Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə133/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   129   130   131   132   133   134   135   136   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

29 dekabr 
– Görkəmli Azərbaycan ədəbiyyatşünası və peda-
qoqu Əli Sultanlının anadan olmasının 110 illiyinə həsr olunmuş Elmi 
sessiya keçirilmişdir. Sessiyanı giriş sözü ilə akademik İsa Həbibbəyli 
açmış, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, f.ü.e.d. Za-
man Əsgərli “Əli Sultanlının həyat və yaradıcılığı”, Azərbaycan-Asiya 
ədəbi əlaqələri şöbəsinin əməkdaşı Leyla Ramazanova “Əli Sultan-
lının müqayisəli ədəbiyyatşünaslıqda xidmətləri” adlı məruzələrlə çı-
xış etmişlər. 
 
2017-ci il 
 
14 yanvar
– İran İslam Respublikası Təbriz Universitetinin 
təşkilatçılığı ilə XVII əsrdə yaşamış görkəmli Azərbaycan şairi Saib 
Təbrizinin yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans ke-
çirilib. Azərbaycan, Türkiyə və Gürcüstan alimlərinin də iştirak etdiyi 


365 
bu beynəlxalq tədbirdə ölkəmiz AMEA-nın vitse-prezidenti, akademik 
İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. 
Tədbiri giriş sözü ilə Təbriz Universitetinin Mərkəzi Asiya və 
Qafqaz şöbəsinin müdiri Əhməd Fərşbafiyan açıb. Təbriz Universite-
tinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi keçirilən elmi 
tədbirin və qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıb. Akademik İsa 
Həbibbəylinin “Klassik şeirdə yeniləşmə meyilləri və Saib Təbrizi” 
mövzusunda məruzəsi maraqla dinlənilib.
Təbriz Universitetinin Ədəbiyyat fakültəsinin dekanı, professor 
Məhəmməd Mehdipurun, İstanbul Universitetinin professoru Məhəm-
məd Atalayın, akademik Teymur Kərimlinin, gürcü alimi, professor 
Helen Ginaşvilinin, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun
Təbriz Universitetindən İbrahim İqbalinin, Məhəmməd Xakpurun mə-
ruzələri dinlənilib və konfrans iştirakçıları tərəfindən maraqla qarşıla-
nıb. Bundan başqa Saib Təbrizinin Azərbaycan dilində qələmə aldığı 
qəzəllərlə bağlı fikir mübadiləsi aparılıb. 
Tədbirdən sonra bir sıra Azərbaycan şairlərinin, o cümlədən 
Məhəmmədhüseyn Şəhriyarın dəfn olunduğu Şairlər məqbərəsi ziyarət 
edilib.

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə