НЕКОТОРЫЕ ЗАМЕЧАНИЯ О РАБОТЕ
ЭЙНАЛИ БЕКА СУЛТАНОВА «ТАТАРКА»
Резюме
В статье идет речь о достоинствах известной пьесы «Татарка», при-
надлежащей перу Эйнали бека Султанова, одного из виднейших деятелей и
талантливого представителя Нахчыванской литературной среды, занявшего
свое место в истории культуры и литературы Азербайджана начала XX века,
чье творчество привлекает внимание прежде всего своей многосторонностью.
В сущности, в этом произведении отражено желание Эйнали бека видеть
мусульманскую женщину такой же современной, знающей свои права, с
широким кругозором, разумной, волевой и активной, как женщины Европы.
Комедия «Татарка», написанная на тему женского равноправия в 80-х годах
XIX века, конечно же, являлась беспримерно смелым произведением для
своего времени.
99
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
“ƏDƏBİYYAT MƏCMUƏSİ”
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN
ELMİ ƏSƏRLƏRİ
2017, № 1
Yasemin MEYDAN
Nizami adına Ədəbiyyat İnstitutu
yaseminmeydan@gmail.com
AZƏRBAYCAN TARİXİ ROMANLARINDA
ŞAH İSMAYIL OBRAZI
Açar sözlər:
tarixi roman, dövlət xadimi, Səfəvilər dövləti
Key words:
historical novel, statesman, the Safavids state
Ключевые слова:
исторический роман, государственный деятель, госу-
дарство Сефевидов
Azərbaycanın görkəmli dövlət xadimi, qüdrətli şairi Şah İsmayıl
Xətainin sənət anlayışı ədəbiyyat tarixində özünəməxsus yer tutur.
Bununla yanaşı, onun bir sərkərdə və dövlət başçısı kimi fəaliyyəti də
daim diqqət mərkəzində olmuşdur. Onun həyat və fəaliyyətini həm
tarixçilər, həm də yazarlar həmişə diqqətdə saxlamışlar. Yavuz
Axundlu “Azərbaycan tarixi romanı: Mərhələlər, problemlər (1930-
2000)” monoqrafiyasında bu barədə yazır: “Xalqımızın böyük oğlu,
fədakar dövlət xadimi, qüdrətli sərkərdə və gözəl şair Şah İsmayıl
Xətainin anadan olmasının 500 illiyi ərəfəsində nəsrimiz həmin əla-
mətdar hadisəni dörd romanla qeyd etdi. Ə.Cəfərzadənin “Bakı-1501”,
F.Kərimzadənin “Xudafərin körpüsü” və “Çaldıran döyüşü”, Ə.Nica-
tın “Qızılbaşlar” romanları” [1, s. 254]. Bu romanlar yazıldığı vaxtlar-
dan tədqiqatçıların marağına səbəb olmuş, haqlarında müxtəlif araşdır-
malar aparılmışdır.
Şah İsmayıla həsr olunan bu romanları bir-birinə bağlayan və
fərqləndirən cəhətlər vardır. Şübhəsiz ki, hər üç romanda ilk növbədə
Xətainin Azərbaycan dövlətçiliyi, parçalanmış torpaqlarımızın birləş-
dirilməsi əsas yer tutur, Azərbaycan xalqının dövlətçilik uğrunda apar-
dığı mübarizələrə daha çox diqqət yetirilir.
Ə.Cəfərzadənin "Bakı-1501" romanında Şah İsmayıl Xətai xa-
rakteri, tarixi və müəllif mövzu baxımından məsələlərin müqayisəsini
100
aydın şəkildə işləmişdir. “Bakı-1501” romanında əsas etibarı ilə bö-
yük Azərbaycan hökmdarının Bakıya yürüşü təsvir olunmuşdur. Lakin
romandakı tarixi hadisələr yalnız bununla məhdudlaşmır, Şah İsmayıl
Xətainin hakimiyyətə gəlişi, Şirvanı alması, digər uğurları, Osmanlı
hökmdarı Sultan Səlimlə münasibətləri, şeir yaradıcılığı, sənətkarlarla
münasibəti və başqa məqamlar diqqət mərkəzinə gətirilir. Yəni Şah
İsmayılın xarakterini dörd cəhətdən səciyyələndirmək istəmişdir: Sər-
kərdə, padşah, şeyx və şair.
“Bakı-1501” romanı üç hissədən ibarətdir. Birinci hissədə İs-
mayılın Bakıya gəlməsi və Şirvanı alması təsvir olunur. Bu gəlişin
əsasında onun ailəsinin intiqamını almaq dayanır. İkinci hissədə artıq
o, çoxlu ölkələr fəth etmiş qüdrətli hökmdar olaraq təqdim olunur.
Üçüncü hissə Sultan Səlimlə olan münasibətlərinə və mənəvi keyfiy-
yətlərinə daha çox işıq salınır.
Romanda Şah İsmayıl Azərbaycan dövlətinin yaradıcısı kimi
göstərilir. Onun mənfi və müsbət cəhətləri qələmə alınır. Müəllif heç
bir tərəfgirlik etmir.
Bu əsər haqqında Cəmilə Məhərrəmova belə qənaətə gəlmişdir:
“Tarixdən məlumdur ki, Şah İsmayıl Xətai çoxlu siyasi çəkişmələr və
müharibələrdən keçmiş, böyük qələbələr qazanmışdır. Lakin Əzizə
Cəfərzadə öz qəhrəmanının bu tarixi xüsusiyyətlərini əsərin mərkəzinə
çəkməmiş, Xətainin hərbi fəaliyyətinə az yer vermişdir. İlk hissələrədə
yazıçı siyasi çəkişmələrə müəyyən yer versə də, bunlarda gənc İsma-
yılın möhkəm iradəsini, qəhrəmanlıq hünərini, vətənpərvərlik duyğu-
larını açıb göstərməyə başlıca diqqət yetirir. Məhz bu hissələrdə oxucu
Xətainin həm fiziki, həm də mənəvi cəhətdən mətin, ölümdən qorx-
mayan əsgər və sərkərdə, mərd bir qəhrəman kimi görür. Çətin dö-
yüşlərdə, Bakı qalasını təslim edəndə, Suraxanı atəşgədəsinə daxil
olanda axan insan qanları gənc hökmdar İsmayılı dərindən düşündürür
və sarsıdır. Lakin böyük vətənpərvərlik idealı – vətəni böyük və qüv-
vətli dövlət halında birləşdirmək arzusu onun tərəddüdlərindən üs-
tündür. Xətai öz vətənpərvərlik idealı ilə, ana vətənə məhəbbəti ilə, ən
ağır döyüş səhnələrində belə rəğbət doğurur. Çünki o, siyasi fəaliy-
yətini şəxsi arzu və istəklərə yox, vətənin taleyinə, bütövlüyünə həsr
edir, bu yolda hər dəqiqə canından keçməyə hazırdır” [2, s. 5].
F.Kərimzadənin "Xudafərin körpüsü" romanında Şah İsmayılın
bədii xarakteri təhlil edilmiş, eyni ilə roman tarixi və estetik baxı-
mından araşdırılmışdır. F.Kərimzadənin "Çaldıran döyüşü" romanında
da Şah İsmayıl Xətainin bədii fəaliyyəti, onun bir şair kimi dünya-
görüşü, bir din bilicisi olması qələmə alınmışdır. Romanda mühari-
101
bənin tarixinə bədii baxış istiqamətində yeni faktlar üzə çıxarılmışdır.
“Xudafərin körpüsü” və “Çaldıran döyüşü” romanlarında Şah İsmayı-
lın ömür və mübarizə yolu xronoloji ardıcıllıqla verilir. Yazar daha
çox tarixi faktlara və sənədlərə istinadən Şah İsmayıl dövrünün və
Səfəvi xanədanı tarixinin epik mənzərəsini canlandırmağa çalışır.
Fərman Kərimzadənin “Xudafərin körpüsü” romanı əslində iki
hissəlidir. Birinci hissə “Dəmir ağacdan asılan beşik”, ikinci hissə isə
“Uzun Həsən, Gödək Əhməd” adlanır. Bu roman dilogiyadır, yəni iki
kitabdan ibarətdir. Birinci kitab “Xudafərin körpüsü”, ikinçi kitab
“Çaldıran döyüşü” adı ilə məşhurdur. Əslində bu romanların əsas qəh-
rəmanı xalqdır.
F.Kərimzadə digər həmkarlarından fərqli olaraq Şah İsmayılı
həm hökmdar, həm də şair kimi canlandırmışdır. Onun ağlının və qəh-
rəmanlığının bir-birini tamamladığı göstərilir.
Ə.Nicatın "Qızılbaşlar" romanında Şah İsmayılın real obrazı ilə
yanaşı, müəllif xəyalının yaratdığı obraz da özünü göstərir. Buna görə
də, əsər haqqında müxtəlif fikirlər meydana çıxmışdır. Müəllif əsəri
yazan kimi çap etdirə bilməmiş, əsər yazılandan xeyli sonra işıq üzü
görmüşdür. Buna görə də, müəllif təkrarən əlyazmaya müraciət etmiş,
onu işləyib daha da təkmilləşdirmişdir. Müəllifin bu mövzuya müra-
ciət etməsinin səbəbi sovet imperiyasında milli özünəqayıdış duyğu-
sunun oyanışı və müstəqil dövlətçilik ideallarının güclənməsi ilə əla-
qəli idi. Həmin dövr millətimizin tarixində önəmli mərhələ olduğu
kimi, Şah İsmayılın özü də Azərbaycan tarixində və ədəbiyyatında
müstəsna xidmətləri olan şəxsiyyətlərdən biri kimi diqqəti cəlb edir.
Ə.Nicat əsərdə qızılbaş ideologiyasını elmi-publisist şəkildə de-
yil, obrazların dialoq, mükalimə və qarşılıqlı münasibətlərində aşkar-
lamışdır. Əsas diqqəti isə bu hərəkətin nəticəsi kimi, vahid Azərbay-
can dövlətinin yaranmasına yönəltmiş, Çaldıran döyüşünün türk dün-
yasına gətirdiyi faciələri və fəlakətləri əks etdirmişdir. “Qızılbaşlar”
romanında Şah İsmayılın canlı xarakterini yaradan Əlisa Nicat onu
vətənpərvər, mübarizə aparan, xalqın azadlığı uğrunda, əqidəsi, amalı
yolunda bütün çətinliklərə sinə gərən bir şəxs kimi təqdim etməyə
çalışmışdır.
Yazıçının bu səyi nəticəsiz qalmamış, roman vasitəsilə sovet
ideologiyası çərçivəsində bədii və ictimai məfkurəyə hakim olan dur-
ğunluğu, ətaləti, cəmiyyətin özünə, tarixinə, keçmişinə olan biganəlik
sindromunu müəyyən qədər aradan qaldırmağa nail olmuşdur.
102
Əlisa Nicat romanında diqqəti daha çox Çaldıran döyüşünə yö-
nəldir, Şah İsmayılla Sultan Səlim arasında gedən müharibənin iki
qardaş türk xalqını parçalamağa aparan münaqişənin fəlsəfəsini açır.
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı hər şeydən əvvəl
Dədə Qorqud dastanı haqqında əvvəllər nəzərə çarpmayan cəhətlərin
üzə çıxarılması ilə orijinaldır. Bəlkə də, bu roman nəzərdən qaçanların
dilə gətirilməsi baxımından önəmli olduğu üçün seçilir. Bu əsərdə
yazıçı sələflərindən fərqli olaraq keçmiş və bu günü bir araya gətir-
mişdir. Belə ki, XVI əsrdə yaşayan Şah İsmayıla XXI əsrdə yaşayan
müəllifin gözü ilə baxılır. Bu əsərdəki Şah İsmayıl obrazı ilə əvvəllər
yazılmış romanlarda yaradılmış Şah İsmayıl obrazı fərqlidir. Bu
barədə Xəyalə Əliyevanın fikirlərinə baxaq: “Romanın digər bir his-
səsi Şah İsmayıl Xətai dövrü ilə bağlıdır. Romanda Azərbaycan tari-
xində müstəsna yeri olan Şah İsmayıl Xətai bədii obraz kimi post-
modern düşüncə tərzində yenidən işlənmişdir. Yazıçı Şah İsmayılın
obraz olaraq mistifikasiyasını yaratmışdır. Bəzi tədqiqatçıların fikirləri
bədii nəsrdə də öz əksini tapmış olur. Belə ki, bir sıra tədqiqatçılar
qeyd edirlər ki, Şah İsmayıl Xətai öz oxşarını saraya gətirmişdir. Be-
ləliklə, onun barəsində belə bir mistifikasiya formalaşmışdır ki, oxşarı
şeirlər yazmış, xəttatlıqla məşğul olmuşdur. Bu barədə geniş müzaki-
rələr, hətta mübahisəli diskussiyalar da olmuşdur. Bu kimi tarixi-bədii
problemi Kamal Abdulla “Yarımçıq əlyazma”ya gətirmişdir. Roman-
da Ş.İ.Xətai dövrü iki yerə bölünür. Çaldıran döyüşünə qədərki və
Çaldırandan sonrakı, görkəmli sərkərdə, cəngavər padşah obrazı və
şair Xətai” [3, s. 34].
Nümunələrdən də göründüyü kimi, Azərbaycan tarixi romanla-
rında Şah İsmayıl Xətainin obrazı özünəməxsus şəkildə yaradılmışdır.
1514-cü ildə Çaldıran döyüşü yalnız iki dövlətin, iki böyük tarixi
şəxsiyyətin qarşıdurması deyil, bütün bir Qərbi Asiya və Şərqi Aralıq
dənizi coğrafiyasının; Türkiyə, İran və ərəb ölkələrinin; türk, türkmən
və fars tarixlərinin düzəlməz xəttləri bu döyüşdə hazırlanmışdır. Bu
döyüş bir münaqişə nöqtəsidir və münaqişənin nəticələri hələ də da-
vam etməkdədir.
Dostları ilə paylaş: |