Azərbaycan miLLİ elmlər akademiyasi


Türk dilində ilk təzkirə nümunəsi Şeyx Əhməd ibn Xudayət



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə11/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   7   8   9   10   11   12   13   14   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Türk dilində ilk təzkirə nümunəsi Şeyx Əhməd ibn Xudayət 
Tərazinin “Fünun ül-bəlağə” əsəridir:
 
Araşdırmalarımızın nəticəsi ola-
raq, bir məsələni də qeyd etməyimiz yerinə düşər. “XV əsrdə isə təzki-
rəçilik inkişafında əlahiddə irəliləyiş baş verdi. Bu dövrdə Şeyx Əhməd 
bin Xudayət Tərazi “Fünun ül-bəlağə” (“Nəzəri elmlər” və ya “Bədiiliyin 
elmləri”, 1436-1437-ci illər) adlı türk dilində ilk təzkirəsini yazdı [22, 
s.19-26].
“Mirzə Uluğbəy dövründə ictimai elmlərin inkişafında böyük 
irəliləyişlər olmuşdur. Bu dövrdə türk dilinin ədəbiyyat və elmi dil 
kimi mövqeyi getdikcə artırdı. Ədəbiyyatşünaslığa aid 1436-1437-ci 
illərdə türk dilində yazdığı qiymətli əsər – “Fünun ül-bəlağə” (“Yetuk-
lik ilmlari”, yəni “Bədiiliyin elmləri”) Şeyx Əhməd ibn Xudayət 


35 
Tərazi öz kitabını Mirzə Uluğbəyə bağışlayıb, müqəddiməsində belə 
yazmışdı: “O səltənət dəryasının gövhəri və ma'dilat konining cövhəri, 
səxavət boronining abri və şücaət beshasining bəbri, fərasət sipehri-
ning mohi, kayosat məmləkətinin şahı, şahənşahi əzəm, şəhriyarı 
aləm, sohibus sayf va-l qalam, farmondehi turku arabu ajam, 
mag‘isiddin va-d Dövran Əmir Uluğbəy Kuragan” [23]. Türk şeir-
şünaslığı sahəsində Şeyx Əhməd Tərazinin “Fünun ül-bəlağə” [24] 
təzkirəsi mühüm əhəmiyyətə malikdir və az əvvəl qeyd etdiyimiz 
kimi, cığatay türkcəsində ilk nəzəri mənbədir. Bu əsər klassik şeirşü-
naslıq, ümumən ədəbiyyatşünaslığın öyrənilməsində ilk və əsas mənbə 
kimi dəyərləndirilib. Şeyx Əhməd ibn Xudayət Tərazi “Fünun ül-
bəlağə” (“Nəzəri elmlər” və ya “Bədiiliyin elmləri”) əsərində girişdən 
əlavə janrların təsnifi 5 bölmə daxilində qruplaşdırılmışdır: İlk böl-
mədə – şeirin qəzəl, qəsidə, qitə, rübai, məsnəvi, müsəmma, müstəzad 
və başqa növlərinə dair geniş elmi izah verilmişdir. II bölmədə – qa-
fiyə və rədif məsələləri öyrənilir. III bölmədə – bədii təsvirin təşbeh, 
eyham, istiarə, məsəl, təzmin və s. nümunəsində şairlərin 97 növ türk 
və farsdilli əsərlərindən misallar əsasında şərh edilmişdir. IV bölmədə 
əruz vəzninin təhlilindən, əruzun 120-dən artıq növü barədə məlu-
mat verib. V bölmədə – Şərq şeiriyyətinin müəmma janrından bəhs 
edib. 
Şeyx Əhməd Tərazi öz dövrünün tanınmış şairi idi. Əslində 
haqqında bəhs etdiyimiz əsəri təzkirədən çox elmi nəzəri mənbə kimi 
dəyərləndirmək daha doğrudur. Sadəcə, şeir növlərindən bəhs edərkən 
şairlər və onların əsərlərindən də nümunələr göstərildiyindən həm də 
təzkirə kimi xarakterizə edilir [25]. 
Lakin Ə.Nəvai təzkirəsi janr mükəmməlliyi ilə çox fərqlən-
diyindən indiyəcən türk dilində yazılmış ilk təzkirə nümunəsi kimi 
qeyd edilmişdir 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə