Azərbaycan miLLİ elmlər akademiyasi


Buxaralı Məhəmməd Ovfinin “Lübab ül-əlbab” təzkirəsi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə10/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   6   7   8   9   10   11   12   13   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Buxaralı Məhəmməd Ovfinin “Lübab ül-əlbab” təzkirəsi: 
Akademik Həmid Araslı yazır: “Nizami və onun əsərlərindən Yaxın Şərq 
tarixində ilk dəfə Buxaralı Ovfi bəhs etmişdir. Qaraxanilər sarayında 
yaşayan və sonralar Yaxın Şərqin mühüm şəhərlərini gəzmiş olan 
buxaralı Sədrəddin Məhəmməd ibn Məhəmməd təxminən Nizaminin 
ölümündən 10 il sonra 1222-ci ildə yazdığı “Lübab ül-əlbab” əsərində 
Nizaminin böyüklüyündən və onun əsərlərinin çox yüksək dəyərindən 
söz açaraq orijinal fikirlər söyləmişdir” [20, s. 643-644] və ya digər bir 
elmi-informatik fakta nəzər yetirək: “Yaxın və Orta Şərq ədəbiyyatında 
ilk təzkirə müəllifi kimi Məhəmməd Ovfi öyrənilmişdir. Onun “Lübab 
ül-əlbab” (“Ağılların seçilmişi”) əsəri XI-XIII yüzilliklərdə yaşayan çox-
lu şair və sənətkarlardan bəhs açan ilk dəyərli təzkirə nümunəsidir” [21, 
s. 11]. Azərbaycan ədəbiyyatı tarixi kitabının 11-ci səhifəsindəki bu mən-
bənin izi ilə Məhəmməd Ovfinin həyat və yaradıcılığına qısaca da olsa 
nəzər salmaq istədik: hər halda 844 il bundan əvvəl dünyaya gəlmiş, 
elmi-ədəbi-fəlsəfi görüşləri ilə günümüzdə də isnad mənbəyi olması 
tədqiqatçı marağını çəkir. 
İslam dünyasında XII əsrin sonlarına qədər ərəbcə qələmə alınan 
təzkirə ənənəsi ilə sonrakı yüzilliklərdə farsca nümunələr yazılıb, yayıl-
mağa başladı. Beləliklə, farsca yazılan ilk təzkirə nümunəsi Buxaralı Mə-
həmməd Ovfinin “Lübab ül-əlbab” əsəri hesab edilir. Onun istifadə etdiyi 
tərtib üsulu özündən əvvəl ərəbcə yazılmış bioqrafiyalar kimidir. Ərəb 
təzkirə ənənəsinin təsiri ilə yazılmış bu əsər müqəddimə və 12 bölmədən 
ibarətdir. Əsərin ilk yeddi bölməsində haqqında yazılan şair barədə müəl-
lif baxışları, şeir yazan dövlət (saray xadimləri) adamları, elm-sənət sa-
hiblərinin tərcümeyi-halları təqdim olunur. 8, 9 və 10-cu bölmələrdə 
Tahirilər, Samanilər, Qəznəvilər və Səlçuqlular dönəmi şairlərinin bioq-
rafiyası, 11-12-ci bölmələrdə isə təzkirə müəllifinin tanıdığı şairlər haq-
qında yazılmışdır [2, s. 3-4]. 
Məhəmməd Ovfi ən məşhur əsərini – “Lübab ül-əlbab” (müxtəlif 
mənbələrdə bu ad “İdrak xülasələri”, “Qəlblər qəlbi”, “Məgizlərin 
məgzi”, “Ağılların seçilmişi” kimi tərcümə olunub) adlı təzkirəsini Pən-
cabın Uç vilayətində yaşadığı illərdə yazmışdı. Qucaratda yaşadığı za-
man isə ərəbşünas alim, Qazi Muhsin Tanuhinin “Əl-fərəc bad aş-şiddət” 
(“Fəlakətdən sonrakı şadlıq”, 984-cü ildə yazılıb) adlı əsərini ərəb 
dilindən fars dilinə tərcümə edib. Daha sonra, bu gün də aktual olan 
“Javomi ul-hikoyat va lavomi ar-rivoyat” (“Hekayətlər məcmuəsi və 


34 
rəvayətlər işığı”) əsərini yazdı. Məhəmməd Ovfi 1222-23-cü illərdə 
yazdığı “Lübab ül-əlbab” təzkirəsində Özbəkistan, Xorasan, İraq, Azər-
baycan, Qəznə və Qərbi Hindistanda X-XII əsrlərdə yaşayıb-yaradan 299 
şair və ədib haqqında ümumi məlumat verir. Əsər Uç vilayətinin hakimi 
Raziyuddin Əbubəkrin tapşırığı ilə yazılmışdır. Bu əsər fars şeiriyyəti 
haqqında bizə gəlib çatan təzkirələrin ən qədim nüsxəsidir, hazırki günə-
cən ilk mənbə olaraq öz əhəmiyyətini saxlayır. Əsərdə adları keçən 
müəlliflərin əsərləri moğol talanları dövründə məhv edildiyindən, “Lübab 
ül-əlbab” onlar haqqında məlumat verən yeganə mənbədir.
“Lübab ül-əlbab” təzkirəsinin fars mətni 1903 və 1907-ci illərdə 
E.Braun və Mirzə Məhəmməd Qəzvin tərəfindən nəşr edilmişdir. 
Məhəmməd Ovfi ikinci məşhur əsərini – “Hekayətlər məcmuəsi”ni 
(“Javomi ul-hikoyat”ini) 1227-1228-ci illərdə yazmışdı (bəzi mənbələrdə 
isə 1227-1236-cı illər arasında göstərilir, amma M.Ovfinin ölüm tarixi bir 
çox mənbələrdə 1233-cü il göstərildiyindən, 1227-1228-ci illər daha eti-
barlı tarixdir). Əsər dörd fəsildən, hər bir fəsil isə 25 bölmədən ibarətdir. 
Əsas məzmunu – Hindistan, İran, Orta Asiya və Özbəkistanın ictimai-
siyasi və mədəni həyatına aid 2113 tarixi lətifədən ibarətdir. Orta Asiya-
nın qədim türk xalqları və Buxara sədrləri haqqında mühüm məlumatlar 
yazılan dördüncü fəsil təbii ki, bizim üçün daha əhəmiyyətlidir [2]. 
Türk ədəbiyyatı tarixçisi, tənqidçi, şair və ədəbiyyat müəllimi, elm, 
fikir, sənət adamı olan, “Ədəbi bilgilər” (1940), “Mətnlərlə ədəbi bil-
gilər” (3 cilddə, 1955-1960) və onlarla elmi əsərlərin müəllifi Nihad Sami 
Banarlı (1907-1974) Dövlətşah təzkirəsi haqqında yazarkən bildirmişdir. 
“Ovfinin təzkirəsi bir talesizlik üzündən ancaq 1594-cü ildən sonrakı 
illərdə ortaya çıxdığı üçün XV əsrdən bəri İran və türk təzkirələrinin əsas 
nümunəsi kimi Dövlətşah təzkirəsi olmuşdur” [12, s. 364-365].

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə