Azərbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix04.07.2018
ölçüsü0,7 Mb.
#53304
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

 

 

 



 

 

 



  

23 


 

torpaq, su orqanizmləri qrupları ilə çox müxtəlif əlaqəyə girirlər və bunların 

iştirakı  ilə  inkişaf  dövriyyəsini  başa  vururlar.  Helmint  növlərinin  arealı 

onların  aralıq  və  axırıncı  sahiblərinin  arealları  və  onların  inkişafı  üçün 

əlverişli fiziki-coğrafi şəraitlə (temperatur, nəmlik, günəş radiasiyası və s.) 

məhdudlaşır.  Bu  nöqteyi-nəzərdən  vəhşi  məməlilərin  helmint  faunasının 

formalaşması yolları öyrənilmiş və təhlil edilmişdir.  

Dovşankimilər dəstəsi - Leporidae (Lagomorpha) 

Azərbaycanda  dəstənin  bir  növü:  boz  dovşan  Lepus  europeus  Pallas, 

1778 yayılmışdır. Tədqiqat zamanı boz dovşandan 18 növ (trematod 1 növ, 

sestod  7  növ  və  nematod  10  növ)  helmint  tapılmışdır.  Dovşanın  helmint 

faunasının tərkibi 11 növ biohelmintdən, 7 növ də geohelmintdən ibarətdir. 

Dovşanların  bitki  mənşəli  yemlərlə  qidalanmaları  ilə  əlaqədar  olaraq 

biohelmintlərin  formalaşmasında  oribatid  gənələri,  qarışqalar,  böcəklər, 

quru ilbizləri və digər onurğasızlar iştirak edirlər. 

Qidalanma  zamanı  dovşanlar  yemlə  birlikdə  yoluxmuş  həmin  onur-

ğasızları  da  udur  və  yoluxma  baş  verir.  Bu  qrupdan  olan  helmintlər 



D.lanceatum, M.pectinata, P.omphalodes, A.rhopalocephala, P.tauricus və 

Ph.sexalatus  növləridir.  Dovşanlar  bir  sıra  helmint  növlərinin,  xüsusilə 

sestodların  aralıq,  əlavə,  rezervuar  və  fakultətiv  sahiblərindən  biridir.  Bu 

qrupa  daxil  olan  növlərdən  dovşanlar  S.erinacei-europei  növü  üçün 

fakültativ,  T.solium,  T.pisiformis  və  E.granulosus  növləri  üçün  isə  aralıq 

sahibdir.  Yırtıcılar  bu  helmintlərlə  yoluxmuş  dovşanları  tutub  yedikdə 

yoluxma  baş  verir  və  həmin  yırtıcının  nazik  bağırsağında  növün  yetkin  - 

lentşəkilli  forması  inkişaf  edir.  Qalan  8  növ  nematod  isə  geohelmintdir. 

Dovşanların  geohelmintlərlə  yoluxması  qidalanma  sahələrində  invazion 

mərhələyə  çatmış  helmint  yumurtalarının  yemlə  birlikdə  udulması  zamanı 

baş verir.  

Dovşanlarda  qeyd  olunan  helmintlər  heyvanların  digər  sistematk 

qruplarından  gəmiricilərin,  yırtıcıların,  əhli  və  vəhşi  dırnaqlı  heyvanların, 

insanın  və  həmçinin  balıqların,  suda-quruda  yaşayanların,  sürünənlərin, 

quşların,  müxtəlif  vəhşi  məməlilərin  və  s.  helmintləri  ilə  ümumilik  təşkil 

edir.  Bu  helmintlərin  inkişafında  müxtəlif  torpaq  gənələri,  ilbizlər,  siklop 

xərçəngləri,  qarışqalar,  böcəklər,  ev  quşları,  əhli  və  vəhşi  məməlilər  və  s. 

iştirak  edirlər.  Dovşanlarda  qeyd  olunan  bütün  növlər  geniş  coğrafi 

zonallığa  malikdirlər  və  bunlarda  invaziyanın  həm  intensivliyi,  həm  də 

ekstensivliyi  kifayət  qədər  yüksəkdir.  Bütün  bunlar  dovşanların  çox  geniş 

coğrafi  ərazilərdə  yayılmaları,  təbiətdə  çoxsaylı  olmaları,  onların  digər 

sistematik qruplardan olan heyvanlarla trofik və s. əlaqələri, ekoloji mühitin 



 

 

 



 

 

 



  

24 


 

mənfi  təsirlərinə  qarşı  davamlılığı  və  bu  qəbildən  olan  digər  ekoloji 

amillərlə əlaqədardır.  

Gəmiricilər dəstəsi - Rodentia  

Azərbaycan  faunasının  tərkibində  6  fəsilə  və  16  cinsə  daxil  olan  32 

növ  gəmirici  yayılmışdır.  Gəmiricilər  başlıca  olaraq  bitki,  az  hallarda  isə 

heyvani yemlərlə qidalanırlar. Dünyada çox geniş yayılmışlar. Helmintoloji 

tədqiqat zamanı 1 dəstəyə, 7 fəsiləyə, 12 cinsə daxil olan 16  növ gəmirici 

tədqiq edilmiş və onlardan 48 növ helmint aşkar edilmişdir. Helmint fauna-

nın tərkibi 5 növ trematoddan, 13 növ sestoddan, 1 növ akantosefaldan və 

29  növ  də  nematoddan  ibarətdir.  Trematodların  tərkibində  Plagiorchidae, 

Notocotilidae  fəsilələrinin  hərəsi  2  növlə,  Echinostomatidae  -  1  növlə, 

sestodlardan Hymenolepididae – 3 növlə, Anoplocephalidae və Catenotae-

nidae  isə  hərəsi  2  növlə,  nematodlardan  Trichocephalidae  4  növlə, 

Capillaridae, Strongyloidae, Filaroidae və Gongylonematidae fəsilələri hər 

biri 2 növlə, Oxyuridae, Syphaciidae və Fisalopteridae isə hər biri 1 növlə 

təmsil olunmuşlar. Gəmiricilərin helmint faunasının tərkibində qeyd olunan 

trematodlardan  Planorbidae,  Notocotylidae  və  Echistomatidae  fəsilələrinə 

daxil  olan  növlərin  inkişaf  dövriyyəsinin  başa  çatmasında  aralıq  sahib 

qismində  şirin  su  ilbizləri  (sonuncunun  inkişaf  dövriyyəsində  həm  də 

çömçəquyruqlar  iştirak  edir)  və  həşəratlar  iştirak  edirlər.  Gəmiricilər 

müxtəlif su hövzələrində qidalanan zaman trematod sürfələri ilə yoluxmuş 

həmin  onurğasızları  da  udur  və  yoluxma  baş  verir.  Sestodlardan 

Anoplocephalidae fəsiləsinə daxil olan növlərin inkişaf dövriyyəsinin başa 

çatması  həşəratların  və  oribatid  gənələrinin,  Catenotaeniidae  fəsilələrinə 

daxil  olan  növlərin  inkişaf  dövriyyəsi  oribatid  gənələrinin,  Hyme-

nolepididae 

fəsiləsinə 

daxil 


olan 

növlərin  və  nematodlardan 

Gongylonematidae  fəsilələrinə  daxil  olan  növlərin  inkişaf  dövriyyəsi  isə 

müxtəlif növ həşəratların (böcəklər, tarakanlar və s.) iştirakı ilə başa çatır. 

Gəmiricilər  müxtəlif  biotoplarda  qidalanan  zaman  yemlə  birlikdə  sestod 

yumurtaları  ilə  yoluxmuş  həmin  buğumayaqlıları  da  udur  və  bu  zaman 

yoluxma baş verir. Gəmiricilərin helmint faunasının tərkibində qeyd edilən 

Taeniidae  fəsiləsinə  daxil  olan  növlərin  inkişaf  dövriyyəsinin  başa 

çatmasında digər heyvan növləri ilə yanaşı həm də gəmiricilər aralıq sahib 

qismində,  Mesosestoididae  fəsiləsindən  M.lineatus  növünün  inkişaf 

dövriyyəsinin başa çatmasında gəmiricilər də digər heyvan və quş növləri 

ilə  yanaşı  əlavə  sahib  qismində  iştirak  edirlər.  Akantosefallardan 

Moniliformidae 

fəsiləsindən 



M.moniliformis 

 

növününün  inkişaf 



dövriyyəsinin başa çatmasında gəmiricilər rezervuar sahib qismində iştirak 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə