında Vətən anlayışı «şəbi-
hicran» şeirlərinin ruhunda, mahiyyətində yaşamışdır. Vaqifin «Kür 
qırağı» şeiri Azərbaycan coğrafiyasının bənzərsiz poetik tərcümanı 
olan qiymətli lirika nümunəsidir. «Hayıf ki, yoxdur» mətləbi Vaqifin 
nikbin realizminin ağrılı çalarlarının bədii ifadəsidir. 
Vaqifin şeirlərində “küllü Qarabağın abı-həyatı” da ilhamla tə-
rənnüm olunur. Şairin nəzərlərində Qarabağ ona “nərmənazik bayatı 
kimi” əziz olan, qəlbinin dərinliklərində yaşayan Vətən torpağıdır. 
Şair Qarabağdan bəhs edərkən müasiri Molla Vəli Vidadinin dilindən 
verilmiş “oxunur məclisdə xoş kəlimatı” misrası vasitəsilə Azərbay-


10 
can torpağının bu guşəsinin milli musiqi sənətinin beşiyi olmasına dair 
gerçəkliyi nəzərə çarpdırmışdır. Gözəllik aşiqi olan Molla Pənah 
Vaqif, eyni zamanda həm də böyük vətənpərvərdir. Onun şeirlərində 
Vətən torpağının təkrarsız obrazı yaradılmışdır. Vətən torpağının tə-
rənnümündə və gözəlliyin vəsf edilməsində Molla Pənah Vaqif mahir 
bir rəssam kimi çıxış edir. O, bədii sözün geniş imkanlarından yara-
dıcılıqla istifadə edərək Azərbaycan təbiətinin və el gözəlliyinin çox 
cazibədar portretini çəkmişdir.
XVIII əsr Azərbaycan ədəbiyyatında öz izi olan «Vidadi ilə 
müşairə» şeirləşməsi həcm etibarilə və mahiyyətinə görə dastan təsiri 
bağışlayır. Bu deyişmə tam mənası ilə «Vaqif və Vidadi dastanı» 
adlandırıla bilər. Əsərdə süjet əlamətlərinin olması, hərbə-zorba gəl-
mək meyillərinin ifadəsi, mübaliğələr «Vidadi ilə müşairə»nin dastan-
laşmasını şərtləndirir. Bu, Azərbaycan yazılı şeirində deyişmə janrın-
da yazılmış ilk bədii nümunə kimi də mühüm əhəmiyyət kəsb edir. 
«Deyişmə» şeirləşməsi Molla Pənah Vaqifin mühitinə və müasirləri 
ilə münasibətlərinə də işıq salır. Vaqifin əsəri kimi təqdim olunan bu 
əsər şairin böyük müasiri və məslək dostu Molla Vəli Vidadini Azər-
baycan cəmiyyəti miqyasına çıxarmağa da xidmət edir. 
Molla Pənah Vaqifin məşhur «Durnalar» qoşması Azərbaycan 
ədəbiyyatında bu mövzuda yazılmış ilk və ən yaxşı şeirdir. Vaqifin 
«Durnalar»ı Azərbaycan şeirinin durna qatarının önündədir. Sonralar 
yazılmış “Durnalar” şeirlərində Vaqifin “Durnalar”ının müsbət məna-
da təsiri görünməkdədir.
Göründüyü kimi, Molla Pənah Vaqif Azərbaycan şeirinin mən-
zərəsini mövzu və poetik forma baxımından dəyişmişdir. Ona qədər 
şifahi xalq ədəbiyyatının janrları kimi qəbul edilən qoşma Vaqifin 
yaradıcılığı ilə Azərbaycan yazılı şeirinin əsas poetik forması kimi 
qəbul olunmuşdur. Molla Pənah Vaqif Azərbaycan şeirinin yolunu 
qəzəl-qəsidə ənənəsindən qoşma-gəraylı istiqamətinə çevirmişdir. Va-
qif həm də qoşma janrında Azərbaycan şeirinin qızıl fondunu təşkil 
edən nadir poetik örnəklərin müəllifidir. Bu gün də Vaqifin qoşmaları 
həmin janrda yazılmış ən mükəmməl şeir nümunələri hesab edilir. 
Fikrimizcə, təkcə ömrünün son anlarında yazıldığı üçün yox, 
özünün mühüm ideya-bədii xüsusiyyətləri və dərin ictimai məzmunu 
etibarilə «Görmədim» müxəmməsi Molla Pənah Vaqifin yaradıcı-
lığının zirvəsidir. «Görmədim» müxəmməsi «Bayram oldu» şeiri ilə 
başlanan, «Hayıf ki, yoxdur»la inkişaf etdirilən Vaqif realizminin kul-
minasiya nöqtəsidir. Vaqifin «Görmədim» müxəmməsi XVIII əsr 
Azərbaycan şeirinin dövrə, zamana haray səsi, sərt ittihamnaməsidir. 


11 
Bu, zamanı silkələyə bilən nadir şeir nümunəsidir:

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə