163
sevgilimin ətrafında fırlanan pərvanəyəm. Əgər pərvanə yanarsa (əs-
lində çıraq, şam yanmalı, pərvanə onun ətrafına dolanmalıdır), çıraq,
şam heç vaxt sönməz. Gözlərimiz önündə qəribə, sürrealist rəsmləri
xatırladan vizual obraz canlanır. Yanan pərvanələr başına dolandıqları
çıraqdan bəlkə də daha parlaqdırlar!
Ümumiyyətlə, Vəhidin, onun bəzi müasirlərinin poetik axtarışla-
rı ilə XX əsrin ikinci yarısı şairlərimizin obraz, deyim, söz yaradıcılığı
axtarışları arasında bir oxşarlıq vardır. Təəssüf ki,
son dövrlərdə üzə
çıxarıldığından XX əsr şairlərimiz bu nümunələrlə tanış ola bilmə-
mişlər.
Aşiqin psixoloji durumunun təsviri Vəhid təkbeytlərində ən diq-
qətəlayiq cəhətlərdəndir. Şair bir mətləsində deyir:
Düşmüşəm gözündən sənin, rəngim deyər əhvalımı,
Zə`fdən nəqqaş həm müşkil çəkər timsalımı [5, s. 220].
Sevgilisinin gözündən düşmüş aşiq elə zəifləmişdir ki, nəqqaşın-
rəssamın onu görüb rəsmini çəkməsi müşkül məsələyə çevrilmişdir.
Burada mübaliğə poetik fiqurunun kiçiltmə növündən məharətlə isti-
fadə edilmişdir.
Bir mətləsində şairin lirik qəhrəmanı yarının onun sözlərinə
cavab vermədiyindən inciyir,
sonra başa düşür ki, nahaq yerə inci-
yibmiş, sevgilisinin heç ağzı yox imiş ki, ona cavab da verə. Mübaliğə
ilə deyilmiş ağzın olmaması, onun kiçikliyinə işarədir ki, bu da orta
əsrlər poeziyasında, miniatürlərində gözəllik əlaməti hesab olunurdu:
Yox dəhanı söz deyə, ondan əbəs mən küsmüşəm,
Yar bitəqsirdür, mən böylə heçdən küsmüşəm [5, s. 177].
Vəhid şeirlərində mücərrəd anlayışlarla konkret anlayışları bir
araya gətirərək orijinal poetik obrazlar yaradır:
Bir nəfəs qafil degil məşuqə halimdən ki, bən
Natəvanlıqdan degil mümkün ki, yadından gedim [5, s. 182].
Məşuqə hər an, hər nəfəs aşiqin halından xəbərdardır. Çünki aşi-
qin zəiflikdən sevgilisinin yadından, xatirindən çıxıb getməyə halı
yoxdur.
Bir beyt, mətlə bütövlükdə bir istiarə olmuşdur.
Klassik ədəbiyyatda gözəlin qara saçları gecəyə bənzədilir. Bu
obrazı Vəhid orijinal bir şəkildə işlətmişdir:
164
Halım görübən olmadı kutəh şəbi-hicran,
Rəhm eyləmədi heç mənə bu saçı kəsilmiş [5, s. 16].
Ayrılıq gecəsi aşiqin halını görüb insafa gəlmədi, qısalmadı.
İkinci misrada müəllif birdən-birə “bu saçı kəsilmiş mənə heç rəhm
etmədi” deyərək oxucunu çaşqın vəziyyətə salır. Ayırd etmək olmur ki,
“saçı kəsilmiş” gecəyə, yoxsa gözələ aiddir.
Fikrimizcə, fikrin belə “iki-
başlı” deyilməsi müəllifin şeirini daha təsirli edən ədəbi priyomudur.
Vəhid baharın gəlişinə aşağıdakı mətlələrini həsr etmişdir:
Gəldi yaz, qızdı hava, dündən gərəkdir gül çıxa,
Çünki dündən çıxdı gülü səngdən gərək bülbül çıxa [5, s. 199].
Novbahar olduvü divanəligim başlandı,
Könlümün şişəsi ətfalı görüb daşlandı [5, s. 221].
İkinci şeirdə baharın gəlişi ilə aşiqin divanəliyinin yenidən baş-
lanmasından danışılır. Klassik poeziyada divanə aşiqin, Məcnunun
uşaqlar tərəfindən daşlanması barədə çox yazılıb. Vəhidin lirik qəh-
rəmanı
isə elə kövrəkdir ki, onun könül şüşəsi uşaqları gördükdə
qəribsəyir, “daşlanır”.
Şair fələkdən, dərdə əlac ummağın mənasızlığı barədə yazır:
Umma gərdundan əlaci-zə`fi-tale, ey məriz,
Çünki bu gög kağız içrə bu dəvayi-xas imiş [5, s. 166].
Yəni ey xəstə,
taleyin zəifliyinə, bədliyinə, görə gərdundan,
fələkdən əlac istəmə, çünki sənin xəstəliyin bu göy kağızda yazılan ən
məxsusi dəvadır, nüsxədir. Xəstəliyinin dəvası elə bu xəstəlikdir.
Klassik ədəbiyyatda geniş yayılmış mətləbdir ki, aşiqin dərdinin əlacı
elə dərdin özüdür. Çünki o, məhz bu eşq iztirabları ilə xoşbəxtdir. Şair
mavi səmanı xəstəliyin resepti (və ya cadu-pitisi) yazılan göy kağıza
bənzətməklə istiarə poetik fiqurundan istifadə etmişdir.
Vəhid riyakar din xadimlərini, zahidləri tənqid edən aşağıdakı
təkbeytlər yazmışdır:
Dostları ilə paylaş: