107
döyüş xarakterli əsərlər yazmağa sövq etməli idi. Ancaq sənətkarın
yaradıcılığında məhəbbət, təriqət məzmunlu nümunələr çoxluq təşkil
edir. Təbii ki,
ictimai-siyasi məsələlər, döyüş ruhu bu və ya digər
şəkildə yaradıcılığında öz yerini almışdır.
Sənətkarın yaradıcılığında panteizm ruhu çox güclü olmuşdur.
Onun sənət nümunələrindəki hərb ruhlu, məzmunlu şeirlər nisbətən
fərqli yönümdədir. Döyüşən əsgərlərin döyüşkən ruhunu qoruyub
saxlamaq, həvəsləndirmək onun şeirlərində öz yerini almışdır. Belə ki,
Xətai təriqət məzmunlu şeirlərində din
uğrunda şəhid olmuş ərən-
lərdən, bu yolun böyüklüyündən, şərəfli olmasından bəhs edir. Sanki
bu şeirləri ilə xalqı ruhlandırmaq, döyüşən əsgərlərin döyüş ruhunu
qaldırmağı qarşısına böyük məqsəd olaraq qoymuşdur:
Şaha qurban gətirdik biz bu canı,
Şahın sözü bizim imanımızdır.
Həsudə yоxdurur, yalansıya mərg
Ki, gerçək söhbəti bürhanımızdır.
Şahı hər deyibən girdik bu yоla,
Hüseyniyüz, bu gün dövranımızdır.
Biz imam qullariyüz sadiqanə,
Şəhidlik, qazilik nişanımızdır [3, s. 53].
Şah İsmayıl Xətai poeziyasındakı çağırış dolayı
yolla sufi pər-
dəsi altında, nəsihətlərində, ya da birbaşa döyüşə çağırış motivləri ilə
zəngindir. Xüsusilə də, ilahi sevginin tərənnümü zamanı imamların
(əsas etibarilə İmam Hüseynin) tökdüyü qanın, şəhidlik zirvəsinə ucal-
masına eyham edir, bu yolun döyüşən ərənlər üçün də ruhlandırıcı
amil olaraq dolayı şəkildə təqdim etmişdir.
XIV əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi və dövlət xadimi
Qazi Bürhanəddin sənət nümunələrində
hərb motivli misralar, eyni
zamanda döyüş ruhu hiss olunan şeirləri də az deyildir.
Qazi Bürhanəddinin yazdığı tuyuqlarında igidliyə, mərdliyə
həvəsləndirən, döyüş zamanı ər olub, qorxmadan meydana atılmağı
təbliğ edən nümunələri vardır.
Ərənlər öz yolunda ər tək gərək,
Dostları ilə paylaş: