368
fizika elmi” adlı məruzəsində ədəbiyyatla fizikanın bir-birini tamam-
ladığını və zənginləşdirdiyini diqqətə çatdırıb.
AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi,
akade-
mik Teymur Kərimli, Folklor İnstitutunun direktoru,
müxbir üzv Mux-
tar İmanov, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filo-
logiya elmləri doktoru, professor Tahirə Məmməd məruzə ilə çıxış
ediblər. AMEA Rəyasət Heyətinin
Elm və təhsil idarəsinin rəisi, tex-
nika elmləri doktoru, professor Əminağa Sadıqov, Alimlər Evinin di-
rektoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, fizika üzrə fəlsəfə
doktoru Nazilə Soltanova, biologiya üzrə fəlsəfə doktoru, yazıçı Sadıq
Qarayev çıxış edərək mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüb-
lər.
Çıxışlardan sonra akademik İsa Həbibbəyli rəhbərlik etdiyi
institut əməkdaşları arasında “Fizika və lirika” mövzusunda ən yaxşı
tərcümə müsabiqəsinin qalibi olmuş Leyli Əliyevaya xatirə hədiyyəsi
və xüsusi mükafat təqdim edib.
AMEA-nın Ədəbiyyat, Fizika, Folklor,
Əlyazmalar, Riyaziyyat
və Mexanika, Fəlsəfə, Botanika institutları, Şamaxı Astrofizika Rəsəd-
xanası, Respublika Seysmoloji Xidmət Mərkəzi və digər elmi-tədqiqat
müəssisələrinin əməkdaşlarının qatıldığı konfrans iki gün davam edib.
Konfransda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Qu-
liyev də iştirak edib.
Tədbir Şamaxı Astrofizika Rəsədxanasında səma cisimlərinin
müşahidə olunması, Novruz tonqalı və bədii proqramla davam etdi-
rilib.
Dostları ilə paylaş: