Azərbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə15/18
tarix04.07.2018
ölçüsü0,7 Mb.
#53304
1   ...   10   11   12   13   14   15   16   17   18

 

 

 



 

 

 



  

33 


 

temperaturunu  20-25ºC-dən  30-35ºC-yə  və    torpagın  nəmliyini  60-65%  -

dən    90-95%-ə  gədər  yüksəltdikdə  Trichocephalus  ovis  yumurtalarının 

embrional inkişafı qara torpaqlarda 35-42 gündən 23-21 günə, boz–qəhvəyi 

torpaqlarda 48-60 gündən  27-25 günə və boz-qonur  torpaglarda isə 55-73 

gündən  35-30  günə  qədər  sürətlənir.  Bütün  tip  torpaqlarda  intensiv  günəş 

şüası,  quraqlıq  və  yüksək    temperatur  3  gün  ərzində  Trichocephalus  ovis  

yumurtalarını tamamilə qurudur və məhv edir.   

9. Müəyyən edilmişdir ki,  Kiçik Qafqazın düzənlik zonasında inkişaf edən 

quru-çöl landşaftında 85 növ, dağətəyi zonasında inkişaf edən alçaqdağlığın 

çöl landşaftında 62 növ, dağlıq zonasında inkişaf edən enliyarpaqlı meşələr 

və  meşədən  sonrakı  çəmən-kolluq  landşaftında  77  növ,  Böyük  Qafqazın 

düzənlik  zonasında  inkişaf  edən  alçaqdağlığın  çöl  landşaftında  76  növ, 

dağətəyi  zonasında  inkişaf  edən  ortadağlığın  dağ  kserofit  (dağ  bozqırları) 

landşaftında 58 növ, dağlıq zonasında inkişaf edən enliyarpaqlı meşələr və 

meşədən sonrakı çəmən-kolluq landşaftında 91 növ helmint qruplaşmışdır. 

Abşeron  yarımadasında  inkişaf  edən  düzənliklərin  və  alçaqdağlıqların 

yarımsəhra  landşaftında  28  növ,  Kür-Araz  ovalığında  inkişaf  edən 

alçaqdağlıqların  quru-çöl  və  yarımsəhra  landşaftında  96  növ  və  Lənkəran 

ovalığında  inkişaf  edən  alçaqdağlıqların  və  düzənliklərin  çəmən-meşə 

landşaftında 55 növ helmint qruplaşmışdır.  

10.  Azərbaycanda  vəhşi  məməli  heyvanların  helmint  faunasının 

formalaşması  landşaft-ekoloji  zonalarda  mövcud  olan  biotik  və  abiotik 

faktorların təsiri ilə  yanaşı,  həm  də  sanitariya,  baytarlıq, təbiəti  mühafizə, 

idman-ovçuluğu  və  digər  antropogen  və  sosial  faktorların  təsir 

dərəcəsindən də asılıdır və helmint faunanın formalaşmasında bu amillər də 

mühüm rol oynayır. 

11.  Vəhşi  məməli  heyvanlarda  aşkar  edilmiş  144    helmint  növündən  81 

növü ev heyvanları və insanların helmintləri ilə ümumilik təşkil edir.  Bu 

növlərdən  26  növün  epidemioloji  və  epizootoloji,  55  növün  isə  ev 

heyvanları  üçün  epizootoloji  rolu  vardır.  Məlum  olmuşdur  ki, 

biosenozlarda helmintoz törədicilərinin ötürülməsində bir halda vəhşi, digər 

halda ev heyvanları rol oynayır.  

12.  Tədqiqat  zamanı  Azərbaycanda  T.hydatigena  növünün  yayılmasında 

eyni  gücə  malik  iki  ocaqlılıq  aşkar  edilmişdir.  Bu invaziya  törədicisi təbii 

ocaqlılıqda  vəhşi  yırtıcılarla  (itkimilər,  pişikkimilər)  vəhşi  cütdırnaqlılar, 

sinantrop  ocaqlılıqda  isə  əhli  yırtıcılarla  (it,  pişik)  əhli  cütdırnaqlılar  (ev 

donuzu,  xırdabuynuzlu  heyvanlar)  arasında  dövr  edir.  Hər  iki  ocaqlılıqda 

invaziya  törədicisinin  yayılmasında  gəmiricilər  də  iştirak  edir.  Təbii 



 

 

 



 

 

 



  

34 


 

oıaqlılûqla  sinantrop  ocaqlılıq  arasında  trofik  əlaqə  yarandıqda  invaziya 

mübadiləsi baş verir.  

13. 


Tədqiqat 

nəticəsində 

Azərbaycanda 

T.pisiformis 

növünün  

yayılmasında  iki  ocaqlıq  aşkar  edilmişdir.  Təbii  ocaqlıqda  bu  növün 

inkişafı  yetkin  mərhələdə  bu  növün  daşıyıcıları  və  yayıcıları  olan  vəhşi 

itkimilər  və  pişikkimilər,  sürfə  mərhələsinin  daşıyıcıları  və  yayıcıları  olan 

boz  dovşan  və  müxtəlif  növ  gəmiricilər  arasında  dövr  edir  və  güclü  təbii 

ocaqlığı  əmələ  gətirir.  Sinantrop  ocaqlıqda  isə  yetkin  mərhələnin 

daşıyıcıları  və  yayıcıları  olan  itlər  və  pişiklər,  sürfə  mərhələsinin 

daşıyıcıları  və  yayıcıları  olan  ada  dovşanları  və  sinantrop  ocaqda 

məskunlaşmış  gəmiricilər  arasında  dövr  edir  və  zəif  sinantrop  ocaqlığı 

əmələ  gətirir.  Təbii  ocaqlıqla  sinantrop  ocaqlıq  arasında  əlaqə  yarandıqda 

invaziya mübadiləsi baş verir. 

14.  Müəyyən  edilmişdir  ki,  Azərbaycanda  Echinococcus  granulosus 

növünün  inkişaf  dövriyyəsi  təbii  ocaqlıqda  yetkin  mərhələnin  daşıyıcıları 

və  yayıcıları  olan  vəhşi  itkimilər  (canavar,  çaqqal,  tülkü)  və  digər 

yırtıcılarla  sürfə  mərhələsinin  daşıyıcıları  və  yayıcıları  olan    vəhşi 

cütdırnaqlılar (cüyür, çöl donuzu, boz dovşan və s.) arasında dövr edir və 

zəif  təbii  ocaqlığı  əmələ  gətirir.  Sinantrop  ocaqlıqda  isə  bu  növün  inkişaf 

dövriyyəsi yetkin mərhələsinin daşıyıcıları və yayıcıları olan  itlərlə (səllimi 

və  çoban  itləri)  sürfə  mərhələsinin  daşıyıcıları  və  yayıcıları  olan  əhli 

cütdırnaqlı  heyvanlar  (xüsusilə  qoyunlarla)  arasında  dövr  edir  və  güclü 

sinantrop  ocaqlığı  əmələ  gətirir.  Təbii  ocaqlılıqlarla  sinantrop  ocaqlılıq  

arasında trofik əlaqə yarandıqda invaziya mübadiləsi baş verir. 

 

PROFİLAKTİK MÜBARİZƏ TƏDBİRLƏRİ 



 

 Azərbaycanda  vəhşi  məməlilərin  helmint  faunasının  bioekoloji 

xüsusiyyətləri və formalaşması yolları mövzusunun öyrənilməsinin yekunu 

olaraq aşağıdakı profilaktik  tədbirlərin həyata keçirilməsini məqsədəuyğun 

hesab edirik: 

         1. Azərbaycanda teniidoz törədicilərinin  (Taenia hydatigena, Taenia 



pisiformis, Taenia ovis,  Multiceps multiceps, Echinococcus granulosus və. 

s) geniş yayıldığını və sürfə mərhələsində insanlarda da tapıldığını nəzərə 

alaraq  onların  yayılmasının  qarşısını  almaq  və  yayılma  ocaqlarını  ləğv 

etmək  məqsədilə  5  il  müddətində  axırıncı  sahiblərin  (çaqqal,  canavar, 

tülkü) sayı 2 dəfəyə qədər azaldılsın. Bu işlər Ekologiya və Təbii Sərvətlər 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə