Azərbaycan miLLİ elmlər akademiyasi


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə132/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   128   129   130   131   132   133   134   135   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
ƏDƏBİ-ELMİ MÜHİTİN XRONOLOGİYASI 
2016-cı il 
 
7 dekabr 
– M.F.Axundov adına Milli Kitabxananın nəşr etdiyi 
yüzdən çox biblioqrafiyanın Ədəbiyyat İnstitutuna hədiyyə edilməsi 
mərasimi keçirilmişdir. Mərasimdə akademik İsa Həbibbəyli, Milli 
Kitabxananın direktoru Kərim Tahirov, f.ü.e.d., prof. Şirindil Alışanlı 
və başqaları çıxış etmiş, bu iki müəssisənin arasındakı əməkdaşlığın 
davamlı olmasını vacib saymışlar. 
15 dekabr 
– Akademik Çingiz Qacarın “Naxçıvan – dünyanın 
ən qədim şəhərlərindən biri” kitabının təqdimat mərasimi keçirilmiş-
dir. Mərasimi giriş sözü ilə akademik İsa Həbibbəyli açmış, Naxçıvan 
Muxtar Respublikasının Bakı Şəhərində Daimi Nümayəndəliyinin rəh-
bəri Bəxtiyar Əsgərov, Memarlıq və İncəsənət İnstitutunun direktoru, 
AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Fizika İnstitutunun 
direktor müavini, akademik Cavad Abdinov, Memarlıq və İncəsənət 
İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq ü.f.d. Gülrəna Mirzə və 
akademik Çingiz Qacar tədbirdə çıxış etmişlər. 
27 dekabr 
– M.F.Axundov adına Milli Kitabxanada “Müstə-
qillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyinin təqdimatı keçiril-
mişdir. Təqdimatdan sonra Nizami adına Ədəbiyyat İnstitutu ilə Milli 
Kitabxana arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmış-
dır. 
K.Tahirov akademik İ.Həbibbəylinin rəhbərliyi ilə iki cilddə 
hazırlanmış kitabın əhəmiyyətindən danışıb, müqavilənin hər iki qu-
rum arasında gələcəkdə Azərbaycan elminin, ədəbiyyatının inkişafına 
mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. 
Akademik İ.Həbibbəyli müstəqillik dövrü ədəbiyyatının təşək-
külü, formalaşması, müasir inkişaf tendensiyaları haqqında danışıb. 
Qeyd edib ki, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı 
Ədəbiyyat İnstitutunun ədəbi-mədəni ictimaiyyətə yubiley hədiyyə-
sidir. Bu ikicildlik AMEA-da son illərdə başlanılan və ardıcıl davam 
etdirilən islahatların nəticəsidir. 


364 
Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev müstə-
qillik dövrü ədəbiyyatının müxtəlif problemlərindən, müstəqilliyi-
mizin 25 ilində ədəbiyyat sahəsində əldə olunan uğurlardan danışıb. 
V.Əliyev gələcək nəsillərin müstəqillik dövrü Azərbaycan ədəbiyyatını 
öyrənmələrinə bu nəşrin mühüm töhfə olacağını bildirib. 
İ.Həbibbəyli Ədəbiyyatşünaslıq elminin tarixində bir neçə dəfə 
fundamental tədqiqatların ərsəyə gəldiyini diqqətə çatdırıb, müstə-
qilliyimizin ilk illərindən başlayaraq akademiyada bu sahədə aparılan 
elmi işlər haqqında məlumat verib. Hazırda AMEA-nın müxtəlif 
institutlarında fundamental elmi tədqiqatların inkişaf etdirilməsi 
istiqamətində mühüm addımların atıldığını qeyd edib. 
Filologiya elmləri doktoru, professor Tehran Əlişanoğlu “Müstə-
qillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi barədə məlumat verib. 
"Kitab müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyini, zəngin-
liyini və təkrarsızlığını ortaya çıxarır", – deyən T.Əlişanoğlu akade-
mik İ.Həbibbəylinin rəhbərliyi ilə iki cilddə, iri həcmdə (1890 səhifə) 
hazırlanmış kitabın monoqrafik səciyyə daşıdığını vurğulayıb. 
Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycanda Atatürk Mər-
kəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və digər 
çıxış edənlər də müstəqillik dövrünün bədii ədəbiyyat və ədəbiyyat-
şünaslıq qarşısında açdığı geniş imkanlardan və yeni nəşrin əhəmiy-
yətindən danışıblar. 
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatına həsr edilən sərgi 
iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə