Azərbaycan miLLİ elmlər akademiyasi


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə15/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   11   12   13   14   15   16   17   18   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
Aslan SALMANOV 
Filologiya üzrə fəlsəfə doktoru
Nizami adına Ədəbiyyat İnstitutu 
aslan_salmansoy@mail.ru
 
“VAQİF” DRAMININ TARİXÇƏSİ 
 (tekstoloji gəzişmələr)
 
 
Açar sözlər:
S.Vurğun,
 
M.Vəkilov, “Vaqif” dramı, “Komsomol poeması”, 
“Azad ilham”, “Böhtan”, bioqrafik elementlər 
Key words
: S.Vurgun, M.Vakilov, “Vagif” drama, “Komsomol Poem”, 
“Slander”, “Free Inspiration”, biographical elements 
Ключевые слова:
С.Вургун, М.Векилов, драма «Вагиф», «Комсомоль-
ская поэма», «Свободное вдохновение», «Клевета», биографические элементы
Səməd Vurğunun yaradıcılığında bioqrafiyasının ağrılı məqam-
larını əks etdirən əsərləri çoxdur. Onlardan biri də “Vaqif”dir. Əsər 
1937-ci ilin axırlarında “heyrətamiz bir sürətlə, 3-4 həftə ərzində” 
yazılmış [1, s. 122], 1938-ci il oktyabrın 5-də tamaşaya qoyulmuşdur. 
Tamaşaya, yazılan kimi deyil, nisbətən gec (təxminən, bir il) qoyul-
masının səbəbi S.Vurğunun əsəri yazıb qurtardıqdan sonra “bir müd-
dət gizli saxlaması, əsərlərinin taleyindən qorxması” olmuşdur [2, 
s.136]. 
“Vaqif” S.Vurğunun ilk dram əsəridir. Həmin ilə qədər bu janr-
da əsər yazmayan və dram yazmağın incəliklərini dərindən bilməyən 
şairin tarixi mövzuya, məhz Vaqifin həyat və fəaliyyətinə müraciət 
etməsi və əsəri bir neçə həftə ərzində ərsəyə gətirməsi maraqlı faktdır. 
Vurğunşünaslar bunun bir neçə səbəbini göstərirlər. 
Şairin dram janrına müraciətinin səbəbi “Vaqif”ə qədər yazdığı 
poemaların, xüsusilə “Komsomol poeması”nın dramaturji yaradıcılıq 
üçün bir zəmin olması ilə əlaqələndirilir. B.Vahabzadə yazır: “Şair 
dramaturgiyaya birdən-birə gəlməmişdi. Onun “Vaqif” pyesinə qədər 
yazdığı bir sıra poemaları, xüsusilə “Komsomol poeması” dramaturji 


43 
yaradıcılıq üçün bir zəmin idi... “Vaqif” pyesi öz köklərini “Komso-
mol poeması”ndan götürmüşdür. Bu fikri bir sıra müəlliflər də təsdiq 
etməkdədir” [3, s. 253]. 
B.Vahabzadə haqlıdır, şairin bəzi poemalarının, xüsusilə də 
“Komsomol poeması”nın “Vaqif”in yazılmasına dramaturji baxımdan 
binagüzarlıq etdiyini, doğrudan da, bir çox müəlliflər təsdiq edir. Mə-
sələn, M.Hüseyn də “Komsomol poeması”nda “bitkin dram əsərlərinə 
xas olan qüvvətli bir konfliktin yer aldığını, Cəlalın və Humayın ta-
leyinin başdan-başa dramatizmlə dolu” [4, s. 11] olduğunu diqqətə 
çatdırır.
S.Vurğunun yazdığı hər bir şeirin mayasında “dramatizm və 
tragizm ruhu”nun səsləndiyini, “Dəli şair” poemasında “dramatik səh-
nələr”in yer aldığını vurğulayan M.Vəkilov da eyni qənaəti bölüşür: 
“Doğrudan da, “Komsomol poeması”nın hər fəsli bir dramatik 
səhnədir. Bu səhnələrdə xarakterlər, ehtiraslar, hiss və duyğular, arzu 
və əməllər, qəzəb və mərhəmət, ölüm və həyat, xeyir və şər, məhəbbət 
və hicran arasındakı təzadların və konfliktlərin dramatik mübarizəsi 
təsvir edilir” [2, s. 130]. 
B.Vahabzadə şairin dram janrına müraciət etməsinin səbəbini 
ümumi bir qanunauyğunluqla da əlaqələndirir. Müəllif yazır: “Dünya 
ədəbiyyatında bir çox şairlərin yaşa dolduqdan sonra nəsr və drama-
turgiyaya keçdikləri bizə məlumdur. Ömrün cavanlıq dövründə daha 
çox hiss və həyəcanlarını ifadə etməyə səy göstərən şairlər, yaşlan-
dıqca həyatın özünü, onun eniş və yoxuşlarını şəxsən özlərinin deyil, 
başqalarının da duyğu və düşüncələrini, onların əməl və mübarizəsini 
göstərməyə çalışırlar” [3, s. 254]. 
Doğrudur, dünya ədəbiyyatında belə faktlar az deyil. Amma 
S.Vurğun dramaturgiyaya heç də B.Vahabzadənin işarə etdiyi kimi, 
“yaşa dolduqdan sonra” gəlməmiş, “Vaqif” dramını 1937-ci ildə – 31 
yaşında, yəni “cavanlıq dövründə” qələmə almışdır. Amma şairi vax-
tından tez qocaldan səbəblər olmuşdur. S.Vurğuna qarşı təşkil edilən 
hücumlar, təqib və təzyiqlər, doğrudan da, onu vaxtsız qocaltmışdı. 
“Vaqif” çox ağır bir şəraitdə--həm şairin özünə qarşı hücumların 
davam etdiyi, həm də qələm yoldaşlarının qətlə yetirildiyi bir dövrdə 
yazılmışdı: “Qələm yoldaşlarının taleyi onu narahat edirdi...Səməd 
Vurğun ziddiyyətli düşüncələr içində hər gün, hər gecə qocalırdı” [2, 
s.135]. Şair özü də həmin illərdə qələmə aldığı əsərlərdə atılan böh-
tanların onun “saçlarını ağardıb, ömrünü gödəltdiyini” dilə gətirir. 
Mehdixan Vəkilov xatirələrində “Vaqif” dramının 1937-ci ildə 
Azərbaycanın ən yaxşı oğullarının bada getdiyi bir vaxtda yazıldığını, 


44 
şairin öz faciələrini qələmə aldığını, “Vaqif”də yalnız XVIII əsrə 
məxsus olan Qacarın deyil, həm də Səməd Vurğunun yaşadığı gün-
lərdə vətənimizin ən yaxşı oğullarını təqib edən cəlladların qara 
heykəlinin də göstərildiyini, əsəri yazarkən şairin bu əsərin üstündə 
əsim-əsim əsdiyini, onu ən yaxşı əsəri hesab etdiyini diqqətə çatdırır. 
Müəllif yazır: “Məhz belə bir zamanda, od kimi yandıran iztirablar, 
daxili ürək çırpıntıları və tərəddüdlər içində o, “Vaqif”i yazdı. Səməd 
Vurğun öz taleyinə əvvəlcədən acıyaraq, Vidadinin dili ilə deyirdi: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə