Jambıl Jabayev – 170
QAZAX XALQININ TƏKRARSIZ SÖZ USTADI
Açar sözlər:
Jambıl Jabayev, qazax, xalq, akın, şeir, aytıs
Key words:
Dzhabayev Jambul, Kazakh, people, akhin, poetry, aitys
Ключевые слова:
Джамбул Джабаев, казах, народ, акын, поэзия, айтыс
Jambıl Jabayev (16 (28) fevral 1846 – 22 iyun 1945) qazax xalq
poeziyasının görkəmli nümayəndəsidir. Məşhur akının (aşıq) adı rus
mənbələrində Джанбул Джабаев [1] kimi verildiyinə görə, keçmiş
sovet dövründə Azərbaycan dilinə də ruscaya uyğun olaraq Cambul
Cabayev kimi tərcümə edilmişdir. Lakin qazax dilində şairin adı
Jambıl Jabayev olduğunu və dilimizdə normal səsləndiyini nəzərə
alaraq biz də şairin adını və soyadını qazaxlar kimi yazmağı məqsə-
dəuyğun hesab edirik.
Daima bədahətən söz qoşmuş qazax şairi Jambıl dağının ətəklə-
rində Çu çayının yuxarı axınında dünyaya göz açmışdır. Şapraştı nəs-
lindən olan atası Jabayın köçəri ailəsi kasıbçılıqla yaşamışdır. Babası
İstıbaygilin aulu yadelli basqınlardan qorunmaq üçün dağ ətəklərinə
köç aldığı zaman dünyaya gəlmiş Jambıl sonradan qazax xalqının
məşhur akını kimi ad-san qazanaraq nəinki Qazaxıstanda, keçmiş
Sovetlər Birliyində tanınmış şairlərdən biri kimi ədəbiyyat tarixində iz
qoymuşdur.
Kiçik yaşlarından dombrada çalmağı öyrənən Jambıl qazax
folkloruna dərindən bələd olmuş, bu misilsiz xəzinəni ruhu ilə ya-
şatmışdır. Bütün xalq deyimlərini yaddaşına toplamış Jambıl yeniyet-
mə ikən evlərindən çıxıb akın olmaq qərarına gəlir və çalıb-oxumaqla
324
çörək qazanmağa başlayır. O, düzüb-qoşduğu ürəkaçan şeirləri ilə ar-
tıq bütün vilayətdə tanınır, sorağı qonşu qırğız torpağına da yayılır.
Tezliklə akınlığın sirlərini Suyunbay (1815-1898) adlı el sənətkarın-
dan mənimsəyən Jambıl qazax dilində mahnılar qoşaraq eyni anda
çalıb-oxuyur, aytıslarda (şeir yarışmaları, deyişmələr –
A.Ş.
) bacarı-
ğını göstərir.
Təhsil almaq imkanı olmayan Jambıl bütün qazax çöllərində
dildən-dilə keçərək məşhur olmuş şeirlərini bədahətən söyləyirdi. Elə
həmin vaxtdan da Jambıl aytısların daimi iştirakçısına çevrilmişdi.
Məşhur söz ustadının adlı-sanlı akınlarla deyişmələri bu gün də qazax
şifahi xalq yaradıcılığının qiymətli xəzinəsi hesab olunur. Şeir yarış-
malarında təcrübəli akınlarla deyişərək dəfələrlə qalib gələn Jambıl el
arasında nəsihətamiz mahnıların ustası kimi şöhrət qazanır. Onun ən
çox sevilən, populyarlıq qazanmış aytısları içərisində Baktıbay, Ay-
kumıs, Sarıbas, Şaşubay, Kulmambet və başqaları ilə deyişmələri
xüsusilə seçilir. Təcrübəli akın Kulmambetlə deyişmədə qalib gələn
Jambıl öz nəslinin ən hörmətli və populyar akınına çevrilir. O, özünün
improvizə bacarığı ilə həftələrlə, aylarla “Koroğlu”, “Şahmərdan” və
s. kimi dastanları ifa edərək hərtərəfli istedad və bacarığını artırırdı.
Ustadı Suyunbayın poetik ənənələrini uğurla davam etdirən Jambıl
Jabayev əsərlərində sadə xalqın ümid və arzularını qələmə almış, xalq
qəhrəmanlarının igidliklərini tərənnüm etmiş, feodal zülmü və məhru-
miyyətlərinin qatı əleyhdarı kimi çıxış etmişdir. Jambıl “Şağım”,
“Şabdəngə”, “Patşa əmiri tapıldı”, “Zildi-buyrık” kimi şeirlərində
xalqın sosial-siyasi həyatının poetik cizgilərini çəkmişdir.
Qırğız Balık, Tınıbek, Kalıqul, Naymanbay, Katağan, Toktoğul,
Muradəli, Əlimkulla ilə deyişmələri də yaddaşlarda dərin iz burax-
mışdır. Qırğızların qəhrəmanlıq dastanı “Manas”a, həmçinin “Şah-
namə”, “Koroğlu” və “Min bir gecə” kimi Şərq poemalarına musiqili
əlavələri ona daha çox şöhrət qazandırmışdır. O, 1916-cı ildə qazax
çöllərində çar rejiminə qarşı başlamış milli-azadlıq hərəkatının fəal-
larından birinə çevrilmiş, bu dövrdə həmin mövzuda “Çar fərmanının
məngənələri” və “Əsəbi fərman” əsərlərini qələmə almışdır. Jambılın
sovet dövrünə qədərki deyişmə və şeirləri demək olar ki, saxlanılma-
mış, yalnız şifahi şəkildə nəsildən-nəslə ötürülən hissələr bu günümü-
zə gəlib çatmışdır. Həmin əsərlərdən “Atama”, “Şaltabaya”, “Kali”,
“Molla Bəyzəkə” və s. daha məşhurdur. İstedadlı və vətənpərvər akın
öz yaradıcılığında qazax xalqının keçmişindən yazmış, bu günündən
bəhs etmiş və gələcək arzularını qələmə almışdır. Ömrü boyu məh-
suldar yaradıcılıqla məşğul olmuş şairin ahıl yaşlarında olması belə
325
ona “Utegen batır”, "Suranşi batır" kimi dastanlara yenidən “can
verib” dirçəltməyə mane olmamışdır. Onun dilindən söylənilən “Su-
ranşi batır”, “Ötəgən batır” dastanları, “Tənbəl haqqında nağıl”, “Xan
və akın” kimi nağıllar XX əsrin əvvəllərində yazıya alınmışdır. Əbəs
yerə deyildir ki, professor Nizami Cəfərov məşhur qazax akınını “xalq
(epos) poeziyasını ən yeni dövrə gətirib çıxaran, tarixi müasirləşdirən
bir sənətkar” [2, s. 7] kimi səciyyələndirmişdir.
Jambıl 1917-ci il Oktyabr inqilabını sevinclə qarşılamış, bu
məqsədlə 1919-cu ildə Semireçye akınlarının yürüşündə yaxından
iştirak etmişdi. Oktyabr inqilabından sonra Jambıl Jabayevin yaradıcı-
lığında dövranı vəsf edən yeni meyillər yaranmağa başlayır. Məşhur
akın yeni rejimi alqışlayır və “xoş gün-güzəranı” vəsf edən poetik
əsərlər yaradır. Onun 1936-cı ildə qələmə aldığı “Oktyabr himni”,
“Mənim Vətənim”, “Leninin mavzoleyində”, “Lenin və Stalin” və
sairə kimi şeirləri sovet dövründə böyük populyarlıq qazanmışdır.
Böyük söz ustadı Oktyabr inqilabından sonra qazax xalqının həyatında
baş vermiş tarixi dəyişikliklərə böyük ümid bəsləyirdi. Şairin 1936-cı
ildə Moskvada “Pravda” qəzetində dərc edilmiş, “Doğma ölkəm”
("Туған елім") adlandırdığı poetik düşüncələri qocaman akını bütün
SSRİ-də şöhrət zirvəsinə qaldırmışdı [3]. 1936-1945-ci illər ərzində
13 min bənddən çox şeiri çap olunmuş şair yeni dövranın nailiyyət-
lərini, Böyük Vətən müharibəsi illərində qələbəni və xalqın qəhrəman-
lığını tükənməz coşqu ilə tərənnüm etmişdir.
Jambılın 1934-cü ildə incəsənət ustalarının 1-ci respublika qu-
rultayındakı çıxışı təsdiqlədi ki, o, həqiqi mənada xalqın şairidir.
1936-cı ildə Moskvada qazax ədəbiyyatı və incəsənəti ongünlüyündə,
bir ildən sonra isə Tbilisidə “Pələng dərisi geymiş pəhləvan” poema-
sının 750 illiyi münasibətilə keçirilmiş yubiley mərasimində 90 yaşlı
Jambıl Jabayevin çıxışları qazax poeziyasının şöhrətini daha yüksək
dərəcəyə qaldırmışdır. 1938-ci ildə poetik yaradıcılığının 75 illiyi ilə
əlaqədar Romen Rollan, Mixail Şoloxov və o dövrün digər məşhur
yazıçıları ona təbrik məktubu göndərmişlər.
Onun mahnıları dövrü tərənnüm edir, çoxlu tirajla çap olunurdu.
Ahıl akın hər yerdə hörmət-izzətlə qarşılanır, Şərqin yeni dövrü alqış-
layan müdrik ağsaqqalı kimi təqdim edilirdi. Jambıl Jabayev Qazaxıs-
tanın ən hörmətli akını, onun mahnıları isə qazax aul məişətinin yeni
təzahür formasının təsviri kimi qəbul olunurdu. Qazax xalqının sözə
vurğunluğunu və böyük sənətkara qiymətini Rusiya Elmlər Akademi-
yasının müxbir üzvü Dina Amanjolova sənətkarlıqla belə ifadə etmiş-
dir: “Biz bilirik ki, söz mədəniyyəti qazaxlar üçün həddindən artıq
326
vacibdir və o (Jambıl Jabayev nəzərdə tutulur –
A.Ş.
), öz missiyasını
parlaq şəkildə yerinə yetirmişdir” [4].
Şair-akın, improvizəçi-akın, eləcə də müdrik jırşı (şeir söyləyən)
və söyləyici kimi məşhur olmuş Jambıl Jabayev qazax vətəndaş siyasi
poeziyasının formalaşmasında əhəmiyyətli rol oynamış, xalq poezi-
yasının yeni istiqamətlərinin yaradıcısı kimi şöhrət qazanmışdır. Onu
xalq poeziyasının atası adlandırır, misralarını şüar kimi səsləndirir-
dilər. Jambılın yaradıcılığı ümumxalq malı idi. Onun əsərləri dünyanın
bir çox dillərinə tərcümə edilmiş, bir sıra ölkələrdə yayılmışdır.
Jambıl, müasir terminologiya ilə desək, multikultural dəyərlərin daşı-
yıcısı idi; o, heç vaxt insanları irqinə və millətinə görə ayırmırdı.
Böyük Vətən müharibəsi illərində görkəmli şairin “Leninqradlılar,
mənim balalarım!”, “Moskva” və başqa əsərləri böyük qələbənin qa-
zanılmasında, arxa cəbhənin əsgərlərlə əlaqələrinin daha da möhkəm-
lənməsində əhəmiyyətli rol oynamışdı. Təsadüfi deyil ki, “Leninqrad-
lılar, mənim balalarım!” şeiri bu gün də “hərbi poeziyanın mirvarisi”
[5] kimi tarixdə yaşayır.
Jambıl Jabayev keçmiş SSRİ-nin bütün müttəfiq respublikala-
rının yaradıcı qüvvələrinin əksəriyyəti kimi o dövrdə mövcud olmuş
sosializm realizmi deyilən bir cərəyanın daşıyıcılarından idi. Bu gün
hətta bir çoxlarının haqsız olaraq məzəmmət olunduğu yaradıcı qüv-
vələr öz milli, istiqlal dolu arzularını da məhz həmin ideoloji buxovun
içərisində əridərək fikirlərini dolayı da olsa oxuculara çatdıra bilir-
dilər. Jambıl Jabayev də qazaxların əsarətdən qurtulduğunu sevinclə
qələmə almış, xalqının mənəvi keçmişindən qaynaqlanaraq min illər
boyu yaddaşında saxladığı qəhrəmanlıq dastanlarını, nəğmələrini,
nağıllarını geniş dairədə yayaraq yaşatmış, xalqın milli-azadlıq müca-
diləsini şərəflə tərənnüm edərək coşqu ilə səsləndirmişdir. Kommunist
ideologiyasının hökm sürdüyü bir dövrdə keçmiş adət-ənənələri, qəh-
rəmanlıqla dolu mübarizə dövrünü, yadelli işğalçılara qarşı vuruşmuş
batırların şücaətini sovet dövründə qələmə alıb yaymaq, onu xüsusi
olaraq vurğulamaq asan məsələ deyildi, bu, böyük cəsarət və mərdlik
tələb edirdi. Ona görə də Jambıl kimi yaradıcı şəxsiyyətləri dövrə,
zəmanəyə tənqidi münasibətdən doğan tendensiya çərçivəsində mə-
zəmmət etmək, bir çox hallarda isə hətta aşağılamaq hər kəsin istədiyi
fikri asanlıqla söyləyib yaya bildiyi bu günümüzdə qətiyyən yolveril-
məzdir. Daima yadellilərlə mücadilədə olmuş, torpaqları pərakəndə,
əhalisinin mütləq əksəriyyəti savadsız olan böyük bir məmləkətin yeni
quruculuq həyatına qədəm qoyması fərəhli hal deyildimi, yaxud yeni
dövranı bütün əzəməti ilə tərənnüm etmək elə təkcə sosializmi təbliğ
327
etmək idimi? Bir də axı Böyük Vətən müharibəsi cəbhələrində igid-
liklə döyüşüb el-obasını düşmənlərdən qoruyan, övladı (şairin oğlu
Alqaday Böyük Vətən müharibəsində Dnepropetrovsk vilayətinin Si-
nelnikovo şəhərinin faşistlərdən azad olunması uğrunda gedən döyüş-
lərdə qəhrəmancasına həlak olmuşdur) ilə bir sırada vuruşan qəhrəman
əsgərlərə xitabən yazılmış “Leninqradlılar, mənim balalarım” şeirini
qocaman şair necə ürəkdən yazmaya bilərdi və bu kimi əsərlərin
müəllifini hansı mənəvi haqla tənqid etmək olardı?
Qeyd etmək yerinə düşür ki, bu gün də Sankt-Peterburqda
Jambıl küçəsi (1952) mövcuddur. 2002-ci ildə şəhərdə əlində dombra
tutmuş məşhur akının milli geyimdə 4 metrlik abidəsi ucaldılmış, fəv-
varə qarşısındakı daş pillələrdə şairin məşhur “Leninqradlılar, mənim
balalarım..” sətirləri həkk olunmuşdur.
Məşhur nəğməkar şair 1945-ci il iyunun 22-də 100 yaşının ta-
mamına 8 ay qalmış dünyadan köçmüş, Alma-Ata vilayətinin Jambıl
rayonunun Jambıl aulunda (rayon və aul şairin şərəfinə adlandırıl-
mışdır) dəfn olunmuşdur. Şairin aulda yaşadığı evdə Jambıl muzeyi
yaradılmış, vaxtilə öz əlləri ilə əkib-becərdiyi ağaclardan ibarət bağ
salınmışdır. Aul Almatı şəhərinin 60 kilometrliyində Uzunağac qəsə-
bəsinin yaxınlığında yerləşir.
Xalqın milli ruhunun yüksəldilməsində əhəmiyyətli rol oynamış
qüdrətli söz ustadının obrazı qazax incəsənətinin demək olar ki, bütün
janr və növlərində öz əksini tapmışdır.
O, sağlığında ikən dövrün ən ali mükafatları ilə təltif olunmuş,
Lenin ordeni və 1941-ci ildə Stalin mükafatı almış, öz adını və xalqını
şərəfləndirərək keçmiş SSRİ-nin Dövlət mükafatı laureatı adını qazan-
mışdır. Qədirbilən qazax xalqı ömrü boyu doğma xalqının mənafeyinə
xidmət etmək kimi müqəddəs bir amalla yaşamış və bu yolun yo-
rulmaz yolçusu olmuş Jambıl Jabayevin xatirəsini təkrarsız söz ustadı
kimi daima əziz tutur.
İstər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində bir
sıra ölkələrdə, o cümlədən Azərbaycanda Jambıl Jabayevin yaradıcı-
lığı qismən də olsa araşdırılmışdır. Vaxtilə xalq şairi Səməd Vurğun
Jambıl Jabayevi “şeirimizin ağsaqqalı” kimi dəyərləndirmişdir.
AMEA-nın müxbir üzvü Nizami Cəfərov, filologiya üzrə elmlər dok-
toru Nizami Tağısoy və başqaları görkəmli qazax şairinin əsərlərindən
söz açmış, yaradıcılığı haqqında dəyərli fkirlər söyləmişlər. Professor
Nizami Cəfərov “Türk xalqları ədəbiyyatı” kitabında [2] Jambıl Ja-
bayevin “Ötəgən batır” poeması ilə “Aladağ” şeirini çap etdirərək akı-
nın yaradıcılığına böyük yer vermişdir.
|