Azərbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix04.07.2018
ölçüsü0,7 Mb.
#53304
1   ...   10   11   12   13   14   15   16   17   18

 

 

 



 

 

 



  

29 


 

avropa  cüyüründə  və  ceyranda  21  növ  helmint  qeydə  alınmışdır.  Helmint 

faunanın tərkibində biohelmintlərin sayı 3 növ, geohelmintlərin sayı isə 18 

növdür. Məlum olduğu kimi, donuzlar hərşeyyeyən, cüyür və ceyran isə ot 

(bitki)  yeyənlərdir.  Ona  görə  də  donuzların  helmint  faunasının  tərkibində 

biohelmintlər, cüyür və ceyranda isə geohelmintlər üstünlük təşkil edir.  

Beləliklə,  təbii  biosenozlarda  parazitlərin  inkişafı  və  formalaşması 

növün inkişafı üçün əlverişli olan biotik və abiotik amillərin təsiri altında 

onların  uzun  tarixi  dövrlər  ərzində  müəyyən  qrup  sahiblərdə  yaşamağa 

uyğunlaşması  nəticəsində  baş  vermişdir.  Biosenozda  vəhşi  məməlilərin 

helmint faunasının formalaşması canlıların bir-biri ilə trofik, topik və digər 

əlaqələr  vasitəsi  ilə  həyata  keçirilir.  Həmçinin  helmint  faunanın 

formalaşmasında  aralıq  və  axırıncı  sahiblərin  coğrafi  yayılması,  növün 

mənsub  olduğu  cins,  fəsilə  və  s.  sistematik  kateqoriyaların  çoxluğu,  növ 

fərdlərinin sayı və s. də mühüm rol oynayır. 

 

VIII  FƏSİL. AZƏRBAYCANDA VƏHŞİ    MƏMƏLİLƏRİN 

HELMİNTLƏRİNİN EPİDEMİOLOJİ VƏ EPİZOOTOLOJİ 

ROLU  

 

Məlumdur  ki,  vəhşi  məməli  heyvanlar  təbiətdə  bir  çox  xəstəlik 

törədicilərinin,  o  cümlədən  də  helmintoz  törədicilərinin  daşıyıcıları  və 

yayıcılarıdır. Əlverişli şərait yarandıqda bu törədicilər əhli ev heyvanlarına 

və insana keçə bilərlər. 

Aparılan helmintoloji tədqiqat zamanı vəhşi məməlilərdə aşkar edilmiş 

144  növ  helmintdən  81  növ  ev  heyvanları  və  insanların  helmintləri  ilə 

ümumilik təşkil edir. Bu növlərdən 26 növ epidemioloji və epizootoloji, 55 

növün isə epizootoloji rolu vardır. 

Vəhşi məməli heyvanlarda aşkar edilən helmintlərdən 26 növ insanın, 

23  növ  əhli  gövşəyənlərin,  19  növ  ev  donuzunun,  30  növ  ev  pişiyinin,  29 

növ itin, 11 növ ada dovşanının və 1 növ əhli su quşlarının helmintləri ilə 

ümumilik təşkil edir. 

Azərbaycanda  vəhşi  yırtıcılarda  63  növ  helmint  parazitlik  edir. 

Onlardan 41 növün epidemioloji və epizootoloji rolu vardır. Bunlardan 26 

növ  ancaq  əhli  yırtıcıların,  2  növ  əhli  otyeyənlərin,  6  növ  isə  əhli 

otyeyənlərin  və  insanların  hеlmintləri  ilə  ümumilik  təşkil  edir.  5  növü 

insanların,  1  növü  (A.alata)  ev  donuzunun,  1  növü  isə  (T.spiralis)  ev 

donuzu və insanlаrın hеlmintləri ilə ümumilik təşkil edir. 

Otyeyən  əhli  heyvanların  hеlmintləri  ilə  ümumilik  təşkil  edən 




 

 

 



 

 

 



  

30 


 

növlərdən  T.hydatigena,  E.granulosus,  A.multilocularis    M.multiceps 

növlərinin sürfə mərhələsi otyeyən heyvanların, bəzən də insanların dахili 

оrqаnlаrındа,  yetkin  mərhələsi  isə  əhli  və  vəhşi  yırtıcıların  bаğırsаğındа 

parazitlik edir. 

 

Epidemioloji  əhəmiyyət  kəsb  edən  26  növdən  8-i  (D.lanceatum, 



H.diminuta,  A.multilocularis  (larvae),  E.granulosus  (larvae),  T.spiralis, 

A.caninum, T.axei, T.colubriformis) Azərbaycanda insanlarda tapılmışdır. 9 

növ:  A.alata,  T.hydatigena,  T.ovis,  M.hirudinaceus,  H.hepatica,  Th.aero-



philus,  G.pulchrum,  T.leonina,  T.mistax  bizim  respublikanın  əhalisi  üçün 

potensial  təhlükə  törədir.  Çünki  bu  növlər  qonşu  Dağıstanda,  Rusiyada, 

Gürcüstanda,  Ermənistanda,  Türkmənistanda,  Qazaxıstanda,  İranda  və 

digər  qonşu  dövlətlərin  ərazisində  insanlarda  tapılmışdır  və  bu  helmintoz 

törədiciləri  Azərbaycanda  əhli  və  vəhşi  heyvanlar  arasında  yayılmışdır. 

Qalan  9  növ  (F.hepatika,  T.solium  (larvae),  M.multiceps  (larvae), 



H.taeniaeformis, M.lineatus, M.corti, M.elongatus, T.canis, S.obvelata)  isə 

nisbətən  uzaq  ölkələrdə  insanlarda  tapılmışdır.  Bu  növlərlə  yanaşı 

Azərbaycanda  M.yokogawai,  D.repens,  O.circumcincta  və  s.  növlər  də 

vəhşi  məməlilərdə  qeyd  edilmişdir  ki,  bunların  da  əlverişli  şərait  yaranan 

zaman insanlar arasında yayılma ehtimalı vardır. 

Bеləliklə,  аpаrılmış  hеlmintоlоji  tədqiqаtlаrın  nəticələrinə  əsаsən 

vəhşi  məməli  heyvan  növlərinin  və  ya  heyvan  qruplarını  insanlаrın 

helmintoz törədicilərinin yayılmasında roluna və invаziyаnın intensivliyinə 

və ekstensivliyinə görə şərti olaraq üç qrupa bölməyi məqsədəuyğun hеsаb 

еdirik: 


1)

 

helmintlərin  epidemiologiyasında  əsas  rolu  ev  heyvanları  oynayır. 



Bizim  tədqiqatlarda  bunlаr  F.hepatica,  D.lanceatum,  T.solium, 

T.hydatigena,  M.multiceps,  E.granulosus,  T.axei,  T.colubriformis, 

G.pulchrum növləridir; 

2)

 



helmintlərin  epidemiologiyasında  əsas  rolu  vəhşi  heyvanlar  oynayırlаr. 

Bunlar  H.diminuta,  H.taeniaeformis,  A.multilocularis,  M.lineatus, 



M.corti, 

M.hirudinaceus, 

H.hepatica, 

T.aerophilus, 

T.spiralis, 

S.obvelata növləridir; 

3)

 



helmintlərin epidemiologiyasında vəhşi və əhli heyvanlar demək olar ki, 

eyni 


dərəcədə 

rol  oynayırlar.  Bizim  tədqiqatlarda  bunlаr 



T.retortaeformis, M.elongatus, A.caninum, T.leonina, T.canis, T.mystax 

növləridir. 

Qeyd  etmək  lazımdır  ki,  helmintoz  törədicilərinin  saxlanmasında  və 

insanlara ötürülməsində vəhşi heyvanlarla yanaşı əhli yırtıcılar da mühüm 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə