338
Kərim xan Zəndin ölümündən
istifadə edən Ağa Məhəmməd
Şah Qacar, Vaqif Qarabağ sarayında çalışdığı illərdə hakimiyyəti əlinə
keçirir. Müxtəlif vaxtlarda Şuşanı ələ keçirməyə çalışan Qacar, nəha-
yət 1797-ci ildə bu niyyətini həyata keçirə bilir. İbrahim xan və
adamları şəhəri tərk etsələr də, Vaqif oradan ayrılmır.
Şair də bir
çoxları kimi həbsə alınaraq ertəsi gün edam edilmək üçün saxlanılır.
Lakin Ağa Məhəmməd şah həmin gecə öldürülür. Xanlığı əlinə
keçirən İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir əmisinin
yaxın adamlarını aradan götürməyə çalışır. 1797-ci ildə Molla Pənah
Vaqif Şuşa şəhərində öldürtdürülür [1, s. 105; 2, s. 280].
XVIII əsr türk şairi Əhməd Nədim isə təxminən 1681-ci ildə
anadan olmuşdu. Nədim yaxşı təhsil almış, ərəb və fars dillərini şeir
yazacaq qədər yüksək səviyyədə bilmişdir. Şair 1707-1713-cü
illərdə
Şeyxülislam Əbəzadə Abdullah əfəndinin də olduğu komissiyaya
imtahan verərək müəllim kimi fəaliyyətə başlamışdır. 1718-ci ildə
sədrəzəm olan damat İbrahim Paşa və “Lalə dövrü” Nədimin həyat və
yaradıcılığında müstəsna rol oynamışdır. Əhməd Nədim yazdığı müx-
təlif əsərləri ilə himayədarı olan İbrahim Paşaya olan ehtiramını qeyd
edir, ona təriflər yağdırırdı. Bu dövrdə Nədim bir çox vəzifələrdə
işləmişdir. Müəllimlikdən Mahmud Paşa məhkəməsinə qazı təyin olu-
nan Nədim 1726-cı ildə Molla Kırımi, 1728-ci ildə Nişancı Paşa Atik,
1729-cu ildə isə Sahn mədrəsələrində müəllim
kimi fəaliyyət göstər-
mişdir. 1730-cu ildə Sekban Əli Paşa mədrəsəsində işlədiyi vaxt “Pat-
rona Xəlil üsyanı” baş vermişdi. Lalə dövrünün sonu olan bu üsyan
Nədimin həyatına da son qoymuşdu. Belə ki, bəzi qaynaqlarda Nədi-
min üsyan vaxtı qorxudan və ya içki düşkünlüyündən
titrəmə xəstə-
liyinə tutularaq öldüyü qeyd edilmişdir. Süleyman Sadəttin “Məcəl-
lətün-nicab” [3] əsərində Nədimin üsyan zamanı qorxudan evinin da-
mına çıxdığını, oradan isə yıxılaraq öldüyünü bildirir. Ölüm tarixinə
aşağıdakı maddeyi-tarix yazılmışdır:
Dostları ilə paylaş: