341
mişdir. Vaqif şeirlərində həyata bağlılıq, həyat nemətlərindən istifadə
və mühitdən aldığı nəşəni tərənnüm etmişdir. Vaqif yaradıcılığını
araşdıran, öyrənən bir çox tədqiqatçılar şairin nikbinliyini ən gözəl şə-
kildə əks etdirən şeir olaraq Vidadiyə yazdığı [2, s. 287]:
Say qənimət diriliyin dəmini,
Keçən həmdəmlərin çəkmə qəmini.
Əqlin olsun, sil gözünün nəmini,
Dəxi geri gəlməz onlar, ağlarsan.
Və ya:
Toy bayramdır bu dünyanın əzabı,
Əqli olan ona gətirər tabı,
Sənin tək oğlana deyil hesabı,
Hər şeydən eyləyib qübar ağlarsan [2, s. 217-218].
Vaqifin Şuşada müəllim işlədiyi vaxt yazdığı bir şeirində də
gələcəyə böyük ümid bəslədiyi duyulur:
Ümidim vardır ki, bu qara gün getməyə başa,
Dönər bir özgə rəngilə, bu axır çərxi-xəzradır.
Məkan tutdu isə Vaqif yox əcəb bu şişə dağında ,
Məqamı ləli-gülrəngin miyani-səngi-xaradır [6, s.151].
Ümumiyyətlə, şairin bütün şeirlərinə şad və nikbin əhvali-ruhiy-
yə hakimdir. Eyni nikbin düşüncələrlə Nədimin şeirlərində də qarşı-
laşırıq:
“Gülelim, oynayalım, kam alalım dünyadan”, –
deyən şair bir
qəzəlində yaşamaq, əylənmək duyğularını belə ifadə etmişdir:
Bezmi-şaraptan geçemem döğrusu Nedim,
İşret tabiatımca tarab meşrebimcedir [5, s. 260].
Məclisdəki içki və əyləncə şairin ürəyincədir. Bircə fələyin onun
bu xoşbəxt bəxt ulduzuna gözünün dəyməsindən qorxur.
Və ya:
Bu gün pek ser-firaz u şadman gördüm Nedimayı,
Meğer kim meclisi-mahdumı-bihemtaya girmiştir [5, s. 269].
Şairin şad olmasının səbəbi tay-tuşları ilə bir məclisə yığışmalarıdır.
342
Nədimin də, Vaqifin də şeirlərində bəzən bədbinlik, ruh düşkün-
lüyü, kədər hiss edilir:
Efsus Nedim zar u mihnet –dide,
Düşmüş vatanından gurbeti-cavide.
Sad hayf o güne taze –mazmunı-hüner,
Bir beyte henüz olamamış küncide [5, s. 370].
Nədim hələ də evinin olmamasından şikayət edir,
bundan duy-
duğu üzüntünü yazdığı misralarda əks etdirir Ancaq bu duyğu nə
Nədim, nə də Vaqifin yaradıcılığının əsas səciyyəvi xüsusiyyəti deyil-
dir. Əslində Vaqifdə rast gəldiyimiz bədbinlik izlərini daşıyan şeirlər
ictimai vəziyyətin əksi kimi dəyərləndirilməlidir. Hər iki şair nə qədər
dünyadan
zövq almaq, sevmək, sevilmək istəsələr də, onların
əsərlə-
rində ictimai məzmunlu misralara da rast gəlmək mümkündür.
Ümumiyyətlə, XVIII əsr lirikası üçün də ümumi-mücərrəd
şikayət və tənqid üslubu daha səciyyəvidir [7, s. 93].
Vaqifin ilk ic-
timai xarakterli əsəri “Bayram oldu” qoşmasıdır. Tərtərbasarda “mək-
təbdarlıq” edən şair bayram vaxtı sadə xalqın sıxıntısını bu üç bəndlik
qoşması ilə dilə gətirmişdir:
Dostları ilə paylaş: