54
mane olur ki, bu da bitkilərdə ion müvazinətinin pozulması ilə
nəticələnir. Bundan başqa, duzluluq şəraitində yetişdirilən
bitkilərdə Ca və P-lu maddələrlə mikroelementlərin miqdar-
ları arasında da uyğunsuzluq baş verir ki, bu da bitkilərin
normal böyüyüb inkişaf etməsinə mane olur [248].
Artıq dərəcədə Na-K qatılıqları və ümumi duzun yüksək
qatılıqları fermentləri inaktivləşdirərək, zülal sintezinə mane
olurlar. Xloroplastlarda yüksək qatılıqda Na-Cl birləşmələri fo-
tosintezi zəiflədir. Nisbətən həssas bitkilərdə karbon metabolizmi
və fotofosforlaşma, fotosintetik elektron daşınmasından daha öncə
baş verir [248].
Müəyyən olunmuşdur ki, yarpaqlarda fotosintetik piqment-
lərin miqdarı fotosintetik aparatın fəaliyyətində və onun məh-
suldarlığında əsas rol oynayan amildir və fotosintetik məhsul-
darlıqla xlorofil piqmentlərinin miqdarı arasında mürəkkəb əlaqə
mövcuddur. Duzluluq stresi xlorofilin quruluşunda və xloroplast-
ların membranında pozuntular yaradır və beləliklə, onun struk-
turunun pozulmasına, fotokimyəvi fəallığının və işıq udma
qabiliyyətinin azalmasına səbəb olur. Həmçinin xlorofil öz ener-
jisinin bir qismini təbii halda istilik və ya flüoresensiya yolu ilə
itirir. Lakin onun quruluşunda baş verən dəyişikliklər sayəsində
enerji itkisi daha da artır. Bu səbəblərə görə, şoranlıqla əlaqədar
aparılan təcrübələrin əksəriyyətində xlorofil indeksi önəmli
göstərici hesab olunur [20, 103, 195, 199, 308].
Duz mühiti şəraitində xloroplastların daha çox dağılması
duza davamsız bitkilərdə müşahidə olunur və ona görə də bit-
kilərin fotosintetik aparatına duz stresinin təsirinin öyrənilməsi
stres amillərə davamlılıq və onun fizioloji parametrlərlə əlaqəsinin
tədqiqi baxımından maraq kəsb edir.
Davamlı və həssas düyü sortları üzərində aparılmış təd-
qiqatlarla duzluluq stresinin fotosintetik məhsuldarlığa, ağız-
55
cıq keçiriciliyinə, xlorofilin miqdarına təsiri öyrənilmişdir.
Stresin əvvəlində xlorofil a və b-nin miqdarının və Xla/b nis-
bətinin artması, daha sonra isə azalması müşahidə olunmuş-
dur. Həssas sortlarda bu göstəricilərin dəyişmə dərəcəsi da-
vamlı sortlara nisbətən daha yüksək olmuşdur [399].
Ranjbarfardoei və həmkarları [323] hər iki növ xlorofil (a
və b) quruluşunun pozulması və son olaraq qatılıqlarının azal-
masını, şoranlıqda becərilmiş badam cücərtilərində sübut et-
miş və göstərmişdir ki, şoranlıq 0,3 dS/m-dən yüksək ol-
duqda, xlorofilin flüoresensiyasının kinetikası kəskin dəyişir.
Bitkilər, vakuollardakı ion kompartmentlərı vasitəsilə
yarpaqlardan ionları kənarlaşdıraraq zəhərlənmədən qoru-
nurlar. Bitkilər arasında duza həssas və orta dərəcədə davamlı
olanların duzdan qorunmaları, köklərin potensial zərərli ion-
ların yarpaqlara çatdırılmasının qarşısını ala bilməsi qabiliy-
yətindən asılıdır. Duzlar yarpaqlardan kənarlaşdırıldığı za-
man, bitkilər vakuolların və sitoplazmaların həlletmə poten-
siallını azaltmaq üçün üzvı maddələrdən istifadə edirlər, bu
isə yarpağın su potensialını aşağı salır. Hüceyrə metobolizma-
sında iştirak etməyən belə üzvi maddələrə yüksək qatılıqlı qli-
sin, betain, prolin, sorbitol və saxaroza aiddir. Spesifik bitki
növlərinin nümunələri bu birləşmələrin birindən və ya ikisin-
dən istifadə edir. Bu üzvi birləşmələrin sintezi üçün istifadə
olunan karbonun miqdarı olduqca çoxdur [133].
Aparılan son tədqiqat işləri göstərir ki, taxıllar vegetativ
və erkən generativ inkişaf dönəmlərində duza daha çox həs-
saslıq nümayiş etdirirlər. Buğdada sünbül əmələgəlmə faza-
sında duzluluq stresinin, xüsusilə, generativ inkişafı qısaltdığı
aşkar edilmişdir [253].
R.S.Yadav (1993) duzlu torpaqlarda 25 elit arpa üzərində
apardığı tədqiqatlarla, bitkilərdə gövdələrin sayının, sünbülün
56
uzunluğunun və 1000 dənin kütləsi üçün genetik variasiya-
ların yüksək olduğunu aşkar etmişdir. Müəllif eyni zamanda,
1000 dənin kütləsi xaricində, məhsul və məhsuldarlıq element-
lərinə aid keyfiyyət göstəricilərinin duzlu ərazilərdə nisbətən
daha aşağı olduğunu müəyyən etmişdir [413].
A.Roya və R.Aragües (1995) 115 arpa sortu üzərində beş il
müddətində davam edən tarla təcrübələrinin nəticələrinə əsasla-
naraq müəyyən etmişlər ki, sünbülün boyu, sünbülcüklərin sayı,
sünbüldəki dənlərin sayı və 1000 dənin kütləsi kimi göstəricilər
duza tolerant, dənin iriliyi, dən məhsuldarlığı və bir sünbülün
məhsuldarlığı isə duza ən həssas cəhətlərdir [337].
G.V. Udovenko və əməkdaşları (1992) vegetativ qablarda
buğda və arpa sortlarına 3-12 atmosferlik osmotik təziq yaradan
NaCl məhlulunun təsirini öyrənərək müəyyən etmişlər ki, duz
bitkiləri məhv etməkdən daha çox onların fertiliyinin azalmasına
səbəb olur. Digər tərəfdən, bitkilərin yetişmə dövründə məh-
suldarlıq elementlərinə duz stresinin qısa müddətli təsiri uzun
müddətli təsirindən daha güclü olur [386].
Artan duz (NaCl) stresi altında duza tolerant buğda və arpa
sortları yüksək hüceyrə qatılığına malik olduqları halda, duza
həssas sortlarda artan duzluluq (NaCl) stresi ilə hüceyrə proto-
plazmasının qatılığının azalması müşahidə edilmiş və bu had-
isənin sadəcə osmotik streslə əlaqədar olmadığı, eyni zamanda
duza tolerant və həssas sortlar arasında sitoplazmanın da önəmli
bir mənbə olduğu açıqlanmışdır [258].
Buğda və arpa sortları ilə aparılan tədqiqatlarda, fərqli duz
qatılığında, arpanın sudan istifadə qabiliyyətinin və böyüməsinin
buğdaya nisbətən daha yüksək olduğu göstərilmişdir [330].
Azizov və b. (2004) NaCl və saxarozanın yoncanın em-
brioidlərinin və cücərtilərinin böyüməsinə və formalaşmasına
təsirini öyrənmiş və saxarozanın 7,5 g/l qatılığının embrioid-
Dostları ilə paylaş: |