105
Azərbaycan poeziya məktəbi başqa bir dildən –
dari dilindən istifadə
etməklə yeni inkişaf mərhələsinə qədəm qoyur. Qətran Təbrizinin
müasir dövrə gəlib çatmış "Divan"ı əsas etibarilə dövrün hökmdar-
larına yazılmış mədhiyyə-qəsidələrdən ibarət olsa da, bunların giriş
hissələrində heyranedici təbiət təsvirləri özünə yer tapmış
və Azər-
baycan poeziya məktəbinin sonrakı inkişafında mühüm rol oynamış-
dır. Klassik poeziyamızın qüdrətli sənətkarlarından hesab edilən Qət-
ran Təbrizi yaradıcılığında hökmdarlara həsr etdiyi qəsidələrində dö-
yüşə səsləyən, tərif xarakterli döyüş ab-havası yaradan nümunələr də
az deyil. Qəsidələrində birbaşa döyüş səhnələri və ya hər hansı tarixi
döyüşlərin təsvirinə rast gəlməsək də, sənətkarın
müşahidə etdiyi,
yaşadığı ictimai-tarixi mühitin kiçik işartılarını sezmək mümkündür.
Məsələn, "Əbu Mənsurun mədhi"ndə də onun iştirak etdiyi döyüşlərə,
savaşlarda göstərdiyi hünərə heyranlıq tərənnüm olunur. Bu nümu-
nələr Əbu Mənsurun igidliyi ilə bağlı ümumi bir mənzərə yaratmış
olur:
Sən əmr versən, əməl etməmək olar üsyan,
Sənin əməllərini hər danan olar kafər.
Qılıncını yada saldıqda ruh qanla dolar,
Əlindən ad çəkənin ağzı kimyaya dönər.
Sənin döyüşlərinin vəsfi də igidlikdir,
Səxavətindən açan bəhs, həqqi var, öyünər [1, s. 56].
Onun apardığı döyüşlərin təsvirini verməklə, sənətkar həm özü-
nü, həm də şahın qiymətini qaldırmağa çalışmışdır. Qəsidələrdə
döyüşlərin adı, tarixi faktlar verilməsə də, döyüş ruhu yaratmaq, eyni
zamanda işğalçılıq siyasətinin daha da
gücləndirilməsinə yönləndi-
rilmiş tərifnamə kimi qəbul etmək mümkündür.
Azərbaycanda İntibah dövrü ədəbiyyatının ilk qüdrətli nüma-
yəndəsi dahi şair Xaqani Şirvanidir. O, Nizamiyə qədər ədəbiyyata
güclü ictimai-humanist məzmun və yüksək sənətkarlıq gətirmişdir.
Xaqani Şirvani yaradıcılığında qəsidələr önəmli yer tutmuşdur.
Təbii ki, şahlara, sayılıb-seçilən insanlara həsr etdiyi mədhiyyələri heç
vaxt yersiz olmayıb. İctimai-siyasi hadisələr, tarixi faktlar mədhiy-
yələrin yazılmasına şərait yaradırdı. Heç
bir zaman təsadüfi mədhlər
sənətkarın yaradıcılığını bəzəməmişdir. Şirvanşah Mənuçöhrə, onun
oğlu Axsitana, Qızıl Arslana və başqa hökmdarlara, əsilzadələrə xeyli
mədhiyyələr yazılmışdır. Bu cür mədhlərdə biz şahların həyata keçir-
diyi müxtəlif səpkili səfərlər, döyüşlərdən məlumat əldə bilirik. Mə-
106
sələn, "Şirvanşah Axsitanın tərifi" başlığı altında Xaqani Şirvani şahın
qazandığı qələbələrin böyüklüyündən, onun şücaətindən söhbət açır.
Sənətkar konkret döyüşün təsvirini vermir, apardığı döyüşlərin nəticə-
sindən danışaraq, zəfərlərinin aliliyinə tərif yağdırmışdır.
Dostları ilə paylaş: