366
teatr və kino xadimi
Cəfər Cabbarlının “Almaz” pyesi yeni quruluşda
nümayiş olunub.
Tamaşaya baxışdan əvvəl AMEA-nın vitse-prezidenti, akademik
İsa Həbibbəyli ölkəmizdə formalaşmış teatr ənənələrindən,
bütün
sahələr kimi teatra da göstərilən hərtərəfli dövlət qaygısından danışıb.
AMEA ilə Milli Dram Teatrının artıq ənənə şəklini almış əməkdaş-
lığından söhbət açan akademik İsa Həbibbəyli davamlı olaraq üçüncü
bir tamaşanın da hazırlanıb yeni quruluşda təqdim olunmasını əlamət-
dar hadisə adlandırıb. Keçən ilin sonlarında
Cəlil Məmmədquluza-
dənin “Ölülər”, eləcə də Hüseynbala Mirələmovun “Vəsiyyət” əsərlə-
rinin müvəffəqiyyətli səhnə tamaşasından sonra “Almaz” pyesinin də
fərqli səhnə tərtibatı, təcrübəli aktyor heyəti barədə fikirlərini bildirən
akademik İsa Həbibbəyli müstəqillik işığında səhnəyə çıxarılan “Al-
maz” pyesinin yeni quruluşda təqdimatını ölkə teatrının daha bir uğu-
ru kimi səciyyələndirib.
Dostları ilə paylaş: