Azərbaycan miLLİ elmlər akademiyasi


MƏTBUATŞÜNASLIQ TARİXİMİZDƏN



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə129/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   125   126   127   128   129   130   131   132   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

 
MƏTBUATŞÜNASLIQ TARİXİMİZDƏN 
(Əziz Şərifin tədqiqatları əsasında)
 
 
Açar sözlər:
sovet dövrü, tənqid, tədqiqatçı, ideoloji münasibət, ədəbi 
proses, ədəbi tənqid, ittiham, siyasi mühit, ictimai problem 
Key words:
soviet period, criticism, researcher, idelogical attitude, literary 
process, literary criticism, political environment, social problem 
Ключевые слова:
советский период, критика, исследователь, идеологи-
ческое отношение, литературный процесс, литературная критика, обвинение, 
политическая среда, социальная проблема
 
Sovet dövründə uzun illər Azərbaycan mətbuatının tarixi tədqiqi 
ilə məşğul olan Ə.Şərif, Ə.Mirəhmədov, K.Talıbzadə, Q.Məmmədli, 
A.Zeynalzadə, İ.Ağayev, N.Axundov, S.Rüstəmova, X.Məmmədov və 
N.Zeynalovun da mətbuatşünaslıq elmimizin inkişafında mühüm rolu 
olub. Onların bəzilərinin əsərlərinin böyük bir qismi sovet ideolo-
giyasına uyğun yazılıb. Lakin bu o demək deyil ki, onları çıxdaş edək. 
Əksinə, onların hər birinə yeni baxışdan yanaşılmalı, diqqətlə araş-
dırılmalı, səhvlər təkrarlanmadan, siyasi-ideoloji yanlışlıqları aradan 
qaldırmaqla, obyektivliyə maksimum riayət edilməklə yenidən tədqi-
qata cəlb olunmalıdır. 
Sovet dövrü tədqiqatçılarımızdan biri də filologiya elmləri dok-
toru, professor, Əməkdar elm xadimi, keçmiş SSRİ EA-nın Şərqşü-
naslıq İnstitutunda çalışan və Lomonosov adına Moskva Dövlət 
Universitetində “SSRİ xalqları ədəbiyyatı” kafedrasının müdiri olan 
tədqiqatçı alim Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifov) olub.


354 
İlk təhsilini atasından alan Ə.Şərif (dövrünün görkəmli peda-
qoqu olan Məmməd Tağı Səfərovdan) sonra Naxçıvanda Məmmədtağı 
Sidqinin “Tərbiyə” məktəbində oxuyub. 1904-1915-ci illər ərzində 
Tiflis və İrəvanda xüsusi pansion və gimnaziyalarda mükəmməl təh-
silə yiyələnən Ə.Şərif 1943-cü ildə Moskvada M.Qorki adına Ədə-
biyyat İnstitutunu bitirib. 
Sovet hakimiyyəti illərində uzun müddət mətbuat və nəşriyyat 
sahəsində çalışan Ə.Şərif mətbuat aləminə 1906-cı ildə ilk dəfə “Mol-
la Nəsrəddin” jurnalının səhifələrindən gəlib. “Naxçıvandan məktub-
lar” sərlövhəli məqaləsi çap ediləndə Əziz Şərifin 11 yaşı olub. İllər 
sonra o günləri belə xatırlayan Ə.Şərif yazırdı: “...jurnalın redaktoru 
Məmmədquluzadə atamla dostluq edir, məni də yaxşı tanıyırdı. Buna 
görə də mənim Naxçıvandan 11 yaşlı uşaq qələmi ilə yazılmış sətir-
lərimin ora-burasını düzəldib, özündən artırıb, əskildib, məni həvəs-
ləndirmək üçün öz jurnalında çap etmişdi. Altından da mənim adımı, 
familimi və naxçıvanlı olduğumu göstərmişdi” [1, s. 57].
Xoşbəxtlikdən Mirzə Cəlilin əl gəzdirdiyi yazının taleyi uğurlu 
olur və 1910-cu ildən dövri mətbuatda, xüsusən də Tiflisdə çap edilən 
rusdilli mətbuatda tez-tez Əziz Şərifin imzası görünməyə başlayır. 
“Zakafkazskoye obozreniye”, “Zakafkazye”, “Raboçiy zritel”, “Na 
rubeje Vostoka”, “Zarya Vostoka” kimi məşhur qəzet və jurnallarla 
sıx əməkdaşlıq edən Ə.Şərif 1918-1920-ci illərdə Tiflisdə çap edilən 
“Gələcək” və “Probujdeniye” qəzetlərinə, 1924-cü ildə isə “İşıqlı yol” 
qəzetinə redaktorluq edib. 
Deməli, ədəbi mühitdə tənqidçi, tərcüməçi, ədəbiyyatşünas və 
mətnşünas alim kimi tanınan Ə.Şərif həm də görkəmli mətbuat xadimi 
idi. Dövri mətbuatda ədəbi-tənqidi məqalələri, publisistik yazıları ilə 
mütəmadi çıxış edən müəllif sonralar mətbuatın tədqiqi ilə də məşğul 
olub. Tədqiqat əsərlərinin də əksəriyyəti mətbuat aləmində məşhur 
olan jurnalist, publisist və naşirlər haqqındadır. M.Cəlil, M.Ə.Sabir, 
İ.Həqqi, Ə.Haqverdiyev, Ə.Qəmküsar və başqalarının mətbu fəaliyyə-
tindən bəhs edən çoxsaylı maraqlı və dəyərli məqalələr, əsərlər yazıb.
Mollanəsrəddinçilərlə yaxından təmasda olmaq onu mətbuat 
aləminə daha sıx bağlayıb. Bu yaxınlıq sonradan onun “elmi axtarışlar 
aparmaq arzusunu daha da sürətləndirir və gələcəkdə elmi fəaliyyə-
tində görkəmli alim kimi yetişməsində mühüm rol oynayır” [2, s. 18].
Tədqiqatçı alim Azərbaycan mətbuatının 20-ci yüzilliyin əvvəl-
lərindəki ümumi inkişafını və bu inkişafa təkan verən mühüm amilləri 
ardıcıllıqla əsərlərində şərh edib. Ə.Şərifin özü də bu hadisələrin 
birbaşa iştirakçısı olduğu üçün əsərlərində dövrün salnaməsini yara-


355 
daraq, mətbuatın dövri hadisələrə və hadisələrin mətbuata təsirini əks 
etdirən tədqiqat əsərləri ərsəyə gətirə bilib.
Bu haqda görkəmli alim M.Cəfər yazırdı: “Əziz gimnaziyada 
elmin əsaslarını, dünya klassiklərini öyrənirdisə, “Molla Nəsrəddin” 
idarəsində canlı ədəbi mühitlə tanış olurdu. Redaksiya onun üçün ikin-
ci gimnaziya, mübariz mollanəsrəddinçilər isə ideal həyat müəllimləri 
idilər” [1, s. 5].
Tiflisdə gimnaziyada təhsil alarkən, Mirzə Cəlilin evində qalan 
Əziz Şərifin mollanəsrəddinçilərlə təmasda olması, onu Tiflis ədəbi 
mühitində baş verən hadisələrin canlı şahidinə çevirir. Hətta Həmidə 
xanımın xatirələrindən aydın olur ki, jurnalın əksər saylarının hasilə 
gəlməsində Ə.Şərifin də əməyi olub. “...Mirzə Cəlilin yanında qızı Mü-
nəvvərdən başqa Faiq əfəndinin bacısı oğlu Əhməd Pepinov, Qurban-
əli Şərifovun oğlu Əziz və Mirzənin bacısı Səkinənin oğulluğu Əbil 
Kəngərli də yaşayırdılar. Adətən jurnalın çıxdığı bazar günləri uşaqla-
rın baş qaşımağa vaxtı olmurdu. Onlar “Molla Nəsrəddin”i səhifələyir, 
ünvanları yapışdırır, evlərə çatdırır, arada poçta da qaçırdılar” [3, s. 120].
İllər sonra Ə.Şərif “Keçmiş günlərdən” əsərində yazırdı: “Biz 
hamımız “Molla Nəsrəddin” jurnalının qızğın patriotu idik. Jurnalın 
növbəti nömrəsi mətbəədən redaksiyaya gələr-gəlməz biz gənclər, öz 
dərs və işimizi qoyub jurnalı poçt üçün hazırlamağa başlardıq. Hər 
birimiz “Molla Nəsrəddin”in sadiq “müridləri” idik və onun ən fəal 
müxbirlərini uzaqdan-uzağa tanıyır və sevirdik. Bunların içində Sabir 
və Haqverdiyev birinci yeri tutardı” [1, s. 10-11].
Bütün bunlar sonralar Ə.Şərifin “Molla Nəsrəddin” və molla-
nəsrəddinçilər haqqında yazdığı məqalələrdə ona çox yardımçı olur. 
Xüsusən də M.Ə.Sabirlə daha yaxınlıq etməsi onu 1920-ci ildən şairin 
yaradıcılığının tədqiqi ilə məşğul olmağa sövq edir. O, rus və 
Azərbaycan dillərində “Sabir bu gün”, “Sabirin poetik yaradıcılığı”, 
“Sabir və “Molla Nəsrəddin”, “Sabir” əsərlərini yazır. Müəllifin 
əsərlərindən bəlli olur ki, “Molla Nəsrəddin” jurnalının şöhrət qazan-
masında M.Ə.Sabirin rolu çox böyük olub.
1930-cu illərin əvvəllərindən isə tədqiqatçı “xalq müəllimi” 
adlandırdığı M.Cəlilin həyat və yaradıcılığının tədqiqinə başlamışdır. 
Bu mövzuda bir neçə əsər və çoxsaylı məqalələr yazan alim 1968-ci 
ildə rus dilində “Molla Nəsrəddin”in doğulması” adı ilə növbəti bir 
əsərini elmi ictimaiyyətə təqdim edir. Doğrudur, bu və yuxarıda ad-
larını çəkdiyimiz əsərlər sovet ideologiyasına uyğun yazıldığına görə 
M.Ə.Sabir “inqilab şairi”, M.Cəlil “ateist” kimi qələmə verilib. Amma 
gərgin əməyin, uzun axtarış və müşahidələrin nəticəsində qələmə 


356 
alınan bu əsərlərdə dəyərli faktlar, zəngin məlumatlar da var. Burada 
yalnız M.Cəlil və M.Ə.Sabirin yox, ümumən mollanəsrəddinçilərin 
mətbu fəaliyyəti bütün təfərrüatı ilə nümayiş etdirilir. 
Akademik İ.Həbibbəyli onun bu əməyini yüksək qiymətləndirir: 
“Ə.Şərifin Azərbaycanda Mollanəsrəddinşünaslığın elmi əsaslarını ya-
radanların sırasında özünəməxsus xidmətləri var. Müəllifin “Molla 
Nəsrəddin necə yarandı” əsəri Azərbaycan mollanəsrəddinşünaslığını 
formalaşdıran və bu ədəbi hərəkatın elmi sütununa çevrilə bilən də-
yərli tədqiqatdır” [4]. 
Tədqiqatçı alim T.Əhmədov isə Ə.Şərifin bu sahədəki fəaliy-
yətini belə səciyyələndirir: “Ə.Şərif yaxından tanıdığı, şəxsiyyətinə və 
yaradıcılığına pərəstiş etdiyi M.Ə.Sabir, C.Məmmədquluzadə, Ə.Haq-
verdiyev haqqında tədqiq və təbliğini də iki istiqamətdə aparmışdır. 
Bir tərəfdən onların əsərlərinin rus dilinə tərcüməsi, tərtib və nəşri ilə 
məşğul olmuş, digər tərəfdən onların elmi tərcümeyi-halını yaratmağa, 
yaradıcılıq ideyalarını müəyyənləşdirməyə çalışmışdır” [5, s. 19].
Ə.Şərif M.Cəlilin həyat və yaradıcılığından bəhs edilən doktor-
luq dissertasiyasını “Molla Nəsrəddinin doğulması” adı altında 1968-
ci ildə Bakıda rus dilində nəşr edərək elmi ictimaiyyətin ixtiyarına 
verir. Qeyd edək ki, “Sovet dövründə ümumittifaq oxucusu məhz ilk 
dəfə C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, C.Cabbarlının 
əsərləri ilə Ə.Şərifin tərcüməsində tanış olmuşlar” [2, s. 19].
Ə.Şərifin 1977-ci ildə işıq üzü görən “Keçmiş günlərdən” adlı 
sənədli xatirələr kitabı dövrünün hadisələri və görkəmli şəxsiyyətləri 
haqqında təsəvvürümüzü daha da zənginləşdirir. Məsələn, burada gör-
kəmli filosof şair, dramaturq Hüseyn Cavidi həm də bir publisist kimi 
də təqdim edir və onun Tiflisdə, Bakıda dövri mətbuatla əməkdaşlığı 
qeyd edilir. Ə.Şərif məhz bu əsərində H.Cavidin haqsız tənqidə məruz 
qaldığını etiraf edərək yazırdı: “Mətbuatda Hüseyn Cavidin yaradıcı-
lığı tənqid, bəzən də haqsız və sərt, çox zaman da vulqar sosiologizm 
cəbhəsindən tənqid edilirdi. Ona qarşı edilən prinsipsiz hücumlardan 
təngə gəlmiş, usanmışdı. Hüseyn tənqiddən qaçan, qorxan, inciyən 
şair deyildi. Bu tənqidlər isə haqsız idi. O, məndən ağıllı, obyektiv 
tənqid gözləyirdi. Mənim isə böyük və bağışlanılmaz səhvim bundan 
ibarət olmuşdu ki, ədəbiyyat sahəsində hakimiyyət iddiasında olan 
rəsmi tənqidçilərin boş və haqsız iradlarını təkrar etməklə aramızdakı 
məhrəmlik şərtini pozdum” [1, s. 143].
Ə.Şərifin əsərləri ilə yanaşı, elə məqalələri də var ki, bu gün də 
elmi ictimaiyyətin diqqətini cəlb edir. Məsələn, “Cəlil Məmməd-
quluzadə haqqında yeni materiallar”, “C.Məmmədquluzadənin mühi-


357 
ti”, “Yenə bir mollanəsrəddinçi haqqında” və s. buna misal ola bilər. 
Doğrudur, həmin məqalələri və tədqiqat əsərləri Kommunist partiya-
sının ideologiyasına uyğun yazılsa da, “müasir müstəqillik dövründə 
kütləvi informasiya vasitələrinin milli tarixi kontekstində inkişafına, 
onun irs-varislik prinsipləri ilə fəaliyyət göstərməsinə təsir edəcək 
dəyərli vəsaitlərdir” [6, s. 5].
Ayrı-ayrı mollanəsrəddinçilərə tədqiqat əsərləri həsr edən alim 
1980-ci ildə “Azərbaycan “Molla Nəsrəddin”i adlı sanballı bir əsər 
çap etdirib. Azərbaycan mətbuatı tarixində mollanəsrəddinçilərin fəaliy-
yətini yüksək qiymətləndirən alim burada da dövrün ideologiyasına 
“sadiq”liyini büruzə verməyə məcbur olub: “Bəzi mollanəsrəddin-
çilərin görüşlərində xırda burjua mütərəddidliyi, məhdudluğu jurnalın 
səhifələrində əks olunur” [7, s. 90]. Hətta “Molla Nəsrəddin”in təsiri 
ilə çıxan satirik jurnallardan bəzilərini “inqilabi və demokratik ide-
yalardan uzaq” [7, s. 90] adlandıraraq onların ideya-məzmununu zəif, 
bayağı sayırdı. 
Biz yuxarıda da qeyd etdik ki, Azərbaycan mətbuat tarixində 
sovet dövrü mətbuatı, eləcə də mətbuatın tədqiqi, heç şübhəsiz xüsusi 
mərhələdir. Sovet rejimi və kommunist ideologiyasının müəyyən et-
diyi çərçivə və prinsiplər daxilində fəaliyyət göstərən mətbu orqanlar, 
qəzet və jurnalların əməkdaşları, həmçinin mətbuat tarixinin araşdı-
rıcıları istər-istəməz dövrün tələblərinə riayət etməli olurdular. Pro-
fessor Ş.Vəliyev demişdir: “...yazılan tədqiqat əsərlərinin bir qismi 
təəssüf ki, ən son elmi-ictimai ehtiyaclarla tam, bütöv şəklidə uz-
laşmır. Bu fikir mövcud elmi irsdən imtina, ona qarşı iddia da deyil” 
[8, s. 7]. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bu heç də sovet döv-
ründə yaradılan mədəni irsdən, o cümlədən mətbu orqanlarından və 
mətbuat tarixi ilə bağlı qələmə alınmış fundamental araşdırmalardan 
imtina etməliyik. Fikrimizcə, biz həmin dövrün tədqiqatçılarına da, 
tədqiqat əsərlərinə də böyük ehtiram və diqqətlə yanaşmalıyıq; möv-
cud ədəbiyyata müasir tələblər baxımından yanaşmalı, saf-çürük et-
məli, onları bünövrə, bazis hesab etməli, milli-mənəvi dəyərlərimizə 
kölgə salmayan, əksinə onları zənginləşdirən, ənənələri yaşadanları 
dəyərləndirməli, onlardan səmərəli istifadə etməliyik. Bununla biz bu 
gün mətbuatşünaslıq tariximizin öyrənilməsində müsbət rol oynayan 
və “irs-varislik” prinsipləri ilə fəaliyyət göstərən bu dəyərli vəsait-
lərdən də bəhrələnməliyik.
Onu da qeyd edək ki, bu tədqiqatçılardan bu gün də fəaliyyət 
göstərənlərin böyük əksəriyyəti bizim bu fikrimizlə həmrəy olduğunu 
bildirirlər və zəngin bir inkişaf yolu keçən milli mətbuatımızın tədqiqi 


358 
tarixini yenidən, ideoloji baxımdan öyrənilməsi zəruriyyətini məqalə-
lərində, çıxışlarında, elmi əsərlərində dönə-dönə vurğulayırlar.
Beləliklə, Azərbaycan mətbuat sisteminin yaranma tarixini öy-
rənməklə yanaşı, mətbuatşünaslığın təşəkkül məsələlərini də öyrən-
mək və obyektiv şəkildə elmi ictimaiyyətin ixtiyarına vermiş olarıq. 
Bununla biz müstəqillik və azadlıq ideyalarının təbliğatçısı olan milli 
mətbuatımızı tədqiq etməklə, eyni zamanda milli müstəqilliyimizin, 
azad dövlətçiliyimizin tədqiqi və təbliği ilə məşğul oluruq. 
Odur ki, mətbuat və mətbuatşünaslıq tarixinin, keçilmiş yolun 
öyrənilməsi bir çox cəhətdən əhəmiyyətlidir, aktualdır. Bu problemin 
həllində – çar Rusiyası, Sovet dövrü mətbuatının araşdırılması nə qə-
dər vacibdirsə, müstəqillik dövrünün mətbu orqanlarının tədqiqi də bir 
o qədər vacibdir, böyük əhəmiyyət kəsb edir. Azərbaycan müstəqil-
liyini bərpa edəndən 25 ilə yaxın bir vaxt keçir. Bu qısa zaman kə-
siyində mətbuatımız müqayisəolunmaz inkişaf yolu keçmişdir.
Kommunist ideologiyasının buxovlarından xilas olan Azər-
baycan mətbuatı demokratik dəyərlərə sahib olmaqda, milli dövlət 
quruculuğunda misilsiz xidmətlər göstərmiş, xalqımızın tarixində, ta-
leyində mühüm rol oynamışdır. Azərbaycan mətbuatının bugünkü 
inkişaf səviyyəsi haqqında düşünərkən, sözün həqiqi mənasında ke-
çilmiş uzun, mürəkkəb yol göz önündə canlanır. Bu mənada, me-
diamızın inkişafı ilə bağlı çoxsaylı suallar da meydana çıxır. Necə 
oldu ki, Azərbaycan mətbuatı qısa müddət ərzində bu qədər inkişaf 
etdi, maddi-texniki vəziyyəti yüksəldi, demokratikləşdi. Məhz səslə-
nən suala cavab axtararkən ilk olaraq, mətbuatın inkişafı istiqamətində 
həyata keçirilən reformaların əhəmiyyəti önə çıxır. Elə reallaşdırılan 
fəaliyyətin və islahatların nəticəsində ötən zaman ərzində söz, fikir və 
özünüifadə azadlığının təmin və müdafiə olunması yönündə funda-
mental nailiyyətlər əldə edilib.
Təbii ki, bu fundamental nailiyyətləri əldə saxlamaq və sayını 
artırmaq üçün mütləq klassiklərimizin yaradıcılığı dönə-dönə tədqiqa-
ta cəlb edilməli və onlardan bəhrələnməliyik. Əlbəttə, bu işdə ədəbiy-
yatşünas, mətbuatşünas, mətnşünas alim Əziz Şərifin bizə miras qo-
yub getdiyi zəngin elmi irsi də mühüm rol oynayır. Cavidşünas alim 
M.Cəfərin “son dərəcə səliqəli alim” adlandırdığı Ə.Şərifin əsərlə-
rində, məqalələrində, məktublarında mətbuatımızın, ədəbiyyatımızın, 
teatrımızın keçdiyi inkişaf yollarını əks etdirən çox dəyərli məlumatlar 
var. Hər zaman onlardan bəhrələnmək lazımdır.

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə